Naxçıvan Muxtar Respublikası: ilk rübün uğurları və ilin sonuna güclü baza

 

Artıq 2018-ci ilin birinci rübü geridə qaldı. Möhkəm iqtisadi baza ilə keyfiyyətcə yeni mərhələni başladan Naxçıvan Muxtar Respublikası güclü sosial perpsektivlər formalaşdırmaqdadır. Uzun illərdir blokada vəziyyətində olmasına baxmayaraq, məqsədyönlü, qətiyyətli və düşünülmüş, bununla da uzaq gələcək üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi muxtar respublikanın sürətlə dəyişən və inkişaf edən sosial-iqtisadi inkişaf potensialını yaratmışdır. Makroiqtisadi siyasət vətəndaşların maraq və mənafelərini ifadə edə bilmiş, bu isə dövlətin milli iqtisadi inkişafına öz töhfələrini vermişdir.

Məhz Naxçıvan Muxtar Respublikası qeyd olunan amillər əsasında öz iqtisadi siyasətini müəyyən edərək, davamlı sosiallaşma məqsədlərini üstün tutmuşbuna tam olaraq nail olmuşdur. Bütün bunların nəticəsi olaraq, istər ötən 2017-ci il üzrə, istərsə də hazırkı 2018-ci ilin geridə qalan dövrü ərzində muxtar respublika iqtisadiyyatın sahə strukturu üzrə yüksək təşkilatlanma dövrünü yaşamaqla, yaradıcı ideyalar əsasında inkişaf etmişindibuna davam etməkdədir. Fikrimizi 2018-ci ilin yanvar-mart aylarında istehsal olunan ümumi daxili məhsulun həcmi də sübut etməkdədir. Belə ki, bəhs edilən dövrdə əsas makroiqtisadi göstəricinin həcmi 524 milyon 186 min manatdan artıq olmuşdur. Bu, muxtar respublikada çoxşaxəli və çoxsahəli iqtisadi inkişafın ən dolğun ifadəsi və ən gerçək mənzərəsidir.

Təbii ki, iqtisadiyyatın sosiallaşması bütün tərəfləri ilə yanaşı, həm də insan amili ilə əlaqəli olub, vətəndaşla, sakinlə dövlət arasındakı bağlılığı özündə əks etdirir. Onun şəxsi və ictimai maraqlarının ifadə olunduğu, qorunduğu və təmin edildiyi iqtisadiyyat olaraq özünü göstərir. Maddiqeyri-maddi istehsalın mövcudluğunun və davamlılığının yalnız insan amili üzərində qurulduğunu təmin edir. Bu mənada Naxçıvan Muxtar Respublikasında iqtisadi artımın sakinlərin yaşam tərzinə, rifah halının daha da yaxşılaşmasına, bununla da milli iqtisadiyyata, daha doğrusu, millətə xas olan iqtisadiyyata hədəfləndiyini görə bilirik. Təsadüfi deyildir ki, ÜDM-in hər bir nəfərə düşən həcmi məhz bu məqsədlər çərçivəsində reallaşaraq əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artmış və 1156 manatdan artıq olmuşdur.

Qeyd etdiyimiz kimi, muxtar respublika iqtisadiyyatı çoxşaxəli perspektivlərə söykənməklə, dövlətin bu sahə üzrə siyasətinə səmərəlilik gətirməkdədir. Naxçıvan Muxtar Respublikasını ölkənin qüruruna çevirəcək bu potensial həm də onun regional siyasətinin səmərəliliyinə güclü töhfədir. Bunu muxtar respublika iqtisadiyyatının sahə strukturu üzrə dinamik artım göstəriciləri də sübut edir. Diqqət edəndə aydın olur ki, ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşbu, eyni zamanda insanların sosial-iqtisadi münasibətlərin çox zəruri daşıyıcıları olmasına zəmin yaratmışdır. Həm də bu, bir tərəfdən özünü səmərəli məşğulluq siyasətinin nəticəsi və hərəkətverici qüvvəsi kimi təqdim edirsə, digər tərəfdən artan təlabatların ödənilməsində mühüm amilə çevrilməkdədir. Təbii ki, hər iki halda milli iqtisadi inkişafın sürətləndirici meyarı olaraq çox ciddi təsirə malikdir. Əhalinin zəruri istehlak malları ilə təmin olunması da burada özünü göstərməkdədir ki, bu da ÜDM-in tərkibində maddi istehsalın payının 54,1 faiz təşkil etməsilə daha da yüksək mahiyyət kəsb etməkdədir. Çox yaxşı haldır ki, muxtar respublikada bu tendensiya artım dinamikası ilə davam etməkdədir. Belə ki, ötən 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz çoxalmışdır. Bu artım kənd təsərrüfatı məhsullarında 3 faiz, nəqliyyat sektorunda yük daşınmasında 1,8 faiz, informasiya və rabitə xidmətlərində 1,6 faiz, o cümlədən mobil rabitə xidmətində isə 1,9 faiz təşkil etmişdir.

