“Ermənistan KTMT-yə
etibarsız, hörmətdən düşmüş
üzv kimi qəbul olunur”
ATƏT-nin fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və YSPQ-nin rəhbəri polkovnik-leytenant Harri Okoner aparacaqlar.
Ermənistanda isə siyasi gərginlik davam etməkdədir. Ermənistanda Cənubi Qafqaz
dəmir yolu əməkdaşları 3 gündür
ki, işi dayandırıblar. Çalışdıqları ərazilərdə aksiyalar keçirən dəmiryolçular hələ
də tələblərinin
yerinə yetirilmədiyini
deyirlər. AZƏRTAC erməni KİV-lərinə
istinadən xəbər
verir ki, aksiya iştirakçıları
daha qul kimi çalışmaq istəmirlər. Qeyd
edilir ki, iş saatları
çox, əməkhaqları
isə olduqca aşağıdır. Onlardan 13-14 saat
çalışmaq tələb
olunur. Bunun müqabilində maaşları artırılmaq
əvəzinə, 15 faiz
azaldılıb. Ona görə
də dəmiryolçular
çıxış yolunu
tətildə görüblər.
Bunun nəticəsində istər
sərnişin, istərsə
də yük qatarlarının hərəkəti
dayanıb. Dəmir yolu
idarəsinin yaydığı
məlumatda deyilir ki, onlara işçiləri
ixtisara salmaq göstərişi verilib.
Çünki maaşların ödənilməsi
üçün büdcədə
pul yoxdur. Hələlik çıxış yolu kimi əməkhaqlarının
15 faiz azaldılması
qərara alınıb.
Yerevanın Nor-Nork rayonunda isə qanunsuz tikililərin sökülməsi
prosesi zamanı insident yaşanıb. Mer Ayk Marutyanın göstərişi
ilə ərazidəki
bütün obyektlərin
dağıdılmasına başlanılıb.
Sahibkarlar şəhər rəhbərinin
bu qərarını etirazla qarşılayıblar.
Onlar söküntü aparılan
binalara daxil olmağa çalışdıqları
vaxt polisin təzyiqi ilə qarşılaşıblar. Əmlak sahiblərinin sözlərinə
görə, sənədləri
qaydasında olduğu
halda, onlara xəbərdarlıq edilmədən
obyektlərini sökməyə
başlayıblar. Meriyadan isə
hər şeyin qanun çərçivəsində
aparıldığı iddia
olunur.
Sevan rayonunda
da vəziyyət gərgindir. Bir qrup vətəndaş
polis binasının qarşısına
toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri,
28 yaşlı Ara Muradyanın Polis bölməsinə
aparılaraq döyülməsinə
qarşı çıxırlar.
Zərərçəkənin yaxınları deyirlər
ki, rayonda bu adi haldır.
Güc strukturlarının özbaşınalıqları
pik həddə çatıb. Etirazlardan sonra
xüsusi xidmət orqanları məsələ
ilə bağlı cinayət işi qaldırıblar. Polis bölməsinin əməkdaşları
Tatul Gevorkyan və Saak Davityan
əvvəlcə həbs
olunub, bir neçə saat sonra isə zaminə buraxılıblar.
Bu son iki ayda
polis idarəsində qeydə
alının 11-ci faktdır.
Hətta
Yerevanda yerləşən
bölmələrdən birində
yeniyetməni ölümcül
döyüblər. Bu faktla bağlı da araşdırma aparılır.
“Ermənistanın müstəqil
dövlət deyil”
Milli Məclisin
deputatı Elman Məmmədov
isə SİA-ya açıqlamasında deyib
ki, Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatında
yamaq, əlavə yükdür. Çünki Ermənistan bu
təşkilata heç
bir töhfə vermək iqtidarında deyil. Azərbaycanın KTMT-yə üzv
olan 6 ölkənin
5-i ilə ən yüksək səviyyədə
əməkdaşlıq münasibətlərinə
malik olduğunu deyən deputat həmin ölkələrin
Ermənistanla heç
bir sərhədə və əlaqəyə malik olmadığını
dilə gətirib.
