“İnkişafın Azərbaycan modeli bir sıra ölkələr üçün örnək ola bilər”

 

Müasir dünya və Azərbaycan reallıqları haqqında dəyərli əsər

 

Müasir dünyanın qlobal siyasi prosesləri hər bir ölkənin qarşısında yeni vəzifələr qoyur, milliqlobal maraqların uyğunlaşdırılmasını tələb edir. Bir tərəfdən qloballaşma, digər tərəfdən isə milli müstəqilliyin qorunub saxlanılması zəruri dünya siyasətində yeni nisbətin tapılmasını ortaya qoyur. Bu baxımdan, AMEA-nın Fəlsəfə İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Afaq Baloğlan qızı Rüstəmovanın çapdan çıxmış “Müasir dünya və Azərbaycan reallıqları: fəlsəfi təhlil” monoqrafiyasında müasir Azərbaycan cəmiyyətinin bütün sahələrində yeniləşməni nəzərdə tutan modernləşmə proseslərinin sosial inkişaf istiqamətlərinin təhlilinə diqqət yetirilmiş, müasir dövrdə inkişafın Azərbaycan modelinin formalaşması problemləri elmi şəkildə təhlil edilmişdir. Sözügedən problemin təhlili və işlənmə dərəcəsinə gəlincə göstərilməlidir ki, son dövrlərdə ölkəmizdə yazılmış kitab və məqalələrdə onun ayrı-ayrı tərəflərinə toxunulsa da, bütövlükdə bu mövzunu kompleks şəkildə araşdıran monoqrafik tədqiqat əsəri yoxdur. Hesab edirik ki, bu tədqiqat fəlsəfi ədəbiyyatımızda özünü göstərən boşluğun doldurulmasında böyük əhəmiyyət kəsb edir. Beş fəsildən ibarət olan bu əsərdə müasir dünya və Azərbaycan reallıqları ilə bağlı mürəkkəb və genişmiqyaslı vəzifələrin uğurlu həllini görürük.

 

Söhbət, hər şeydən əvvəl, müasir dünya və yeniləşən Azərbaycan həyatının bütün tərəflərində gedən real proseslərin bütün dolğunluğu və hərtərəfliliyi ilə obyektiv elmi təhlilini verməkdən, onların səmərəliliyinin artırılmasını və sürətlənməsini ehtimallaşdıran şərt və amilləri aşkara çıxarmaqdan ibarətdir.

Monoqrafiyanın giriş hissəsində müəllif mövzunun aktuallığını konkret faktlarla əsaslandırmış, tədqiqat məqsədini və praktik əhəmiyyətini göstərmişdir. Aparılan təhlillərdə tədqiq edilən mövzuya aid bütün əsas məsələlər, irəli sürülmüş fikirideyalar, ümumiləşdirmələr kifayət qədər ardıcıllıqla, dəlillərlə və faktiki materiallarla dəyərləndirilmişdir.

Tədqiqatçı A.B.Rüstəmova öz monoqrafiyasının birinci fəslində müasir dövrün aktual problemlərini fəlsəfi, sosial-siyasi kontekstdən təhlil etmiş, o cümlədən modernləşmənin inkişaf mərhələləri, problemlə bağlı sosial-siyasi yanaşmalar, sosial-siyasi inkişafın əsas konsepsiyaları, Azərbaycanda modernləşmənin sosial inkişafa təsiri, eləcə də inkişafın Azərbaycan modelini təhlil müstəvisinə gətirmişdir.

