El aşıq və şairlərinin
irsi toplanmalıdır
Ötən əsrin əvvəllərində Azərbaycanı Öyrənmə və Tətöbbə Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən el aşıq və şairlərinin irsinin toplanması, çapı kimi nəcib bir iş sonrakı dövrlərdə qismən də olsa, həyata keçirildi. Bu sahədə tanınmış alimlərimiz yetişərək el sənətkarlarının irsinə biganə olmadılar, onlar el aşıq və şairlərin əsərlərini toplayıb çap edərək ictimaiyyətə təqdim etdilər. Salman Mümtaz, Vəli Xuluflu, Hümmət Əlizadə və digər fədakar alimlər öz həyatlarını bu yolda qurban verdilər.
Günümüzdə bölgələrdə yaşamış, yaradıcılığı yaşadığı coğrafiya səviyyəsində yayılan, bəzən isə poeziyada ciddi şəkildə tanınmış, ölümündən sonra yaradıcılığı it-bata düşən, unudulan el aşıq və şairləri var. Bunların irsinin toplanması, tədqiq edilməsi olduqca vacib bir xeyirxah iş olmaqla yanaşı, xalq yaradıcılığının zənginləşməsinə də səbəb olur. Həmin sənətkarlar yaşadıqları kənddə, rayonda bu gün də yad edilirlər. Çünki xalqımız el sənətkarlarını unutmur. Amma onların bir sənətkar kimi fəaliyyət və yaradıcılığı alimlərimiz tərəfindən geniş şəkildə tədqiq edilməlidir. Məhz bu istiqamətdə bir tədqiqatçı-jurnalist kimi hər zaman səy göstərməyə çalışıram. Çox zaman bu fəaliyyətim öz bəhrəsini verir və el sənətkarlarının irsini toplayaraq çap etmək imkanı əldə edirəm. Tovuz rayonunun Əyyublu kəndində yaşamış Aşıq Məcidin irsini toplayaraq oxuculara təqdim etmək imkanı əldə etdim. Əyyublu kəndində tanınan bir sıra el aşığı yetişərək sənətin yaşadılması, təbliği istiqamətində böyük əmək sərf ediblər. Bunlardan İbrahimov Bayram Mansır oğlu, Qasımov Xanoğlan, Aşıq Dəmir Həsən oğlu, Aşıq Nəsrəddin Ələsgər oğlu (el arasında Nəsiqağa kimi tanınıb), Sarıyev Əvəz, Məmmədov Əsgər Musa oğlu, Nəsibov Süleyman Qədim oğlu, Qarayev İlyas, Məmmədov Yəhya Məcidəli oğlu (sazbənd) kimi el sənətkarları yetişib. Kənd sakinləri aşıqlara, el şairlərinə böyük məhəbbətlə yanaşırlar. Bu gün də kənd sakinlərinin toy məclisləri sazsız keçmir.
Aşıq Məcid Mehdi oğlu Qasımov 1925-ci ildə sadə kəndli ailəsində anadan olub. Aşıq cəmi üç il təhsil alıb. Buna baxmayaraq, şifahi xalq ədəbiyyatına – aşıq sənətinə meyli olub. II Dünya müharibəsinin çətin illərində kolxozda fəhləlik etməklə yanaşı, Aşıq Nağıdan sənətin incəliklərini öyrənməyə başlayıb. 1948-ci ildən ömrünün sonuna kimi (1998-ci ilə qədər), yəni 50 il aşıq sənəti ilə məşğul olub.
İndi isə Aşıq Məcidin şeirlərini təqdim edirik:
Ağlama
Ruzi verən
bir kişinin,
Ətəyindən tut, ağlama.
Nə
xain ol, nə də paxıl,
Mətləbinə
çat, ağlama.
Arzu eylə,
dilək dilə,
Qəlbi
açıq, gülə-gülə,
Dua eylə
bütün elə,
Get rahatca
yat, ağlama.
İlahinin
kərəmi var,
Hər
insanın aləmi var,
Demə
pulun sələmi var,
O fikrini
at, ağlama.
