Tədris-təlim prosesinin keyfiyyət təminatı: Səriştəli yanaşma

Təhsil cəmiyyətin çox mühüm tərkib elementidir. Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir. Müasir dünyada Azərbaycanın dünyəvi, demokratik və hüquqi dövlət kimi formalaşması və bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olduğu bir şəraitdə onun təhsil sisteminin inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya edilməsi mühüm rol oynayır. Azərbaycan təhsil sistemi hazırda bir sıra inkişaf etmiş ölkələrin təhsil sistemi ilə rəqabətə girə bilmək imkanlarına malikdir.

XXI əsrin əvvəllərində Azərbaycan dövlətinin müəyyən etdiyi yeni inkişaf yolu təhsilin yeniləşməsi və müasirləşməsinə olan ehtiyacları bir daha aktuallaşdırdı. 1999-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” Azərbaycan təhsilinin bu sahədə yeni inkişaf istiqamətlərini müəyyənləşdirdi. Nəticəyönümlü, şəxsiyyətə istiqamətlənmiş tədris-təlim prosesinin qurulması və keyfiyyətin təhsilin əsas göstəricisi kimi dərk olunmasına başlanıldı, təlim nailiyyətlərinin səviyyəsi şəxsiyyətin əsas göstəricisinə çevrildi. Ona görə də 2003-cü ildə islahatın növbəti mərhələsi üçün planlaşdırılmış ən əsas problemlərdən biri kimi “Ümumi təhsilin keyfiyyəti və onun real tələbatlara uyğunluğu” götürüldü. Bu gün artıq təhsildə yeni humanist-pedaqoji və sosial texnologiyalar formalaşmağa başladı və yeni pedaqoji yanaşmalardan, interaktiv təlim metodlarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması ön plana çəkildi. Bu baxımdan, konseptual kompetensiyaların formalaşdırılmasında, inteqrativ xarakterli tənqidi təfəkkürün inkişafında mühüm rol fəal təlim metodlarından, yeni yanaşmalardan təhsil sistemində istifadə öz aktuallığı ilə seçilir. Müasir yanaşmalara görə, təhsil müəssisələri elə bir pedaqoji sistem qurmalıdır ki, şəxsiyyətin inkişafı, meyil, maraq və qabiliyyətinin formalaşması, həmçinin onların mənəvi və əxlaqi cəhətdən layiqli bir vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin və bu prosesi səmərəli idarə edə bilsin.

Araşdırmalar göstərir ki, yeni yanaşmalar içərisində təhsildə səriştəli yanaşmanın xüsusi yeri vardır. 1990-cı illərə qədər səriştəlilik kateqoriyası, əsasən, dilin öyrədilməsinin nəzəriyyəsi və təcrübəsində, eyni zamanda professional idarəetmədə, rəhbərlikdə istifadə olunurdu. 1984-cü ildə Dj.Ravenin “Müasir cəmiyyətdə səriştəlilik” əsərində, birinci dəfə səriştəliliyin psixoloji təbiətinə, ayrı-ayrı insanlarda müxtəlif yaş dövrlərində onun formalaşma problemlərinə münasibət bildirilmişdir. Hazırda Azərbaycanda islahatın aktiv fazasını yaşayan ümumtəhsil sistemi, eyni zamanda təhsilin bütün strukturları səriştəli yanaşmadan kənarda qala bilməz. Təhsil sisteminin strukturunun yeniləşdirilməsi və məzmununun mo¬dernləşdirilməsi onun son məqsədinin hansı səviyyədə dərk olunmasından asılıdır. Təhsilin məzmununun modernləşdirilməsi onun humanistləşdirilməsi və bütöv bir varlıq kimi qəbul edilməsi ilə sıx bağlıdır. Təhsil sisteminin strukturunun müasirləşdirilməsi və məzmununun modernləşdirilməsində böyük elmi-nəzəri və praktik əhəmiyyət daşıyan səriştəli yanaşma böyük əhəmiyyət kəsb edir. Təhsildə səriştəlilik – şərəf, ləyaqət, məsuliyyət, mükəmməl bilik, aldığı biliyi həzm etmək, ondan istifadə edərək xeyir vermək və bunu başqalarına çatdırmaq, bunlara mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. “Səriştəlilik” geniş bilik, bacarıq və vərdişlər sisteminin formalaşmasında şəxsi, instinsional və ictimai inkişafın əsas amili kimi tədris-təlim prosesinin səmərəliliyinin yüksəldilməsində əsas istiqamətlərdən biri hesab olunur. Təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilən səriştəli yanaşma təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinin əsas vasitəsidir[4].

