Sona Vəliyevanın bir neçə şeiri
haqqında...
Dolan buludam, Allah,
Yağsam Günəş çıxacaq.
Yüküm ağır, yolum
uzun,
Bilməm, harda dayanacaq.
(Sona Vəliyeva)
Ədəbiyyat tarixinə ekskursiya etsək şahidi olarıq ki, qadın şairlərə
əsrlər boyu çox az-az rast gəlinib. Zamanın sərt
buxovları qadın şairlərimizə yaradıcılıqla
məşğul olmağa
imkan verməyib və onların zəngin irsi bizlərə gəlib çatmayıb. Ötən yüzilliyin
üstün cəhətlərindən
biri də ədəbiyyatımıza yeni-yeni
qadın şairlərin
imzasının daxil olmasıdır. Şübhəsiz ki, bu imzalar
ədəbiyyat insanlarını
sevindirərək bütöv
ədəbiyyatın inkişafına
təkan verir. Mütəqillik dövründə qadın şairlərin yaradıcılığı daha
da genişlənərək
printer məhsullarında oxucuların
ixtiyarına verilir.
Modernizm, postmodernizm kimi ədəbiyyata daxil olan yeni terminlər
günümüzdə ədəbiyyat
insalarının yaradıcılığına
ciddi təsir edir. Klassik ənənədən uzaqlaşaraq modernizm, postmodernizm kimi yeni baxışda yaradıcılıq yoluna
başlayan insanlar çoxalıb. Ancaq tarix
bizə sübut edir ki, klassik
ənənədə yazıb-yaradan
insanlar daha çox xalq tərəfindən sevilir
və ədəbiyyatda
yaşayırlar.
Bu gün qadın
şairlərdən ənənəvi
şeir formasının
bütün janrlarında
yazan və şeirlərində klassik
şeirin əksər
qızıl qanunlarını
qoruyan Sona Vəliyevanın yaradıcılığı
ədəbi-tənqidçilər üçün diqqət
cəlb edir. Şübhəsiz ki, bu qızıl
qanunları şeirlərində
yaşatmaq şairdə
yüksək ilham hisləri ilə yanaşı, dərin nəzəri biliklərin olmasını tələb
edir. Sona Vəliyevanın aşağıdakı
qoşmasına nəzər
yetirək:
Bu torpaq yaralı anadır, Allah...
Bölünən, kəsilən başı,
qolumu?
Zarıyan, sızlayan ana yanında
Övladlar, görəsən, xoşbəxt
olurmu?
Öncə qoşmanın 1 və
3-cü bəndləri diqqəti
cəlb edir. Qeyd olunan
bəndlərdə qalın
saitlərin ahəngi
var. Bu cür şeir nümunələri şairin
dərin biliyinin göstəricisidir. Dövrümüzdə belə şeir nümunələrinə az-az
rast gəlinir. Şeirin 2-ci
bəndində “bölünən,
kəsilən” və
3-cü bəndindəki “zarıyan,
sızlayan” sözləri
ardıcıl ritmlilik
yaradır. Şübhəsiz ki, bu da
şeirin oxunaqlığını
artırır və şairin filoloji təfəkkürünün yüksək
olmasına xidmət edir.
Sona Vəliyeva
yaradıcılığında klassik şeirin bu cür qızıl
qanunlarına çoxt
rast gəlmək olur. Şairənin aşağıdakı
gərayılısına diqqət
yetirək:
Kimisi bir hayla açdı,
Kimisi duayla açdı,
Kimi də ah-vayla açdı,
Kimsən, ay qapı bağlayan?
Şairənin yuxarıdakı gəraylısında
olan poeziya dili gözəlliyi ilə seçilir. Fərdi üslubla
Sona xanımın yazdığı bu gəraylısı nadir gəraylılardandır.
Xüsusilə şeirin
özünə baxarkən
nəzəri qaydaların
özü aydın
hiss olunur. Gəraylıda ardıcıl “kim”
sözünün işlədilməsi,
“i” incə və “a” qalın saitinin çoxluğu müfəssəl şəkildə
görünür.
Klassik şeirin
qızıl qanunlarından
biri də bir sözün bir neçə yerdə təkrarlanmasıdır. Şair üçün
çətin olan belə şeir nümunələrinə Sona
Vəliyevanın “Arazbarı”
şeirlər kitabında
rast gəlmək mümkündür. Aşağıdakı
qoşmada qeyd etdiyimiz qaydanı görürük:
Ana köçüb, bacı
köçüb bu kənddən,
Şərbət köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı köçüb
bu kənddən,
Kimsə
yoxdur ağı desin bu kəndə.