Nə
dövləti, nə də varı,
Əldən
vermə ixtiyarı,
Unutmaynan
nazlı yarı,
Dərdi-dərdə qat, ağlama.
Aşıq
Məcid, bu nə sözdü,
Dediklərin,
yəqin düzdü,
Həm
yaltağı, ikiüzlü
Get bazarda
sat, ağlama.
Çal, ay sazım
Nə
batırsan dərdə-qəmə,
Götür mizrab çal, ay sazım.
Mənəm
sənin qabağında
Həmişəlik qul, ay sazım.
Nə bəlalar
çəkib başım,
Üz döndərib dost-qardaşım.
Otuzuna
çatıb yaşım,
Sağlığına çal, ay sazım.
Neçə
illər keçirmisən,
Qız-gəlinlər
köçürmüsən,
Atlını
da düşürmüsən,
Daha tutmur xal, ay sazım.
Aşıq
Məcid, gülmür üzüm,
Daha yoxdur sənə sözüm.
Sənə
qurban iki gözüm,
Mənə yaxşı yol, ay sazım.
Məndən
(həyat yoldaşına ithaf edib)
Çox
yalvardım bir Allaha,
Ayırmaynan
yarı məndən!
Qoy doyunca
bir də baxım,
İnciməsin
barı məndən!
Üzdün
əlin oğul-qızdan,
Ayrı
düşdün bahar, yazdan,
Qan
ağlaram telli sazdan,
Namus məndən,
arı məndən!
Getdin əldən
nazlı yarım,
Canda
qaldı intizarım,
Yol
gözləyir, vəfadarım,
Bəlkə,
istər tarı məndən!
Sən Məcidi
qoydun ağlar,
Viran
qaldı güllü bağlar,
Yada
düşür keçən çağlar,
İstəyirmi,
barı məndən!
Var
Salam verib
əleyküm alanlar,
Soruşub əhvalımı bilənlər də var.
Arxamca
danışıb, üzə gülənlər,
Dərdə şərik olub bölənlər də
var.
Hanı
dostam deyib qəlbi yananlar,
Tanınmaz dünyada belə insanlar.
Kəsilib
etibar, yoxdur inamlar,
Yalanlar
can deyib gülənlər də var.
Hamı
bir yaşayıb bərabər olmaz,
Bu fani dünya da heç kimə qalmaz.
Aşıq
Məcid dildən düşüb yad olmaz,
Hər məclisini şad görənlər də var.
Olaydım
Bu fani
dünyanın hər bir sirrini,
Əzəldən düşünüb qanan olaydım.
Qeyrətli
gözəlin, bir şux dilbərin,
Alışıb oduna yanan olaydım.
Olmayaydı
xain, nə ikiüzlü,
Arxanla danışan dodağı sözlü.
Qeydimə
qalaydı bir ala gözlü,
Dediyi sözlərə inam olaydım.
Çıxartma
yadından ötən illəri,
Unutma
heç zaman xoş fəsilləri,
Bu
Aşıq Məcidin keçən günləri,
Hər zaman yadına salan olaydım.
Minayə
(Aşığın
həyat yoldaşı
Minayəyə
həsr olunub)
İstəyən
dostlarım xəbərdar olsun,
Bu fani dünyadan köçdü Minayə.
Əbədi
gözünü yumdu, açmadı,
Ürəyimin başın deşdi Minayə.
Dörd
yanında qızıl güllər əkmişəm,
Göz yaşımı məzarına tökmüşəm.
Aman Allah,
nə əzablar çəkmişəm,
Ömürlük dünyadan köçdü Minayə.
Əsdirdi
üstünə acı küləyi,
Üzü qara olsun qanlı fələyin.
Halal
qıl Məcidə duzu-çörəyi,
Ölüm karvanına düşdü Minayə.
Getdi
(aşıq xəstə olarkən
həyat
yoldaşına ithaf edib)
Ömrün
gödək olsun, a qanlı fələk,
Ürəyimə yaranı vurdu da getdi.
Məclis
yaraşığı, ellər gözəli,
Novruz bayramını görmədi getdi.
Doqquz mart
günüydü köçdü dünyadan,
Yaşayır dünyada nanəcib insan.