Məlumdur ki, modernləşmə sistemli şəkildə ictimai həyatın bütün sahələrində baş verən mürəkkəb və uzunmüddətli sosial dəyişikliklər prosesidir. O, cəmiyyətdə siyasi, iqtisadi, sosiomədəni, sosial-psixoloji, ailə-məişət sahələri ilə yanaşı, dünyagörüşüictimai şüurda baş verən mühüm dəyişiklikləri əhatə edir. Əslində, modernləşmə müasir dövrün hadisəsi deyil, o, bəşəriyyətin inkişafının bütün dövrlərində buya digər şəkildə təzahür etmişdir. Müasir cəmiyyət isə informasiya cəmiyyətidir. Bu baxımdan, müəllif haqlı olaraq bu nəticəyə gəlmişdir ki, müasir informasiya cəmiyyətinin formalaşması mürəkkəb və uzunmüddətli prosesdir. Bu kontekstdə köhnənin və yeninin, ənənənin və innovasiyanın uyğunlaşması prosesi baş verir. İnformasiya cəmiyyətinin formalaşması və inkişaf etməsi üçün texniki, iqtisadi, siyasi və digər sahələrdə mühüm islahatlar aparılmalı, sosial modernləşmə sistemli şəkildə həyata keçirilməlidir. Monoqrafiyada müəllifin irəli sürdüyü belə bir fikir də diqqəti cəlb edir ki, bütövlükdə modernləşmə nəzəriyyəsi hər bir konkret ölkənin daxili inkişaf amillərinin nəzərə alınmasına, ölkənin inkişafını təmin edən sosial dəyişikliklərin və sosial təkamül proseslərinin müəyyənləşməsinə yönəlməlidir. Tədqiqatda sosial idrakın çox mürəkkəb, elmlərarası fenomeni kimi təzahür edən sosial modernləşmə nəzəriyyəsi və sosial inkişaf anlayışı ilə bağlı şərhlər də ətraflı tədqiq edilmişdir.

Əsərdə müasir dövrdə inkişafın Azərbaycan modeli ayrıca bölmədə təhlil edilmişdir. Aparılan təhlillərdə bu gün Azərbaycan Respublikasında aparılan müstəqil xarici siyasətin uğurları, siyasiiqtisadi inkişafla yanaşı, mədəni sahədə əldə edilən nailiyyətlər, elmin inkişaf etdirilməsi, neft amilindən asılılığın azaldılması, insan kapitalından səmərəli istifadənin təmin edilməsi, dini tolerantlıq kimi məsələlər real faktlarla şərh edilmişdir. Əsərdə göstərildiyi kimi, bu gün Şərq və Qərb arasında körpü olan Azərbaycan dünya ölkələri ilə bərabərhüquqluluq, qarşılıqlı etimad, faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirir. Ölkəmizdə milli inkişaf modelinin tətbiqi, sosial-siyasi islahatların ardıcıl şəkildə həyata keçirilməsi, qanunvericilik bazasının inkişaf etdirilməsi vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində aparılan işlər, iqtisadi inkişaf Azərbaycanın tarazlı və dinamik inkişafını təmin edən mühüm amillərdir.

A.B.Rüstəmova monoqrafiyanın ilk fəslində azərbaycançılıq ideologiyası və onun formalaşdırılması ilə bağlı məsələləri şərh edərək yazır: “Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev bu ideologiyanın elmi-nəzəri əsaslarını formalaşdırmış, onun dövrün tələblərinə müvafiq olaraq modernləşdirilməsinin yollarını müəyyənləşdirmişdir”.

Bu gün Azərbaycan elmə, təhsilə, savada, tərəqqiyə istinad edərək öz milli adət-ənənələrinə sadiq qalmaqla yeniləşmə, modernləşmə istiqamətində öz inkişafını həyata keçirir. Bu xüsusda ölkəmizin Prezidenti İlham Əliyev deyir: “Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycan maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi - bunlar bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaq”. Ulu öndərin tariximizə, milli-mənəvi dəyərlərimizə əsaslanaraq qurduğu demokratik, hüquqi, dünyəvi dövlətimiz bu gün azərbaycançılığa söykənərək ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli bir ölkəyə çevrilib və gələcəyə doğru inamla addımlayır.

