“Azərbaycançılıq ideyası diasporun ümumi məxrəcə
gəlməsində əsas rol oynayır”
Qasım Kərimov:
“Rusiya
Federasiyasında yaşamağımıza baxmayaraq,
Azərbaycanda gedən siyasi proseslərə
biganə deyilik”
Xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi işlərində də fəallıq göstərirlər. Onlar seçki kampaniyalarına da qatılaraq öz mövqelərini nümayiş etdirirlər. Rusiyanın Kursk şəhərində yaşayan müsahibimiz Qasım Kərimov da, bu baxımdan aktiv soydaşlarımızdandır. Qeyd edək ki, Qasım Kərimov 17.06.1967-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-1984-cü illərdə Sumqayıt şəhər 25 saylı riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb. 1984-1991-ci illərdə Kursk Politexnik İnstitutunun Sənaye və mülki inşaat fakültəsini, 2012-ci ildə isə Kursk Menecment Ekonomika Biznes İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1991-1992-ci illərdə “Aqropromstroy” ASC-də bir sıra vəzifələrdə çalışıb. 1992-1995-ci illərdə Qalantereya və trikotaj fabrikində kapital tikinti şöbəsinin rəisi olub. 1995-ci ildən bu günə qədər Kursk vilayəti, Kursk Şəhər İcra Hakimiyyətində konsultant vəzifəsində çalışır. Bununla yanaşı, Qasım Kərimov ictimai-siyasi aktivlik də göstərir. Belə ki, Vahid Rusiya Partiyasının üzvüdür. 1999 -2013-cü illərdə Qara Qarayev adına Kursk şəhəri Azərbaycan İcmasının sədr müavini olub. 2014-2017-ci illərdə Ümumrusiya Azərbaycan Konqresinin Kursk regional bölməsinin sədri kimi çalışıb. Rusiya Federasiyasi Mərkəzi Secki Komissiyasının fəxri fərmanı, şəhər İcra Hakimiyyətinin çoxlu sayda fəxri fərmanları, “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir.
-Uzun
illərdir xaricdə yaşayırsınız. Qürbətdə
yaşamaq insanın vətənlə
bağlılığını nə dərəcədə azalda bilər?
-Çox maraqlı sualdır. Şəxsən mənim üçün vətənə sevgi heç də azalmayıb, əksinə, daha da güclənib. Normal insan illər keçdikcə, yaşa dolduqca kamilləşir. Anlayır ki, vətən onun qürur mənbəyidir. Vətəndə və onun hüdudlarından kənarda yaşayan insanlar vətənə borcludurlar. Bu borc valideynlərimiz qarşısında olan borcdan qat-qat yüksəkdir. Cünki vətən dünya durduqca yaşamalıdır. Biz də buna öz töhfəmizi verməliyik.
-Azərbaycan diasporunun güclənməsi dövlətimizin
maraqlarının təmin olunmasında nə kimi
rol oynayır?
-Bildiyiniz kimi, dünya praktikasında bir neçə millətləri təmsil edən diaspor təşkilatları öz fəallığı ilə seçilir. Bunlar yəhudi, yunan və erməni millətlərini təmsil edən qurumlardır. Mən yəhudi icmalarını nümunəvi sayıram. Onların səyi nəticəsində İsrail dövləti yaradıldı. Qısa bir müddətdə dünyanın nüfuzlu dövlətlərindən biri oldu. Yəhudi lobbisinin aparıcı dövlətlərə təsiri böyükdür. ABŞ, Rusiya, Fransa, İngiltərə kimi nəhəng dövlətlərdə fəaliyyət göstərən yəhudi icmalarının, xüsusilə də Yaxin Şərqdə gedən siyasi proseslərə təsiri göz qabağındadır. İsrail dövlətinin iqtisadiyyatı da bilavasitə yəhudi lobbisinin gücü nəticəsində inkişaf edir. Ümumiyyətlə, İsrailin sosial-iqtisadi inkişafında dünya yəhudilərinin rolu böyükdür.
-Bu
baxımdan bizim diaspor
necə formalaşmalıdır?