Sona xanımın
“Arazbarı” şeiri də olduqca diqqətimi cəlb elədi. Şeir çox yüksək
səviyyədə yazılıb.
Burada işlənən bədii
təsvir vasitələri
olduqca maraqlıdır.
Ədəbiyyatımızda belə şeir
nümunələri olduqca
az-az yaranır. Şeirin bədii təsvir vasitələri aşağıda verilib:
Arazbarı
Araz boyu bu nə köçdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər
biçdi, -metafora
Yarı
bülbül, yarı
xarı - -təşbeh
"Arazbarı".
Tarixlərin səsi, ünü,
Çay da haqsızlıq sürgünü. -təşbeh
Tanrı
tikər körpüsünü,
Yarı
dərd-qəm, yarı
barı- -təşbeh
"Arazbarı".
Yollar düyün düşdü
çəndə,
Özüm yetim öz içimdə... -metonimiya
Nə ağacdı bu biçimdə,
Meyvəsi ayrılıq dadır-
-metonimiya
"Arazbarı".
Həm varındım, həm yoxundum,
Naxış - naxış hey toxundum,
-metonimiya
Yazılmamışdan oxundum
Param-parça, yarı-yarı - -təşbeh
"Arazbarı".
Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdi
Odum boyumdan yuxarı - -metafora
"Arazbarı".
Ara azsa, bu da
kədər, -təşbeh
Yol bir addım, yol nə qədər?
Bu nə tale, bu nə qədər?
Harda qaldı bəhrə-barı
-
"Arazbarı".
Yazılıram sətir-sətir,
Göy Tanrının, yer kimindir?
Məni
başına döndərin
Araz adlı dərdli yarın - -metafora
"Arazbarı".
Yeddi səsdən, yeddi rəngdən
Hönkürdüm içimdə bərkdən.
Görünməyən göy dirəkdən
Qurulan hasarım, barım - -metonimiya
"Arazbarı".
"Şeyx Səfi" indi toxundu,
Yer oxundu, göy oxundu, -təşbeh
Qınından çıxan oxuydu
-
Tuşlandı sinəmə sarı
-metafora
"Arazbarı".
Ahım
yandıracaq daşı,
-metafora
Daşa
dönən yar-yoldaşı,
-metonimiya
Mən fələyin qarğanmışı,
Dərdim
bütöv, torpaq yarı - -təzad
"Arazbarı".
Evim, ocağım Təbrizdi
Düyünü, yası mənsizdi,
-təşbeh
"Qaragilə" kimsəsizdi,
Dərd
çəkir ellərə
sarı -
"Arazbarı".
Dolu başlar, bulud çağlar,
Göylər yerlə ülfət bağlar. -metonimiya
Araz üstə
kimdir ağlar?
Yarı
insan, yarı pəri - -təşbeh
"Arazbarı".
Daş-divarsız bəndim zülüm,
-təşbeh
Boynumda kəməndim zülüm
-təşbeh
Sümüyə dirəndi zülüm
-metafora
Səndə hər sirrin açarı -
"Arazbarı".
"Arazbarı" şeiri
təkrir kimi “Arazbarı” epiforası üzərində qurulmuşdur. “Arazbarı” muğamı şeirin obrazı olmaqla, müəllif Azərbaycan tarixinin kədərli anlarını
şeirin ümumi mövzusunda lirik formada (Osmamlı-Qızılbaş
savaşı) təqdim
edir.
“Arazbarı” musiqi
baxımından da
minor səslənir və
“Araz-bar” yurd, yəni iki türk
dövlətinin baş-başa
gəlməsi nəticəsində
qanla suvarılan yurdun-torpağın ah-fəğanı
əks olunur. Şeirdə
işlədilən bədii
təsvir vasitələri:
bənzətmə, əlamət
köçürmələri, metonimiyalar, eyni zamanda bədii ifadələr hadisəyə
uyğun çox emosional, təsiredici, yerli-yerində işlədilmişdir.
Şeirin
ümumi semantikası
aşağıdakı anlamları
önə gətirir:
Boyük Alban dövlətinin
tarixən xarici hücumlar və daxili əyalət müharibələri nəticəsində
paramparça olması;
sonralar Səfəvi (qızılbaşlar) dövlətinin
təşəkkül tapması,
qonşu qardaş türk dövlətinin hücumu ilə zəifləməsi kimi faciəli hadisələr sətiraltı düşüncələrdir.
Mahmud Əyyub
AAB-in üzvü
Palitra.-2018.-15 mart.-S.7.