Müasir dünyada baş verən siyasi, etnik, sosial qeyri-sabitlik, eləcə də modernləşmə proseslərinin geniş yayılması milli mentalitetin, milli şüurun qorunub saxlanılması məsələlərinə münasibəti son dərəcə aktuallaşdırır. Mentalitet probleminin, onun sosial determinantlarının dərindən öyrənilməsi insanın mənəvi varlığının müəyyənləşdirilməsinə, insan və cəmiyyət arasında mövcud olan qarşılıqlı əlaqələrin daha dərindən dərk edilməsinə imkan yaradır. Bütün bunları nəzərə alan müəllif kitabın növbəti fəslində milli şüurmilli mentalitet məsələlərini modernləşmə kontekstində araşdırmışdır. Mentalitet anlayışının mahiyyət və strukturunu tarixilik baxımından təhlil edən filosof qeyd edir ki, “mentalitet cəmiyyətdə qarşılıqlı təsir imkanlarına malik olduğundan mühüm sosial amil kimi xalqın yaşamını və dövlətin bütün sahələrini əhatə edir, tənzimləyici xüsusiyyəti isə cəmiyyətdə sabitliyin qorunub saxlanılmasına şərait yaradır. Təhlillərdə haqlı olaraq belə bir nəticəyə gəlinir ki, mentalitetin mahiyyəti əxlaq, ədəb qaydalarını özündə ehtiva edir, o fərdi və ictimai şüura, dünyagörüşünə, əxlaqa münasibətdə təməl kriterilər funksiyasını icra edir.

Müəllif modernləşmə şəraitində milli şüurmilli mentalitetin qarşılıqlı təsir məsələlərini də işıqlandırmışdır. Məlumdur ki, milli mənlik şüuru millətin özünü dərk etməsi, onu əhatə edən mədəni, sosial-siyasiiqtisadi mühiti adekvat mənalandırılması deməkdir. Milli mənlik şüuru millətin xarakterinimilli psixologiyasını, habelə digər spesifik xassələrini təmərküzləşmiş şəkildə ifadə etdiyi üçün həmin milləti təşkil edən hər bir insanın fəaliyyəti və davranışını vahid sosial istiqamətə yönəldir, onları qəti şəkildə müəyyənləşdirir və dəqiqləşdirir. Bu proses onların milli borc, milli mədəniyyət, milli məsuliyyət, milli iştirak hissi kimi şəxsi keyfiyyətlərinin formalaşmasına sürətləndirici təsir göstərir. Onların inkişafı isə öz növbəsində şəxsiyyətlərarası münasibətlərin normallaşmasında, şəxsiyyət-cəmiyyət əlaqələrinin möhkəmlənməsində, millətin ümumi potensialının vahid istiqamətə yönəldilməsində çox mühüm rol oynayır. Sözügedən vəziyyət tarixi inkişafın dönüş xarakterli məqamlarında daha aydın nəzərə çarpır.

Əsərdə dövrün mühüm problemlərindən olan terrorizm mövzusu, o cümlədən Qarabağda ermənilərin qanlı terroru da kifayət qədər geniş şəkildə işıqlandırılıb. Müəllif əsərdə tolerantlıq problemini aktuallaşdıran amillərə diqqət yetirərək belə bir mühüm nəticəyə gəlir ki, bu proses birgə yaşayışa humanist münasibətin formalaşdırılmasına imkan yaradan bir alət, mexanizm kimi dəyərləndirilməlidir.

Monoqrafiyanın son fəsli müasir mərhələdə humanizm ideyalarına yeni yanaşma, “Şərq-Qərb” probleminin tarixi inkişaf baxımından təhlili, humanizmin qaynaqları və təkamül prinsipləri, ümumdünya humanist hərəkatının yaranmainkişaf meyilləri “Şərq-Qərb” humanizm mövqeyində varislik problemi, dinhumanizm kimi məsələlərin təhlilinə həsr edilmişdir.

