Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilikmetodlarla auditoriyaya girməməlidir”

Coğrafiya üzrə fəlsəfə doktoru Qabil Səmədov: “Universitet müəllimi daim yeniliyə açıq olmalı, öz üzərində işləməli, yeni təlim texnologiyalarını mənimsəməlidir

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Qabil Mahmud oğlu Səmədovdur

- Qabil müəllim, zəhmət olmasa, özünüz haqqında qısa məlumat verərdiniz.

- Mən, Qabil Mahmud oğlu Səmədov 1975-ci ildə Cəlilabad rayonunun Babaxanlı kəndində anadan olmuşam. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi , elmi işçiböyük elmi işçi vəzifəsində işləmişəm. H.Əliyev adına liseydə, Bakı Dövlət Universitetində, İqtisad Universitetində müəllimlik fəaliyyəti göstərmişəm.

- Qabil müəllim, sizin elmi-pedaqoji fəaliyyətinizdə ən çox hansı daha çox olub?

- Bilirsiniz, elmi fəaliyyət hər hansı tədqiqatçının problemi öyrənməsi ətrafında baş verir. Tədqiqatçı araşdırmalar aparmaqla elmi biliklər əldə edirbu elmi biliklərin də yeni nəsilə öyrədilməsi zərurəti yaranır. Ona görə də mən hesab edirəm ki, həm özüm öyrənməliyəm, həm də öyrəndiklərimi öyrətməliyəm. Ona görə də sualınıza cavab olaraq deyə bilərəm ki, mənim fəaliyyətimdə elm və təhsil qoşa qanad kimidir və mən onların hər ikisini eyni səviyyədə görürəm.

- Hansı elmi nailiyyətləriniz olub?

- Mən 2008-ci ildə dissertasiya işimi uğurla müdafiə edib coğrafiya elmləri namizədi alimlik dərəcəsi aldım. Elmi jurnallarda, konfranslarda, qəzetlərdə elmi pedaqoji mövzularda 40-dan artıq əsərim çap olunub. 2012-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə Coğrafiya Ensiklopediyası adlı 2-cildlik kitab (Z.N.Eminovla) 35000 tirajla çap edilərək ölkəmizin bütün orta təhsil müəssisələrinə paylanıb. Bundan əlavə, ən uğurlu işlərimdən biri kimi qeyd etməliyəm ki, 2016-cı ildə Prezident İlham Əliyevin imzası ilə “Dövlət mükafatı” almış üçcildlik “Azərbaycan coğrafiyası” əsərində mənim də zəhmətim var. 2016-cı ildə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri mövzusunda kollektiv monoqrafiyamız işıq üzü gördü.

- Bəs təhsil sahəsində nə kimi nailiyyətlər əldə etmisiniz?

- Ümummilli liderimiz Heydər Əliyevin imzası ilə 15 iyun 1999-cu ildə qəbul edilmiş Təhsil islahatı proqramı Azərbaycanda təhsilə müasir yanaşmanın əsasını qoydu. Bu dövrdən başlayaraq təhsildə gedən yeni innovativ dəyişiklikləri izləməklə yanaşı, özümbu proseslərin fəal iştirakçısına çevrildim. 2000-ci ildən başlayaraq interaktiv təlimlərdə iştirak etdim, əvvəlcə iştirakçı, daha sonra təlimçi kimi ölkəmizin müxtəlif bölgələrində, eləcə də Bakı şəhərində orta məktəbin coğrafiya müəllimlərinə təlimlər keçdim. Orta məktəb müəllimlərinə kurikulum proqramı, fəal dərs, müəllim-şagird münasibətlərinin təşkili, elektron tədris resursları və s. interaktiv təlimlərdə təlimçilik fəaliyyəti göstərdim. Orta məktəblər üçün coğrafiya fənn kurikulumunun hazırlanmasında iştirak etdim. Ən böyük uğurum isə yenə də Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi oldum. Kurikulum proqramı ilə yazılmış 8-ci sinif coğrafiya dərsliyinin və müəllim üçün metodik vəsaitin müəlliflərindənəm.

-Dərslikdən söz düşmüşkən, indiki dərsliklər müəllim və valideynlər tərəfindən birmənalı qarşılanmır, tənqid edilir. Dərslik müəllifi kimi münasibətinizi necədir?