Ağlaram
ürəkdən, deməynən şadam,
Əcəl zəncirini qırdı da getdi.
Gülər
üzlüm, şirin dilli mələyim,
Nə lazımdır söylə mənə gərəyim.
Halal olsun
sənə duzum-çörəyim,
Neçə məclislər də qurdu da getdi.
Arzuladın,
Məhəbbət gəlib çatmadı,
Yeddi sutka dincəlmədi yatmadı.
Həkimin
– loğmanın gücü çatmadı,
Bir yana ürəyimə vurdu da getdi.
Ağlama
Əziz
mehribanım, ay gözəl mələk,
Sən
olasan mənim canım, ağlama!
Ağladıqca
ürəyimə xal düşür,
Geyin,
sallan, gözəl xanım, ağlama!
Ürəyimə
qan dolur, qəlbimə zəhər,
Gözlədim yolunu hər axşam-səhər.
Oyandım
yuxudan bu gün birtəhər,
Sənə
qurban şirin canım, ağlama!
Ağlamaq
yaxşıdır mən də ağlayım,
Ürəyimdə bir nişanə saxlayım.
Ay
etibarsız doğru ilqar bağlayım?
Qoy
qurtarsın ömür canım, ağlama!
Göyçəmin
Əziz
qardaş, sən Göyçəmi sal yada,
Getməz sinəmizdən dağı Göyçəmin.
Nərgizli,
lilparlı sərin bulağı,
Görünməyir solu-sağı Göyçəmin.
Ermənilər
çörəyimizi yedilər,
Özümüzə
yaxşı-yaman dedilər,
Axırında
özlərini öydülər,
Yenə gələr xoş sorağı Göyçəmin.
Cənab
Əli süfrə saldı Göyçədə,
Gül-çiçəkli, göy çəmənli
Göyçədə.
Dumanlı,
çiskinli, çənli Göyçədə,
Yada düşər, buz bulağı Göyçəmin.
Aşıq
Məcid, “Göyçə gülü”nü sal yada,
Dərdin artıb olub həddi ziyada.
Yaddan
çıxmaz belə tarix dünyada,
Kimə qaldı “quzqulağı” Göyçəmin.
Yaxşıdır
Xainin,
paxılın, bir də satqının,
Heç üzünü görməyəsən
yaxşıdır.
Yaltaq adam bir az ondan üstündür,
Danışdırıb gülməyəsən
yaxşıdır.
Müdam
danışırlar hər bir sözünü,
Hər məclisdə üstün tutar özünü.
İnanginən,
doğru dedim sözümü,
O məclisdə
gəlməyəsən yaxşıdır.
Pis adamdan
Allah özü bezardı,
Yaxşı olsa, qismətini yazardı.
Elə
bilmə dərdim bundan azaldı,
Bildiyindən, bilməyəsən yaxşıdır.
Qocalıq
Minib səməndini
gəzdiyim yerdə,
Yel kimi qarşımda əsdi qocalıq.
Tale
üz döndərib, deyəsən, məndən,
Ömrümün kəndirini kəsdi qocalıq.
Qocalıq
murazdı, qoy çatsın hamı,
Günbəgün
azalır ağzımın tamı.
Yalvarıram,
gəl incitmə insanı,
İncitmə bu qədər, bəsdir, qocalıq.
Ayağı
taqətdən, gözü işıqdan,
Hörməti azaldır arvad-uşaqdan.
Salırsan
formadan, bərli baxmaqdan,
Nahaqdan inciyib küsdü qocalıq.
Cavanlıq
gedibdi bir də görünməz,
Nə yeri yatağı heç də bilinməz.
Aşıq
Məcid ürəklərdən silinməz,
Deyəsən, ölümdən pisdi qocalıq.
Yetirə bilməz
Ana
laylasını, ata zəhmətini,
Bir
övlad yerinə yetirə bilməz!
Ata
çalışar ki, başa çatdırsın,
Ananın
qəlbini bitirə bilməz!
Ana
keşik durar bala yolunda,
Laylası dilində, daim qolunda.
Ata
harayına çatan çağında,
Ana zəhmətini
itirə bilməz!
