“Azərbaycan gənci demokratik,
hüquqi, unitar,
dünyəvi dövlətdə, sivil cəmiyyətdə
yaşayır”
Sevda Sultanova: “Bu gün dövlətin həyata
keçirdiyi düşünülmüş,
ardıcıl ictimai-sosial islahatlardan
əhalinin bütün təbəqələri
kimi, gənclərin də hərtərəfli
yararlanmasına şərait yaradılır”
Ölkəmiz inkişaf etdikcə, Azərbaycan gəncliyi də inkişaf edir, gənclərimiz onlar üçün yaradılan münbit şəraitdən aktiv şəkildə yararlanırlar. Bu səbəbdən də artıq gənclərimiz, tələbəliyin ilk illərindən ictimai-siyasi proseslərdə aktiv şəkildə iştirak edirlər və öz adlarından söz açdıra bilirlər. Belə fəal tələbələrdən biri də Sevda Sultanovadır. Onunla söhbətləşib ölkədə gənclər üçün yaradılan şərait və digər məsələlər barədə müsahibə hazırladıq:
- Özünüz haqqında məlumat verərdin.
- Mən Sevda Sultanova 1998-ci ilin oktyabrında Bakı şəhərində anadan olmuşam. 2005-2016-cı illərdə Heydər Əliyev adına liseydə təhsil almışam. Daha sonra qəbul imtahanında 608 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşam. Hazırda həmin universitetdə SABAH qruplarının mühasibat uçotu və audit ixtisası üzrə ali təhsil alıram. UNEC-i seçməyimin dəqiq səbəbi yoxdur, amma həmişə əsas korpusun önündən keçdikdə valideynlərimə “mən burda oxuyacam”, deyirdim və elə də oldu.
- Tələbəlik
həyatının hansı müsbət yönlərini qeyd edərdiniz?
- Mənim fikrimcə, tələbəlik həyatının özəlliyi fəallıq və biraz da azadlıqdır. Bir tələbənin həyatı nə qədər fəal və azad keçərsə, bir o qədər maraqlı və yaddaqalan olacaq. Müəllimlərimdən və universitetimizdən razıyam.Bütün müəllimləri tanımasam da, öz müəllimlərimi bəyənirəm. Hamısı olmasa da, əksəriyyəti xoş xasiyyətli, mehriban və ən əsası da çox savadlıdırlar. UNEC SABAH qrupları müəllimlərinə görə digərlərindən fərqlənir və düşünürəm ki, ən xoş sözlərə layiqdirlər.
- Təhsil almaqla yanaşı, ictimai işlərə da vaxt ayıra bilirsinizmi? Tədbirlərdə, layihələrdə aktivlik göstərirsinizmi?
- İctimai işlərdə, adətən, əlimdən gəldiyi qədər aktiv olmağa çalışıram və təhsilimlə yanaşı, ictimai işlərə də kifayət qədər vaxt ayıra bildiyimi düşünürəm. Liderlik məktəbinin iştirakçısıyam. Liderlik məktəbinə seçildiyimi öyrəndiyimdə çox sevinmişdim. Orada vaxt bir göz qırpımında keçirdi. Qayıdacağımız gün yaxınlaşdıqda hiss edirdim ki, o mühit üçün çox darıxacam. İstər möhtəşəm komandamız olan İstiqlal komandası üçün, istər təşkilat komitəsinin mehriban üzvləri üçün, istərsə də digər komandalardan olan dostlarım üçün darıxacam. Liderlik məktəbi AXC-nin 100 illiyinə həsr edildiyinə görə komandalar İstiqlal, Gənclər Yurdu, Qurtuluş və Azərbaycan adlandırılmışdı. Hər komandanın güclü və zəif tərəfləri olduğu kimi, hər birinin özünəməxsus xüsusiyyətləri var idi. Həyatımın ən maraqlı 1 həftəsini keçirdiyimi tam əminliklə deyə bilərəm. Bu gözəllikləri bizə yaşatdıqları üçün ATGTİ ailəsinə dərin minnətdarlığımı bildirirəm.
- Azərbaycan gəncliyinin hazırkı
durumu sizi qane edirmi?
- Məncə,gənclərimizin
durumu qənaətbəxşdir.
Bu gün xeyli
sayda istedadlı, yaradıcı gənci öz ətrafımda görürəmsə, bu
o deməkdir ki, mövzu haqda optimist düşünməyə dəyər.
Minlərlə misallar çəkmək
olar ki, hamısı da Azərbaycan gənclərinin
uğurlarını əks
etdirir. Azərbaycan gənclərinin həyatında baş verən inkişaf və tərəqqi göz önündədir.