-Belə tənqidlərə təbii baxıram. Lakin deməliyəm ki, bu tənqidlərdə haqlı olanlar da var, olmayanlar da. Haqlı iradlara misal olaraq demək olar ki, dərsliklərdə bəzi elmi, texniki səhvlər var. Bu səhvlər, əlbəttə, bizim iradəmizdən asılı olmayaraq, obyektivsubyektiv səbəblərdən baş veribbiz onların aradan qaldırılması istiqamətində gələcəkdə işlərimizi davam etdirəcəyik. Haqlı olmayan iradlara isə müəllimlərin bəzilərinin mühafizəkar fikirləri, yeniliyi qəbul etməmələri, öz üzərlərində işləməmələri nəticəsində yaranan iradlardır. Mən tələbələri orta məktəblərə pedaqoji təcrübəyə aparanda, eləcə də digər tədbirlərdə orta məktəb müəllimləri ilə görüşlərdə onların irad və təkliflərini dinləyir, öz tövsiyələrimi verirəm. Hesab edirəm ki, müəllimlərin metodik baxımdan təkmilləşmələri istiqamətində hələ çox işlər aparılmalıdır. Yeri gəlmişkən qeyd edim ki, Təlimə Dəstək Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə dərslik müəllifləri ilə Bakı şəhər orta məktəblərin fənn müəllimlərinin görüşləri keçirilir. Bu görüşlərdə yuxarıda qeyd etdiyim məsələlərlə əlaqədar fikir mübadiləsi aparılır, irad və təkliflər dinlənilir, tövsiyələr verilir.

-Qabil müəllim, siz ADPU-nun müəllimi kimi bu ali məktəbin tələbələrinin müasir dərsə münasibətləri haqqında nə deyə bilərsiniz?

- ADPU ölkəmizdə pedaqoji kadrların hazırlanmasında, mən deyərdim ki, ən çox məsuliyyət daşıyan təhsil müəssisəsidir. Bu təhsil ocağında qabaqcıl pedaqoqlardan ibarət olan professor-müəllim heyəti çalışır. Lakin sirr deyil ki, yaxın keçmişə qədər bu ali təhsil müəssisəsinin nüfuzu aşağı düşmüş, bəzi neqativ fikirlər üçün zəmin yaranmışdı. Lakin son illər bu neqativ halların aradan qaldırılması istiqamətində operativ, şəffaf, və peşəkarcasına işlər aparılır. Bu işlərin məntiqi nəticəsi olaraq ADPU-nun əvvəlki nüfuzu yenidən qayıdır. İnanıram ki, yaxın gələcəkdə ADPU nəinki ölkəmizdə, regionda, hətta MDB ölkələri içərisində pedaqoji kadr hazırlayan lider universitetə çevriləcək. Tələbələrin dərsə davamiyyətindən tutmuş, onların davranışları, dərslərdə, elmi-kütləvi, ictimai tədbirlərdə, iştirakları bu fikirləri deməyə əsas verir. Son vaxtlarda professor-müəllim heyətində də sanki aktivlik, yeni təlim metodlarını öyrənməyə maraq artıb.

-Qabil müəllim, müasir dərslərdən söhbət düşmüşkən, bu dərslərə sizin kollektivdə münasibət necədir?

- Qeyd etdiyim kimi, professor-müəllim heyəti arasında aktivlik artıb. Bu aktivliyin artmasının əsas səbəbi onların qarşısına qoyulan standartların, tələblərin artmasıdır. Bu gün universitet müəllimi 30-40 il əvvəl qazandığı bilikmetodlarla auditoriyaya girməməlidir. Universitet müəllimi daim yeniliyə açıq olmalı, öz üzərində işləməli, yeni təlim texnologiyalarını mənimsəməlidir. Qeyd edilən kompitensiyalara malik olmayan, yeniliyi qəbul etməyən insanlara nəinki universitetlərdə, heç bir təhsil müəssisələrində yer olmamalıdır. Çünki təhsil elə bir strateji sahədir ki, hər bir insanın, cəmiyyətin, ölkənin inkişafı birbaşa ondan asılıdır. Bu baxımdan da universitetimizdə, kollektivimizdə rəqabətli mühit şəraiti yaranıb və bu mühit gələcəkdə daha peşəkar, yüksəkixtisaslı kadrların hazırlanması üçün zəmin yaradacaq.

 

Nigar Abdullayeva        

Palitra  2018.- 7 noyabr.- S.12.