Ürəkdə
arabir deyinər ata,
Qoymaz
övladına yetişsin xəta,
İstəyir
arzusu tez başa çata,
Hər
övlad nəsihət götürə bilməz!
Qadasın aldığım
Ey nazənin,
olma məndən küsmüsən,
Küsməginən qız, qadasın aldığım.
Dərdim
artıb, olub həddən-ziyadə,
Bəlkə, oldu yüz, qadasın aldığım.
Gizlətməynən,
göstər mənə camalın,
Bəd gəlibdir məhəbbətim-yığvalım.
Mən
istədim kəlmə verim, söz alım,
Satma mənə naz, qadasın aldığım.
Nə qədər
sevirəm bilirsən səni,
Sən
Allah, incitmə, sevginən məni.
Gözündən
qoyarmı sevən-sevəni,
Qoy olmasın söz, qadasın aldığım.
Ağlama
Əziz-mehribanım,
ay gözəl mələk,
Sən
olasan mənim canım, ağlama!
Ağladıqca
ürəyimə xal düşür,
Geyin,
sallan gözəl xanım, ağlama!
Ürəyimə
qan dolur, qəlbimə zəhər,
Gözlədim yolunu hər axşam-səhər.
Oyandım
yuxudan bu gün birtəhər,
Sənə
qurban şirin canım, ağlama!
Ağlamaq
yaxşıdır, mən də ağlayım,
Ürəyimdə
bir nişanə saxlayım,
Ay
etibarsız, doğru ilqar bağlayım,
Qoy
qurtarsın ömür canım, ağlama!
Aşıq
Məcidin el şairi Kamran Eyyublu (Tanınmış el
şairidir və Əyyublu kəndində yaşayır) ilə
deyişməsi
Məcid
Şair
Kamran, bu naməni yazıram,
Mənim üçün bir nəğməli söz
göndər.
Nə
yazanam, yazıçıya yoldaşam,
Sən
Allahın, əyri demə, düz göndər.
Kamran
Oxudum
şeirini, ay Aşıq Məcid,
Astara çəkməyə üz göndərirəm.
Qartal
dağa qonar, sərçə budağa,
Zirvəni görməyə göz göndərirəm.
Məcid
Doğrudur,
aşığam, şeirdən xamam,
İnsanlıqda özüm üçün insanam.
Bununla
sözümüz olmayır tamam,
İstəyirsən əlli göndər, yüz göndər.
Kamran
Salma
qocalığı yadına bir də,
Telli saz dil açsın qoy pərdə-pərdə.
Söhbətin
daha da gur məclislərdə
Dada gəlsin deyə, duz göndərirəm.
Məcid
Düşünmə
nə qanmaza söz demə,
Etibarını,
düz ilqarını gözləmə,
Hər
yetənə, gəl, sirrini düz demə,
Vaxtın olsa, bir azcana tez göndər.
Kamran
Sıxılma,
saçına düşməyibdir dən,
Düşmüsən,
çıxmısan min bir çətindən,
Bulaq
üstə əmlik quzu ətindən,
Kabab çəkməyə köz göndərirəm.
Məcid
Bivəfa
dünyanın yoxdur etibarı,
İnsana
dərd verir, çəkir azarı,
Bağbanın
bağında bol olsa barı,
Heç olmasa, bircə gilə üz göndər.
Kamran
Bu
dünya köhnədən, bax, belə imiş,
Kim
qalıb qəddini fələk əyməmiş,
Elə
bil ki, mizrab telə dəyməmiş,
Əlimlə bağlayıb saz göndərirəm.
Məcid
Aşıq
Məcid bir sazına yalvarır,
Ömrüm
də tükənir, vaxtım azalır,
Yadigar
üçün bir nişanə söz qalır,
Bu sözləri öz əlinlə yaz, göndər.
Kamran
Səsin
bənzəyirdi körpə bülbülə,
Hərdən
yenə çağla, hərdən dön selə,
Şeirin
az olsa da, çox hesab elə,
Kamranam,
hayıf ki, az göndərirəm.
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra.-2018.-13 noyabr.-S.15.