Bunu danmaq olmaz. Amma problemlər də var təbii ki.Hansı sahədə problemlər yoxdur ki? Problemlər olmasa, inkişaf olmaz... Amma gəncliyimizin inkişafı
daha çox göz önünə gəlir. Bu inkişaf
da həm dövlət dəstəyi
nəticəsində, həm
də gənclərin
özləri üzərində
işləməsi nəticəsində
baş verib.İstəsək
daha da çox
inkişaf edib, cəmiyyətimizi daha yaxşı tanıyıb,
daha yaxşı təmsil edə bilərik. Bu gün Azərbaycan gənci demokratik, hüquqi, unitar, dünyəvi dövlətdə,
sivil cəmiyyətdə
yaşayır. Gənclər onlar üçün yaradılan şəraitdən
maksimum şəkildə
istifadə edə bilərlər. Gənclərimiz xaricdə təhsil ala bilirlər, beynəlxalq arenada müxtəlif seminarlarda, konfranslarda iştirak və çıxış edirlər.
Onlar gündəlik həyatlarında dövlətin
onlara göstərdiyi
qayğını hiss edirlər.
Azərbaycan gəncliyi vətən
sevgisi ilə, vətənin inkişaf etdirilməsi arzusu ilə yaşayır.
Gənclərimizə məsləhətim odur ki, həyatlarını
təkcə elm və
ya təkcə təhsilə ayırmasınlar.
Hər bir fəaliyyət üçün müəyyən
vaxt ayrılmalı və onlar birgə
icra olunmalıdır.
ATGTİ-nin bu
cür bir çox layihələri vardır, məsləhətim
odur ki, bu layihələrdən faydalansınlar. Asudə vaxtlarını
bizim kimi həm əyləncəli,
həm də yeni biliklər öyrənərək keçirsinlər.
- Gənclərin
inkişafında gənclər
təşkilatları, həyata
keçirilən layihələrin
rolu olurmu?
-Əlbəttə, bütün
bunlar zatən gənclərin özünü
inkişaf etdirməsinə
hesablanmış addımlardır. Hazırda,
bildiyiniz kimi, ölkədə yüzlərlə
gənclər təşkilatı,
ali məktəblərdə
fəaliyyət göstərən
tələbə gənclər
təşkilatları var. Onların
əhatə etdikləri
məsələlər də
kifayət qədər
genişdir: gənclərin
vətənpərvər ruhda
tərbiyəsi, məlumatlandırılması,
işsizliyin azaldılması,
gənclərin sağlamlığı,
təhsili, fəal vətəndaş mövqeyi,
mədəniyyətin geniş
kütlələr arasında
təbliği və
s. məsələlər kifayət
qədər aktualdır.
Bakıda Gənclər
Mərkəzinin, regionlarda
isə “Gənclər
Evi”nin inşa
edilməsi üçün
müvafiq addımlar atılır. Artıq xeyli rayonda gənclər evləri fəaliyyət göstərir.
Son illər həyata
keçirilən tədbirlər
gənclərin hərtərəfli
inkişafının təmin
olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait
və təminatların
yaradılmasınısürətləndirib,
onların ictimai-siyasi
fəallığının artmasına kömək edib desək, yanılmarıq. Gənclərlə bağlıdövlət proqramlarını
da unutmamalıyıq.Bu
proqramın uğurlu icrasından sonra gənclərimizlə bağlı
xeyli layihələrin
şahidi olduq. Gənclər siyasətilə bağlı
elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə Gənclər
Fondu yaradıldı və bu da
düzgün addım
idi. Ümumiyyətlə,dövlət proqramlarının
əsas məqsədi
Azərbaycan Respublikasında
gənclər siyasətini
daha da inkişaf
etdirmək, gənclərin
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etmək idi, məncə, buna da nail olundu. Qısası,
bu gün dövlətin həyata keçirdiyi düşünülmüş,
ardıcıl ictimai-sosial
islahatlardan əhalinin
bütün təbəqələri
kimi gənclərin də hərtərəfli
yararlanmasına şərait
yaradılır.Bu gün
digər bir məsələ də diqqətimi çəkir ki, bu da
tələbələr arasında
könüllülük fəaliyyətinin
olduqca aktual olmasıdır. Mənim fikrimcə,
bu çox gözəl bir fəaliyyətdir. Tələbələrin könüllülüklə, ictimai
fəaliyyətlərlə məşqul olması onların bir çox çətin vəziyyətlərdən çıxış
yolu tapmaq bacarıqları artacaq, ətraf nüfuzları genişlənəcək.
Tural Tağıyev
Palitra.-2018.-14 mart.-S.12.