- Rusiyada yaşadığım üçün fikirlərimi Rusiyada fəaliyyət göstərən diaspor ilə əlaqələndirmək istərdim. Nəzərə almaq lazımdir ki, bizim diaspor qurumlarının yaşı 25 ildən çox deyil. Bu müddət ərzində müəyyən nailiyyətlər əldə edilmişdir. Çoxlu sayda milli qurumlarımız fəaliyyət göstərməkdədir. Uğurlarımız da az deyil. Amma qənaətedici də deyil. Bəs problem nədən ibarətdir? Riyaziyyatçıların dili ilə desək, ümumi məxrəcə gəlmək çətinliyi var. Əfsusla qeyd edirəm ki, əksər insanlarımıza xas olan müəyyən cəhətlər buna səbəbdir. Bunları bir-bir sadalamaq istəməzdim. Onu deyim ki, bu problemdən çıxış yolu da var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideyasıdır. Bu ideyanı hər birimiz şüar edərək məqsədimizə çata bilərik. Fikrimcə, bunlar aşağıdakılardır:
1.Rusiya ictimaiyyətinə Azərbaycanın haqq sözünü çatdırmaq;
2.Dövlət daxilində gedən mədəni, sosial-iqtisadi, siyasi proseslərdə aktiv iştirak etmək;
3. Azərbaycan və Rusiya arasında dostluq körpüsü olmaq.
Bu siyahını davam
etdirmək olar. Son nəticədə bu və ya digər
sahələrdə görülən
işlər Azərbaycanın
da inkişafına böyük təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, nəhəng dövlətlərdən fərqli
olaraq Azərbaycanın
güclü diaspora ehtiyacı var. Biz bu sahədə həddindən
artıq çox çalışmalıyıq.
-Rəsmi vəzifədə çalışmağınız
yerli xalq arasında azərbaycanlı
olaraq nə dərəcədə məsuliyyətinizi
artırır?
-Hər bir azərbaycanlı
bilməlidir ki, o, yaşadığı yerdə
millətimizi təmsil
edir. Onun timsalında rus
cəmiyyətində azərbaycanlılar
barəsində fikir formalaşır. Bu böyük bir məsuliyyətdir. Uzun illərdir
ki, doğma vətəndən kənarda
yaşayıram. Kursk vilayətində ilk dəfə
1976-cı ildə olmuşam.
1984-cü ildən isə ardıcıl olaraq burada yaşayıram.
Hələ məktəb illərində
müəllimlərim, evdə
isə valideynlərim
tərəfindən vətənpərvərlik
hisləri ilə böyümüşəm. Bunları qeyd etməyimdə demək istərdim ki, gənc yaşlarından
tutmuş bu günə qədər böyük həyat təcrübəm var. Yerli
mentaliteti yaxşı
bilirəm və inanın ki, bu sahədə cox həssasam. 25 ildir ki, şəhər İcra Hakimiyyətində məsləhətçi
vəzifəsində işləyirəm.
İnsanların problemlərinə bir məmur kimi böyük diqqətlə yanaşıram.
Əlbəttə, onlar mənim
azərbaycanlı olmağımı
bilirlər və mənimlə hörmətlə
rəftar edirlər.
Çünki xalqa vicdanla
xidmət etmək lazımdır. Qeyd etmək
istərdim ki, bu illər ərzində
dəfələrlə dövlət
tərəfindən mükafatlandırılmışam.
-Ümumiyyətlə,
yerli xalqa inteqrasiya üçün
əsas nəyə ehtiyac var?
-Bu məsələdə ən
önəmli məqam
mentalitetdir. İlk növbədə yerli xalqın adət-ənənələrinə, tarixinə, mədəniyyətinə
hörmətlə yanaşmaq
lazımdır. Vətəndaş cəmiyyətinin formalaşmasında
aktiv iştirak etmək lazımdır.
Əsas amillərdən biri də yerli xalqın
dilini mükəmməl
öyrənməkdir.