Müəllifin humanizmin qaynaqları və təkamül prinsipləri ilə bağlı apardığı təhlillər də maraq doğurur və fəlsəfi fikirdə yeni hesab edilə bilər. A.B.Rüstəmova haqlı olaraq bu nəticəyə gəlir ki, humanizm insanlıq, insan, onun həyatı, ləyaqəti, xoşbəxtliyi naminə mübarizədir. İnsanlığı ifadə edən səmimiyyət, həssaslıq, rəhmdillik, xeyirxahlıq kimi nəcib hiss və təzahürlər həqiqi humanizmi səciyyələndirir. Dünyəvi humanizmin mahiyyətini şərh edən müəllif onu antropoloji, fəlsəfi, psixoloji, hüquqi, ekolojipedaqoji sahələri əhatə edən elmi biliklər sistemi hesab edir.

Təhlillərdə belə bir fikir də vurğulanır ki, humanizm daha çox əxlaqi sferada, fərdin əxlaqi niyyət və fəaliyyətində özünü göstərir. Lakin humanizmin sosial hadisəyə çevrilməsi üçün, ilk növbədə kompleks şəkildə əlverişli sosial şəraitin mövcud olması vacibdir.

Monoqrafiyanın son fəslində təhlilə cəlb edilən “Şərq-Qərb” humanizmi mövqeyindən varislik problemi məsələləri də maraqla qarşılanır. Təhlillərdə “Şərq-Qərb” problemi həm tarixi inkişaf baxımından, həm də humanizm mövqeyindən elmi ciddiliklə tədqiq edilmişdir. Aparılan şərhlərdən göründüyü kimi, əsrlərdən bəri davam edən “Şərq-Qərb” sivilizasiyalarının problemi daha çox, tez-tez müzakirə olunur. Bu məsələləri nəzərdən keçirərkən müəllif müasir şəxsiyyətin individual keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayan mənəvi dəyərləri və mədəni sərvətlərin spesifikliyi ilə bağlı cəhətləri, digər tərəfdən isə onların universal xarakter daşıyan keyfiyyətlərini ayrılmaz vəhdətdə götürür.

Müasir dünyada gedən siyasi və mədəni proseslər güman etməyə əsas verir ki, bəşəriyyətin sağlam düşüncəsi Şərq və Qərb sivilizasiyalarının qarşıdurmasını aradan qaldıracaq, onların qarşılıqlı əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Bu sivilizasiyalar arasında genişmiqyaslı dialoqu möhkəmləndirmək, həmin mədəniyyətlərin ayrı-ayrılıqda hər birinə xas olan müsbət cəhətləri əlaqələndirmək və onlardan şəxsiyyətin formalaşması və inkişafı naminə istifadə etmək müasir Azərbaycan cəmiyyəti üçün daha çox spesifikliyə malikdir.

Fəlsəfə üzrə elmlər doktoru Afaq Rüstəmova öz tədqiqatında belə bir nəticəyə gəlir: Bu gün Azərbaycan cəmiyyəti dünyada baş verən qlobalson dərəcə mürəkkəb proseslərin öz inkişaf perspektivlərini müəyyənləşdirir və həyatının bütün sahələrində irəliləyişlər əldə edir. Hərtərəfli, ahəngdar inkişafa nail olmaq üçün həm ölkə daxilində, həm də xarici siyasətdə düzgün strategiyanın müəyyənləşdirilməsi mühüm şərtlərdəndir və düşünürük ki, bu baxımdan bu gün inkişafın Azərbaycan modeli bir sıra ölkələr üçün örnək ola bilər”.

Kitabın elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçilər fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmov və fəlsəfə üzrə elmlər doktoru Lalə Mövsumovadır.

Kitab tələbələr, elmi işçilər və cəmiyyət problemləri ilə maraqlanan oxucular üçün dəyərli töhfə hesab edilə bilər. Alim həmkarımızı uğurlu və sanballı tədqiqatına görə təbrik edir, ona gələcək elmi fəaliyyətində böyük uğurlar diləyirik.

M. Rzayev

Professor, fəlsəfə üzrə elmlər doktoru

A.      Əhmədov Fəlsəfə üzrə fəlsəfə doktoru

B.       

Palitra  2018.- 2 may.- S.13.