“Öz işimin peşəkarıyam”
Cəmilə Mirzəyeva:
“Biliyimi artırmaq üçün
xarici ölkələrdəki seminarlara qatılıram və öyrəndiyim
yenilikləri Estoniyada tətbiq edirəm”
Bu
gün müxtəlif sahələrdə çalışan
xaricdəki gənclərimiz böyük uğurlar əldə
edirlər. Sevindirici haldır ki, onlar bu uğura öz əzmkarlıqları
sayəsində nail olurlar. Müsahibimiz Cəmilə Mirzəyeva
da modelyer dizayner olaraq artıq özünün təsdiq edib.
Qeyd edək ki, Cəmilə Mirzəyeva Estoniyada anadan olub. Onun
2 bacısı, 2 qardaşı da Estoniyada dünyaya gəliblər.
Cəmilə xanım hazırda Rusiyanın Soçi səhərində
təhsil alır.
- Siz nə vaxtdan modelyer dizayner
olaraq çalışırsız?
- Məktəb
vaxtı ən böyük arzum modelyer dizayner o
lmaq
idi. Çox gözəl geyimlər yaratmaq istəyirdim.
Valideynlərim bu istəyi məndə görüb mənim
üçün paltartikən maşın belə, aldılar.
Tanışımızın göstərişi ilə tikməyə
də başladım. Məktəbi bitirəndən sonra iki
ixtisasdan birini seçməli idim; ya modelyer dizayner, ya da
saç ustası (bərbər). İçimdə qorxu hissi
olduğu üçün 2-ci sənəti seçdim.
Çox şükürlər olsun ki, bu sənəti
seçmişəm. Mən hər zaman qəlbimin səsini
dinləməyi sevirəm, Allaha inanıram. Bu sahədə
artıq 17 ildir ki, çalışıram. Çox xoşbəxtəm!
İki övladım və sevdiyim işim var.
- İlk zamanlarda hər hansı
çətinlikləriniz olurdumu?
-
Əlbəttə, ilk vaxtlar çətinliklər də oldu.
Uşaqlarım körpə idilər, gözümdən
ayırmamaq üçün evimin 1 otağını gözəllik
salonu kimi istifadə edirdim. Şəkil çəkməyi və
xına ilə tatu etməyi çox sevirdim. Gözəl
ideyalar yaradırdım. Müştərilərin
çoxluğundan öz işimin arxa plana keçdiyini görüb
bu işimə son qoydum. Yenə də öz peşəkar
işimə başladım; saç kəsimi, boyama və
möhtəşəm saç düzümləri. Arada
boş vaxtlarım olanda yeni məşğuliyyət
axtarırdım. Zumba dərslərinə qatıldım.
Professional dərslər aldım. Özümü 3 il baş məşqçi
kimi sınadım. Çox gözəl alınırdı,
insanların sevinci mənim isə fasiləsiz işləməyim
mənə baha başa gəldi. Məşq zamanı
ayağım sındı. Mənim üçün çətin
günlər başladı. Bu dönəmdə isə
övladlarım və sevdiklərim yanımda idilər.
Çox sevdiyim və əziyyətli işim olan Zumba işinə
buradaca son qoymalı oldum. Bəlkə də bu, mənim
üçün bir siqnal imiş. Yenə də qəlbimin səsinə
qulaq asıb işimə davam etdim. Müştərilərimin
çoxluğundan evimdəki salonu dəyişmək qərarına
gəldim. Özüm üçün gözəl və yeni salon açdım. Studiyamda 3 professional, öz işlərini bilən xanımlarla
çalışıram.
- Öz
bildiklərinizi başqalarına öyrədirsizmi?
-
Studiyamızda master-klaslar keçirirəm, bildiklərimi
öyrədirəm, öz işimdən zövq alıram.
Biliyimi artırmaq üçün xarici ölkələrdəki
seminarlara qatılıram və öyrəndiyim yenilikləri
Estoniyada tətbiq edirəm. Professional insanlardan dərs
alıram. Mən hər zaman gördüyüm işdən həzz
alıram. Xanımlarımızı gözəlləşdirməyi
çox sevirəm, dünyanı, həyatı sevirəm. Mən
əminliklə dəyə bilərəm ki, öz işimin
peşəkarıyam. 37 yaşım var. Allah mənə bu
gözəllikləri bəxş etdiyinə görə
çox xoşbəxtəm. Əfsuslar olsun ki, 17 il öncə
sosial şəbəkədən bu qədər aktiv istifadə
olunmurdu. Şəkil paylaşmaq yox idi. Müasir dövrdə
hər işimiz göz önündədir və bu çox
sevindiricidir. Hər səhər yeni ideyalar ilə oyanıram.
Çox gözəl fikirlər ilə işimə
yanaşıram.
- Soçiyə getməyinizdə
məqsədiniz nədir?
-
Soçiyə gəlməyimin məqsədi yenə də
oxumaqdır. Burada mənim idealım Beynəlxalq gözəllik
akademiyasının prezidenti olan Georgi Kot yaşayır və
yaradır. Yaradıcılığına heyran olduğum
insandır. Bu şəhərə 2-ci dəfədir ki, üz
tuturam. Oxumaq, öyrənmək, öyrətmək məqsədilə
gəldiyim şəhər, hər dəfə daha da
maraqlı olur. Burada təhsilimi bitirdikdən sonra isə
saçlar üzrə Modelyer dizayner adına layiq görüləcəm.
Yeri gəlmişkən, bu ay “Qızıl diplom” adlı
möhtəşəm layihədə mən də iştirak
edəcəm. Çox sevindirici və qürurverici bir hisdir.
Bu yarışmaya dünyanın dördbir tərəfindən
ən güclü ustalar qatılacaqlar. Mən çox sevinirəm
ki, minlərlə insan içində mən də bu layihədə
iştirak edəcəm. Çox şadam ki, bu layihənin
prodüseri Georgi Kotun özüdür.
- Vətənlə əlaqələriniz
necədir?
- Mən
fəxr edirəm ki, azərbaycanlıyam! Atam və anam Azərbaycanda
anadan olublar. Azərbaycanı çox sevirəm, bəlkə, ona görə də bu qədər mərhəmətliyəm. Orada insanlar çox zəhmətsevərdirlər. 3 il öncə
Azərbaycanda gözəl
əl işləri olan bir xanımın
“Şəfa” studiyasında
qonaq oldum.
- Gələcək
planlarınız nədir?
- Bu
gün əminliklə, özümə inamla irəliləyirəm.
Bu yaxınlarda öz komandamla Finlandiyada master-klass apardıq, mənim
üçün böyük uğur idi. Gələcək
planlarım isə salonumu böyütmək və yeni layihələr
üzərində çalışmaqdır. Bu yaxınlarda
yeni kitabım işıq üzü görəcək. Bu da məni
çox həyəcanlandırır. Qarşıda isə
yeni-yeni layihələr var.
Fuad Hüseynzadə
Palitra.-2018.-3 noyabr.-S.7.