-Bu il Rusiyada
seçki ilidir. Bundan istifadə edərək Rusiyadakı azərbaycanlılar
öz reputasiyasını
necə qaldıra bilərlər?
-Bildiyiniz kimi, secki kampaniyası cəmiyyətdə demokratik
institutların əsasını
təşkil edir. 18 mart 2018-ci ildə Rusiyada prezident seçkiləri keçiriləcək.
Kurskda yaşayan azərbaycanlılar
da öz vətəndaşlıq borclarını
yerinə yetirməklə
istədikləri namizədə
səs verəcəklər.
Yeri gəlmişkən, fevralın
10-da azərbaycanlı gənclərlə
görüş keçirdik.
Onlarin seçki kampaniyasında aktiv iştirak etmələrini xahiş etdim. O ki qaldı mənim özümə, artıq seçimimi etmişəm.
Fürsətdən istifadə edərək
bildirmək istəyirəm
ki, mən Rusiya Federasiyası Mərkəzi Secki Komissiyasının Fəxri
Fərmani ilə təltif edilmişəm.
-Kurskda yeni nəsil azərbaycanlılar icitimai
aktivlik göstərirlərmi?
-Hər yerdə oldugu kimi, burada
da yeni nəsil
yetişmişdir. Vaxtilə Rusiyaya
işləmək və
ya təhsil almaq üçün gələn soydaşlarımızın
övladlar hal-hazırda
diaspor işlərində
fəaldırlar. Yəqin ki,
bu, zamanın tələbidir və gənc olmalarına baxmayaraq, bu işin zəruri olduğunu anlayırlar.
Bu sahədə böyük
planlarımız var. Sizi
gələcəkdə onlarla
tanış edəcəyik.
-Azərbaycanda keçiriləcək seçkilər
region üçün hansı
əhəmiyyət daşıyır?
-Rusiya Federasiyasında yaşamağımıza baxmayaraq, Azərbaycanda gedən siyasi proseslərə biganə deyilik. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkələrdən biridir. Bunun əhəmiyyəti, ilk növbədə regionda gedən siyasi və iqtisadi proseslərlə bağlıdır. Rusiyanın Dağıstan bölgəsində gedən ictimai-siyasi məsələlərə fikir verin. Hər bir ölkənin əsas meyarı sabit iqtisadi inkişafdır. Bildiyiniz kimi, “Simal-Cənub” layihəsinin icrası üçün region ölkələrində - Rusiya, Azərbaycan və İran dövlətlərində lazımi şərait yaradılmalıdır. Azərbaycan bu strateji xəttin mərkəzindədir və onun reallaşmağı üçün böyük işlər görmüşdür. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir. Və ən başlıcası Azərbaycanın Qarabağ problemi var. Bu baxımdan nəzərə alsaq ki, qonşu dövlətlərdə də seçki kampaniyası gözlənilir. Azərbaycanda prezident seçkilərinin keçirilməsi böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin apardığı siyasət və islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan böyük iqtisadi və siyasi lahiyələrin icrasına imza atmışdır və bu istiqamətdə böyük nailiyyətlər əldə etmişdir. Hal-hazırda Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsidir. Yeni lahiyələrin icrası ön plandadır. Eyni zamanda ölkə daxilində iqtisadiyyatın bütün səhələrində böyük uğurlar əldə edilmişdir. Bu proseslər davam edilməlidir. Azərbaycanın növbəti 7 ildə iqtisadi inkişafı və Qarabağ problemi, ümid edirik ki, bu seçkilərdən sonra öz həllini tapacaq.
-Seçkilərin
Azərbaycanın demokratiya yolunda inkişafına nə kimi
təsiri var?
-Azərbaycanda demokratik və
şəffaf seçkilər keçirilməsi üçün əlverişli şərait var. Mövcud qanunlar imkan verir ki, kim
istəyirsə, namizədliyini irəli sürə bilər.
Seçkilərin keçirilməsi hakimiyyətin bilavasitə
xalqa məxsus olmasını bildirir.
Fuad Hüseynzadə
Palitra.-2018.-13 mart.-S.12.