İqtisadiyyatın istehsal potensialının artırılmasında, bu sahədəki fasiləsizliyin təmin edilməsində, onun sahə strukturunda ardıcıl əlaqələndirmənin mümkünlüyündə, makroiqtisadi zəmində xammal-emal-istehsal həlqəsinin gücləndirilməsində və bu sahələr üzrə imkanların əlçatanlığında sənayenin müstəsna əhəmiyyəti vardır. İqtisadi təşkilatlanmanın dayanıqlı bazası olan sənaye Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında aparıcı sahəni təşkil edir. Əsas makroiqtisadi göstərici olan ÜDM-in strukturunda ilk yerdə təşəkkül tapan sənaye yerli istehsala əsaslanan istehlak münasibətlərinin inkişafında güclü təsirə malikdir. Fizikihüquqi şəxslərin fəaliyyətini stimullaşdıran, eyni zamanda onların səmərəli fəaliyyəti ilə məhsuldarlığı artan sahə kimi sənayenin sosial-iqtisadi əhəmiyyəti getdikcə artmaqdadır. Artıq cari ilin yanvar-mart aylarında muxtar respublikada 241 milyon 42 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələmişdir. Şübhəsiz ki, bu amil yüksək perspektivliyə malik olan muxtar respublika iqtisadiyyatının gələcək uğurlarının da xəbərçisi kimi çıxış etməkdədir.

Sənaye sahəsi dövlətin bu sahə üzrə diqqət və qayğısı ilə potensialını daha da artırmaqdadır. Milli iqtisadi hədəflərə daha çevik xidmət edə bilən bu sahə muxtar respublikada istehsal sahəsi ilə yanaşı xidmətlərin göstərilməsi istiqamətində də pozitiv mənzərə sərgiləməkdədir. Bunu çox güclü sosialiqtisadi təminat bazasına çevrilən sənaye məhsulu istehsalının sahəvi təşəkkülündə də görə bilərik. Belə ki, bu sahə üzrə istehsal olunan məhsulun 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşmüş, bu isə iqtisadiyyatın sosiallaşması sahəsində mühüm göstəriciyə çevrilmişdir. Davam edən islahatlar, müasir iqtisadi şəraitin aktuallığını artıran tələbləri və ölkənin hazırkı inkişaf səviyyəsinə xas olan mərhələ iqtisadiyyatda kreativliyə söykənən düşüncəyə, ideyaya, təşəbbüsə ciddi ehtiyac yaratmaqdadır. Bu isə, şübhəsiz ki, iqtisadiyyatın özəl sektora aid çəkisinin daha da artmasına səbəb olmaqdadır. Dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 95,4 faizi özəl sektorun payına düşmüşdür. Bu isə təbii ki, iqtisadi idarəetmənin yeni mütərəqqi formalarının təşəkkül tapdığı sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və məhsuldarlığında olduqca mühüm təsirə malikdir.

Muxtar respublika iqtisadiyyatının çoxşaxəliliyinin təminatı onun infrastruktur quruculuğu sahəsindəki uğurları ilə daha da güclənməkdədir. Ölkənin sosial-iqtisadi inkişafında regional siyasətin aktuallıq kəsb etdiyi hazırkı vaxtda muxtar respublikanın bu sahə üzrə uğurlu tədbirləri infrastruktur potensialı ilə yanaşı, həm də investisiya qoyuluşu sahəsindəki məqsədyönlülüyünü göstərməkdədir. Əlamətdar hallardan biriondan ibarətdir ki, muxtar respublikada vüsət alan həmin məsələlər tikinti-quruculuq tədbirlərinə stimul verməklə, onun bütün şəhər, rayon, qəsəbə və kəndlərini əhatə etməkdədir. Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci rübündə də muxtar respublikada infrastruktur quruculuğu tədbirləri iqtisadi inkişafın əsas təminedici meyarlarından birini təşkil etmişistinad edilən dövrlərdə bu tədbirlər çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 197 milyon 240 min manat vəsait yönəldilmişdir. 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox olan bu göstərici muxtar respublikada ən ucqar kəndlərin belə, görüntüsünə müasirlik gətirmişdir. İstehsalsosial təyinatlı müəssisələrin, eləcə də infrastrukturların tikilməsi və yaradılması da daxil olmaqla, investisiya qoyuluşlarının 184 milyon 850 min manatı və ya 93,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür. Yüksək perspektivliyə söykənən bu proseslər muxtar respublikanın hər qarış torpağında özünü göstərməkdədir. Qeyd edək ki, iqtisadi inkişafın və sosial dayanıqlığın hərəkətverici qüvvəsi olan bu tədbirlər nəticəsində cari ilin birinci rübündə muxtar respublikada 55 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuşya əsaslı təmir olunmuşdur. Hazırda da davam etdirilən tikinti-quraşdırma tədbirləri nəticəsində daha 116 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri müəyyən edilən hədəflər baxımından olduca əhəmiyyətliliyi ilə seçilməkdədir.

 

(ardı gələn sayımızda)

 

Cavadxan QASIMOV

İqtisad üzrə

fəlsəfə doktoru