Astanada
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən
ənənəvi təşkil olunan III "Böyük
Çöl" Beynəlxalq Humanitar Forumu çərçivəsində
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib.
TWESCO prezidenti Darxan Kıdırəli bildirib ki, bu il
türk dünyasının tarixində Azərbaycan Xalq
Cümhuriyyətinin 100, böyük qırğız şairi
Çingiz Aytmatovun 90, qazax milli şairi Mağjan Jumabayevin
125, qədim türk yazılı abidələrinin ilk
oxunuşunun 125 və Astana şəhərinin
Qazaxıstanın paytaxtı elan olunmasının 20 illik
yubileyi kimi əlamətdar hadisələrlə zəngindir. Ona
görə də Beynəlxalq Türk Akademiyası III
"Böyük Çöl" Beynəlxalq Humanitar Forumunu
həmin yubileylərə həsr edib. Onun sözlərinə
görə, əsas məqsəd tarixdə silinməz iz
buraxan bu hadisələr və şəxsiyyətlərin
irsini bütün dünyaya təqdim etməkdir.
Qazaxıstanın
Dövlət katibi Gülşara
Abdıkalıkova isə AXC-nin türk dünyasının dövlətçilik
ənənələrində özünəməxsus yerini qeyd edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk
dünyasının dövlətçilik və milli ifeoloji fikir tarixində çox
önəmli rol oynayıb. Bu məqsədlə Qazaxıstanda təşkil
olunan Forumda Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir.
Türkiyə Baş
nazirinin məsləhətçisi, professor Aygün Attar isə Azərbaycan Xalq
Cümhuriyyətinin yubiley tədbirlərinin
beynəlxalq səviyyədə, o cümlədən
Qazaxıstanda da qeyd
olunmasından duyduğu məmnuniyyəti
dilə gətirib.
Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının keçmiş Baş katibi Halil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada
da milli dövlətçilik
idologiyasının və milli
düşüncənin formalaşmasında vacib
rol oynadığına diqqət çəkib.
Qazaxıstan Prezidenti
Nursultan Nazarbayev tərəfindən
irəli sürülən "Gələcəyə doğru: Mənəvi yenilənmə"
proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə ithaf edilən Forumun
açılış mərasimində BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(UNESCO), İslam Təhsil, Elm
və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı
Elm Fondu (ECOSF) Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası (Türk
Şurası) və Türkdilli Dövlətlərin
Parlament Assambleyası (TürkPA)
kimi beynəlxalq təşkilatların rəhbərləri
və səlahiyyətliləri, diplomatlar,
dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin
rəhbərləri, aparıcı elm
xadimləri və tədqiqatçılar da
iştirak edib.
Beynəlxalq Forumda Almaniya, Azərbaycan,
Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan,
Polşa, Rusiya Federasiyası,
Tacikistan, Türkiyə və digər
ölkələrdən təxminən 150 alim,
tədqiqatçı və mütəxəssis, 6 fərqli
paneldə aktual mövzularda
məruzələr və fikir mübadiləsi
ediblər.
III Beynəlxalq Humanitar
Forumun "Türk
dövlətçilik ənənələrinin xüsusiyyətləri"
adlı paneli bütövlükdə Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
Bu bölmədə məruzəçilər
Cümhuriyyətin türk dövlətçilik
tarixində və milli azadlıq
ideyalarının formalaşmasında oynadığı əvəzsiz
rol barədə müzakirələr
aparıblar.
Astananın
Qazaxıstanın paytaxtı elan
olunmasının 20-ci ildönümünə həsr olunmuş "Sivilizasiyaların harmoniyası
və şəhər mədəniyyəti”, Türk
dünyasının böyük şəxsiyyətləri
Mağjan Jumabayevin
125, və Çingiz Aytmatovun
90 illik yubileyi
münasibətilə "Türk ədəbi
əlaqələri: Ənənə və müasirlik", büyük
türkoloq V.Radlovun vəfatının
100, tanınmış elm xadimi
V.Tomsenin Türk
yazısını oxumasının 125 illiyinə həsr olunmuş "Türkologiyanın yeni imkanları" və "Böyük
Çölün mənəvi
oyanışı", "İnteqrasiyanın emi aspektləri: istiqamətləri və
gələcəyi", habelə, "Türk dövlətçilik ənənələrinin
xüsusiyyətləri" adlı panellərdə Türk dünyasında elmin
inkişafı, Avrasiya bölgəsində
elmi inteqrasiya, şəhər
mədəniyyəti, tükologiya, türk ədəbiyyatında ənənə
və müasirlik, türk
dövlətçilik ənənəsinin xüsusiyyətləri
kimi məsələlərlə
bağlı aktual təkliflər səsləndirilib.
Forum
çərçivəsində 4 ölkə tərəfindən
TWESCO nəzdində Altaistika, Türkologiya və Monqolistika
Mərkəzinin yaradılması barədə anlaşma
imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə
bir neçə nüfuzlu
alimə Akademiyanın qızıl medalı təqdim edilib. Həmçinin, TWESCO tərəfindən
son illər nəşr olunan
kitabların sərgisi təşkil olunub.
Xatırladaq ki, Beynəlxalq Türk
Akademiyası cari ilin aprel ayında UNESCO-nun
Parisdəki mənzil-qərargahında təşkil etdiyi beynəlxalq forum
çərçivəsində də AXC-nin
100 illiyinə ayrıca panel həsr etmiş və forum
iştirakçıları Cümhuriyyətin qurucularından
olan Ə.Topçubaşovun
məzarını ziyarət etmişdilər.
Fuad Hüseynzadə
Palitra.- 2018.- 21 iyun.- S.13.