Səriştəli yanaşma inkişaf etmiş ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmiş təhsil standartlarının ümumi konsepsiyasına uyğun, təhsilin məzmununun layihələndirilməsi və onun keyfiyyətinə nəzarət sisteminə keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Səriştəli yanaşma modelinin dörd komponenti var:

1.            Məntiqi;

2.            Funksional;

3.            Semantik;

4.            Texnoloji.

Bu komponentlərin qarşılıqlı əlaqələri səriştəli yanaşma modelinin səmərəliliyini müəyyən edir. Təhsildə səriştəli yanaşma modeli mövcud təhsil nəzəriyyəsi və təcrübəsində məlum texnologiyalardan istifadə olunaraq həlli mümkün olmayan, problem xarakterli məsələləri həll etməyə imkan verir. Səmtləşdirilmiş təhsil 1970-ci illərdə Amerikada formalaşmışdır. 1990-cı illərə qədər səriştəlilik dilin öyrədilməsində və idarəetmədə, rəhbərlikdə istifadə olunurdu. Səriştəliliyin növləri:

-              dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif tendensiyalar və dəqiq məqsədlərlə bağlı bacarıqlar;

-              öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tendensiyalar;

-              fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı; sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;

-              əks-əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar;

-              özünə əminlik, inamlılıqla bağlı bacarıqlar;

-              özünənəzarət bacarığı; gələcək haqqında düşünməyə (fikirləşməyə), adaptasiya (uyğunlaşma) və abstraksiya (mücərrədləşdirməyə) dair bacarıq və vərdişlər;

-              qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət;

-              təfəkkürün sərbəstliyi, orijinallığı;

-              tənqidi (nəzəri) təfəkkürün inkişafı;

-              mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;

-              hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır olma; ətraf aləmin imkan və ehtiyatlarının aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;

-              fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yoxluğu;

-              məqsədə çatmaq üçün yeni ideyalardan və innovasiyalardan istifadə bacarığı;

-              cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik (inanma);

-              inadkarlıq, sözünün üstündə durma bacarığı;

-              ehtiyatlardan istifadə bacarığı;

-              etibar, inam, etimadla bağlı keyfiyyətlər; arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bildirmə bacarığı;

-              şəxsi məsuliyyət;

-              məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;

-              qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs oyatma bacarığı;

-              başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaşmaq bacarığı;

-              əməkdaşların şəxsi potensialını subyektiv qiymətləndirməyə can atma bacarığı;

-              ixtilafların həlli və fikir ayrılıqlarının yumşaldılması ilə bağlı bacarıqlar;

-              tabelilik şəraitində səmərəli, effektiv işləmək bacarığı;

-              ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dözümlülüyün təbliği ilə bağlı bacarıqlar;

-              təşkilati və ictimai planlaşdırma ilə bağlı bacarıqlar.

Təhsilin səmərəliliyinin artırılması və keyfiyyətinin yüksəldilməsi təhsil işçilərinin başlıca vəzifələrindəndir. Müasir təhsil biliklər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik və bacarıqların onların özü tərəfindən sərbəst əldə olunması istiqamətinə yönəldilmişdir.

Müəlliminin yeni səriştəlilik modelinin strukturu

Yeni səriştəliliyin növ¬ləri (kompetensiyalar)    

Yeni səriştəlilik çərçivəsində fəaliyyətin növləri

Texnoloji             Tədris-təlim və tərbiyə prosesində pedaqoji tex¬¬¬¬nologiyaların mənimsənilməsi və səmərəli istifadəsi

Layihə-konstruktiv Tədris (işçi) proqramlarının layihələndirilməsi, təhsil müəs¬¬¬-sisəsinin əsas təhsil proqramlarının işlənilməsində işti¬rak, universal tədris fəaliyyətinin və əsas səriştə¬¬-lilik¬¬¬¬lə¬rin formalaşmasını təmin edən tapşırıqların konstruksiya edilməsi

Analitik Tədris-metodik komplekslərin dövlət standartlarına uy¬¬¬¬ğunluğunun təhlili; əsas səriştəliliklərin və universal tədris fəaliyyətinin formalaşmasını təmin edən tapşırıqların seçilməsi

Proqnostik         Təklif olunan tədris-metodik komplekslərin təhlili əsasında əsas təhsil proqramlarının mənimsənilmə nəticələrinin proqnozlaşdırılması

Qiymətləndirmə              Əsas təhsil proqramlarının mənimsənilməsi nəticə¬lərinin qiymətləndirilməsi üçün yeni sistemin tətbiqi: bal-reytinq sistemi, təlim nəticələrinin portfeli və s.

