“Bəzən göz
yaşımda boğulub qallam”
Yadigar Təvəkkül 1980-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində doğulub. 2000-ci ildən Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində işləyir. Ailəlidir, 4 övladı var.
İndi isə Yadigar xanımın şeirlərini təqdim edirik:
+ + +
Əllərinə həsrət qalıb əllərim,
Sənsiz indi baxışım da yetimdi.
Ayrılığı tək çəkdirmə gəl, mənə,
Bilirsən ki, dünya ölüm-itimdi.
Unutmuşam sənsiz ağız dadımı,
Tanımıram yaxınımı, yadımı.
Qıyma sənsiz çəkən olsun adımı,
Bilirsən ki, dünya ölüm-itimdi.
Yollarında qoyma qalsın gözlərim,
Kirpiyimlə od götürüb, köz dərim.
Qəribliyə qoyma düşsün sözlərim,
Bilirsən ki, dünya ölüm-itimdi…
+ + +
Bəzən inciyirsən, küsə bilmirsən,
Gözünün yaşını boğub durursan.
Könlündə yurd salan acı həsrətin
Ağrısın gözündə ovundurursan.
Ən əziz adamdan gözləmədiyin
Bir zərbə alırsan, uda bilmirsən.
Sevdiyin təam da zəqqutum
olur,
Ağzına aparıb dada bilmirsən.
Güvənib etibar etdiyin insan,
Səni əşya kimi itirib gedir.
İllərdi könlünü dağlayan
eşqi,
Adi söhbət
ilə bitirib gedir.
O gedir, özüylə anlamır necə,
Bir ömür
məhv edib gedir, beləcə.
+ + +
Soruşdun, sevdinmi heç
həyatında,
Dinlə xatirəmi cavab içində.
Mənim
büründüyüm xəyal
yorğanı,
Hər biri sevgimin özü biçimdə.
Üz-üzə gələndə könlüm
alışır,
Sözləri itirib deyə bilmirəm.
Ürəyim çırpınır, dilim dolaşır,
Bəlkə də sevgidir, bilə bilmirəm.
Boynuna sarılam xəyallarımın,
Bəzən göz yaşımda boğulub qallam.
Cavabın tapmıram suallarımın,
Ya da susduğum üçün
peşman ollam.
Həsrət ürəyimi didir
hər gecə,
İnan ki, gündüzün üzün görmürəm.
İçimdə yaşayan bu sevgi necə
Yaxırsa könlümü, çözüm
bilmirəm.
Bilmirəm bu həsrət,
bu hicran nədir,
Yanımda olsan da həsrət
çəkirəm.
Bəlkə də bu həsrət sevdiyimdəndir,
Məhəbbət əzabın sənlə çəkirəm.
+ + +
Ömrün qısalığın heç düşünməyib,
Hər gələn
günləri aya dəyişdik.
Sən mənə, mən sənə inad eyləyib,
Ayları həftəyə, saya dəyişdik.
Sən demə hər anın öz hökmü varmış,
Bilmədik qədrini, ötürüb
keçdik.
Hər keçən ömürdə
bir "kaş ki" deyə,
Təəssüf eyləyib, bitirib keçdik.
İndi
nə mənası peşman olmanın,
Ötənlər geriyə dönən
deyil ki,
Nə qədər söyləyək
“bağışla” deyə,
Ürəyin həsrəti sönən
deyil ki.
Göz-gözə dayandıq gülə-gülə
biz,
Nə sən dinə bildin, nə mən danışdım.
Hər ötən anları bilə-bilə biz,
Nə sən bağışladın, nə
mən barışdım.
+ + +
Çəkin bu dünyanın
dərdin üstümə,
Ya da məhvərindən çıxarın
atın.
Ocaqda qovurun eşqi sevgini,
Həsrəti duz edin, içinə
qatın.
Günahkar eyləyin, eybi yox, məni,
Çəkərəm cəzasın versəz nə qədər,
Yetər
ki, dünyada ötən günləri,
Bir dəli
həsrətə verməyin
hədər.
Çəkin çarmıxına məni fələyin,
Günəşin köksündə yaxın
qəlbimi.
Bütün qəm-kədəri doğrayıb
yığın,
Üstünə nar kimi sıxın
qəlbimi.
Yükləyin göyün də
dərdin üstümə,
Yağışlar buludu yerə sağmasın.
Məhəbbət əzabın yığın
köksümə,
Həsrət buludları yerə yağmasın.
+ + +
Bu sevdadan nə yaşadım, nə gördüm,
Külək aldı, çətri qaldı sevginin.
Pünhan
eşqin həsrətinə
alışdım,
Bilinəsi qədri qaldı sevginin?
Bu sevgi əzəldən qəbahət, nöqsan,
Onunçün ömrümdə, bəlkə
də yoxsan.
Ay məni dünyamdan küsdürən insan,
Əllərimdə ətri qaldı sevginin.
Yazdıqca şeirə, qəzələ
döndü,
Eşqindən alışdı, şam
kimi söndü,
Nə olsun, fələyin qələmi çöndü,
Aramızda xətri qaldı sevginin.
Məhəbbətə qonaq oldum, ələndim,
Eşqin
üçün illər
boyu dilləndim,
Ürəyinə hər misrada çiləndim,
Bir hecası,
sətri qaldı sevginin.
+ + +
Ruhumun rəngidir əzəldən
payız,
Ağlayan yağışdı gözlərim
mənim.
Küləkdən tərpənib xışıltı
salan,
Yarpaqlar olubdur sözlərim mənim.
Dolan bulududur könül həsrətim,
Yağır taleyimə, qismətim olur.
Payız
tək qəmlidir ilk məhəbbətim,
Hər solan yarpağı həsrətim
olur.
Köç edən quşları
ayrılıq kimi,
Dolur gözlərimdən
baxışlarıma.
Bir hicran nəğməsi zümzümə edir,
Qarışır rəngbərəng naxışlarıma.
Bu payız ruhumun özü rəngdədir,
Hər payız
nəğməsi libasım
mənim.
Payızın ruhu da sözü rəngdədir,
Sevirəm kəlməsi xilasım mənim.
Palitra.-2018.-8 noyabr.-S.13.