Türkiyədə
Milli Qəhrəman Mübariz
İbrahimov haqqında kitab
nəşr edilib
Türkiyədə Azərbaycanın
Milli Qəhrəmanı Mübariz
İbrahimovdan bəhs edən kitab çap olunub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a
bildirilib ki, Milli Qəhrəmanın şərəfli həyat
yolu şair-tərcüməçi Yurtseven Şenin müəllifi
olduğu “Mübariz” adlı romanla türkiyəli oxuculara təqdim
edilib. “Zengin Yayıncılık” nəşriyyatında
çapdan çıxmış
kitabın nəşrində məqsəd Mübariz
İbrahimovun şücaətini qardaş ölkədə tanıtmaqdır.
“Mübariz”
romanı Yurtseven Şenin
Azərbaycan haqqında qələmə aldığı ikinci kitabdır. 2017-ci ildə 20 Yanvar faciəsinə həsr olunan
“Ferize. Kanlı Yanvar”
adlı kitab ərsəyə gətirilmişdi.
Y.Şen, həmçinin Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin “Zengin Yayıncılık” nəşriyyatı ilə
birgə həyata keçirdiyi “Azərbaycan Kitabının
Dünyaya Tanıdılması” layihəsi üzrə
Türkiyədə çap olunan 10-dan artıq Azərbaycan
klassik ədəbiyyatı nümunələrinin tərcüməçisidir.
Qeyd edək ki, iyunun 19-da Türkiyənin
İğdır şəhərində “Mübariz”
romanının təqdimat mərasimi və imza günü
keçiriləcək. Həmçinin yaxın vaxtlarda
Bakı şəhərində kitabın təqdimat mərasiminin
təşkili planlaşdırılır.
Fuad
Palitra.-
2018.- 15 iyun.- S.13.