Monitorinq        Tədris-təlim prosesinin və dərs vermənin keyfiyyətinin müəyyən edilməsi üçün texnoloji monitorinqin mənimsənilməsi və istifadə olunması

 

Təhsil sisteminin əsas məqsədi öyrənənlərdə səriştəliliyin kompetensi¬¬¬yalarının inkişaf etdirilməsinə yönəldilmişdir. Bu kompetensiyalara aşağıdakıları aid etmək olar:

             strateji - gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı;

             əyani - öyrənilən ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların spesifikliyi ilə bağlı;

             metodik – sərəncamçılığa dair bacarıqların məzmunu ilə bağlı;

             sosial kommunikativ - əməkdaşlıq bacarıqlarının, tənqidin və əks-əlaqənin qəbul olunması ilə bağlı;

             normativ-mədəni – peşəkar münasibətlərin motivasiya və nəticəyə çatmağa hazır olmaqla bağlı;

             şəxsiyyətin özünüreallaşdırma bacarıqları ilə bağlı;

             sosialyönümlü bacarıqlarla bağlı;

             müəyyən fəaliyyət sferası ilə bağlı kompetensiyalar.

Müasir təhsilin əsas məsələsi biliklər sisteminin səmərəli mənimsənilməsinin inkişafı lazım olan bilik və bacarıqların onlar tərəfindən sərbəst əldə olunmasına yönəldilmişdir. Səriştəli yanaşmada öyrənənlərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün onlar bu prosesə dair bilik, bacarıq və vərdişlərə:

             problemin dərk olunmasına;

             sualları qoyma bacarığına;

             hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlara;

             anlayışlara elmi təriflərin verilməsinə;

             təcrübələrin aparılmasına;

             nəticəçıxarma və yekunlaşdırma bacarığına;

             öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığına yiyələnməlidirlər.

Deməli, səriştəli yanaşma özünün hərtərəfli məna tutum və dəyərlərində təhsildə modernləşdirmə prosesinin əsas məqamlarının dərin nəzəri və pedaqoji aspektlərini əks etdirir. Bu gün artıq təhsilin keyfiyyəti şəxsiyyətin müəyyən dəyərlərə malik olma səviyyəsi ilə ölçülür. Kurikulumda bu dəyərlər öz əksini tapdı və şəxsiyyətin inkişafı üçün zəruri olan idraki, hissi və fiziki fəaliyyətlər konpetensiyalarda ifadə edildi. Keyfiyyət təhsilin strateji vəzifələrindən biri hesab edilərək, kamil insanın, şəxsiyyətin rəqabətə qabilliyi zəruri cəhətlər kimi ön plana çəkildi. Təhsil sferasında keyfiyyət dedikdə, təhsilin nəticələrinə uyğun olaraq əvvəlcədən müəyyən edilmiş normativlərə müvafiq öyrənənlərin səviyyəsi, ümumi halda isə təhsil sisteminin vəziyyəti başa düşülür. Ona görə də şagirdlərin bilik keyfiyyəti tamlıq, dərinlik, sistemlilik, konkretlik, ümumiləşdiricilik, şüurluluq, möhkəmlik kimi göstəricilərin tədris-təlim prosesində formalaşmasının nəticəsi kimi dəyərləndirilməyə başlanıldı. Bütün bunlar bizə belə bir əsas verir ki, hazırda milli-mənəvi və ümumbəşəri dəyərlərdən qaynaqlanan milli təhsil ənənələrimiz konseptual xarakter daşıyan Milli Kurikulum sənədində öz əksini tapmışdır və hər bir təhsil müəssisəsində tədris-təlim prosesinin obyektiv meyarı kimi təhsilin keyfiyyət göstəricisi əsas götürülməlidir.

Tədris-təlim prosesinin keyfiyyəti müəyyənləşdirilərkən onun üç əsas tərkib hissəsi – məzmun, texnologiya və əldə olunmuş nailiyyətlər təhlil olunmalı və ayrı-ayrı tərkib hissələri üzrə nəticələr çıxarılmalıdır. Keyfiyyətin qiymət-ləndirilməsində sistemli yanaşmadan istifadə olunması səmərəli nəticələr verir. Təhsil sistemində keyfiyyətin idarə olunmasında insan faktoru həlledici rol oynayır. Bu da çoxlu komponentlərdən asılıdır. Ona görə də keyfiyyətin idarə olunmasının müasir modellər əsasında təşkili, təhsilin səmərəliliyinin yüksəldilməsində əvəzsiz imkanlara malikdir. Fənlərin səmərəli tədrisi ilə bağlı olan müxtəlif tipli layihələrin yeni texnoloji yanaşmalar hesabına təkmilləşdirilməsi tədris prosesinin keyfiyyətinin, effektivliyinin yüksəldilməsi kimi dəyərləndirilməlidir. Azərbaycan təhsil sistemində səriştəyə əsaslanan şəxsiyyətyönümlü pedaqoji təhsilin təşkilində, kompetensiyalı pedaqoji kadr hazırlığında keyfiyyətin təminatında və onun səmərəli idarə edilməsində yeni modellərin tətbiqinin həyata keçirilməsi yüksək əhəmiyyət kəsb edir.

Zülfiyyə Vəliyeva

ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL-in

elmi işçisi, Əməkdar müəllimi.

Palitra  2018.- 1 noyabr.- S.12.