O deyib ki, Ermənistan
KTMT-yə etibarsız,
hörmətdən düşmüş
üzv kimi qəbul olunur: “Bu, dəfələrlə Ermənistan
nümayəndələrinə də deyilib. Buna sübut son baş
verən hadisələrdir”.
Deputatın sözlərinə görə,
Ermənistan tək bu təşkilatda deyil, ümumiyyətlə,
üzv olduğu bütün təşkilatlarda
problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa, heç nəyə lazım deyil: “Ona görə
də təşkilatlar
bir növ Ermənistandan canlarını
qurtarmaq istəyirlər”.
Ermənistanın müstəqil dövlət
olmadığını xatırladan
E.Məmmədov söyləyib
ki, bu ölkədə
heç zaman hökumət rəhbəri
erməni ictimaiyyətinin
istəyi ilə seçilməyib, onlar təyin olunublar:
“Bundan əvvəl
Ter Petrasyan qərbyönümlü olduğu
üçün oradan,
Koçaryan, Sarkisyan şimal qonşumuz tərəfindən müdafiə
olunduqları üçün
onlar tərəfindən
təyin olunublar. İndi Paşinyanın
müqəddəratı da
onun həyata keçirdiyi siyasətdən
asılıdır. Çünki o, iki tərəfə oynayır. Amma hər kəsə
məlumdur ki, Paşinyan qərbyönümlüdür
və onların himayəsi ilə də hakimiyyətə gəlib. Hakimiyyətə gəldiyi ilk gündən
də Rusiya əleyhinə mövqe göstərir. Bunu Moskva
ona bağışlamayacaq”.
Deputat hesab edir ki,
seçki ərəfəsində
Ermənistanda heç
də sakitlik olmayacaq və Paşinyanın qurduğu
planlar tamamilə alt-üst ola
bilər: “Çünki
Koçaryan, Sarkisyan və müxalifətin digər qrupları hələ tamamilə təcrid olunub, zərərsizləşdirilməyib. Onların orduda, cəmiyyətdə,
parlamentdə də kifayət qədər tərəfdarları var. Bu səbəbdən
seçki ərəfəsində
Ermənistanda ciddi qarşıdurmaların olması
gözləniləndir”.
“Tarixini unutma!” layihəsi çərçivəsində
keçirilən tədbirdə
erməni terrorizmindən
danışılıb
Bu arada ötən gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Turan Araşdırma Mərkəzi"
İctimai Birliyinin Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyə
dəstəyi ilə reallaşdırdığı “Tarixini unutma!” layihəsi çərçivəsində
tədbir keçirilib.
Qurumun sədr müavini, professor
Cavid İsmayıl ictimai birliyin reallaşdırdığı layihələrdən
danışıb. Qeyd edib
ki, ictimai birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini,
qədim tarixini təbliğ etmək, onlar arasında əlaqələrin yaradılmasına
və inkişafına
kömək etməkdən
ibarətdir. “Tarixini unutma!” layihəsində 200 ildən
artıq bir dövrdə ermənilər
tərəfindən Azərbaycan
xalqına qarşı
zaman-zaman həyata keçirilən soyqırımı
hadisələrindən, erməni
terrorunun tarixindən və bugünkü erməni işğalından
ətraflı bəhs
edilir. Belə ki, XX əsr
tarixinin ən faciəli və dəhşətli səhifələrindən
birinin - azərbaycanlıların
düşünülmüş, məqsədli şəkildə
kütləvi surətdə
soyqırımlarına, repressiyalara
məruz qalmaları, doğma yurdlarından sürgün edilmələri
və didərgin salınmaları soydaşlarımızın
nəzərinə çatdırılır.
Layihənin məqsədi
İrəvan, Zəngəzur,
Naxçıvan, Qarabağ,
Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran və digər ərazilərdə ermənilərin
və tərəfdarlarının
azərbaycanlılara qarşı
törətdikləri soyqırımını
ictimaiyyətə bir daha açıqlamaq və Azərbaycandan zaman-zaman zor gücünə qoparılmış
Vətən torpaqlarını
tanıtmaqdır.
Sonra
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
şöbə müdiri
Qasım Hacıyevin mövzu ilə bağlı məruzəsi
dinlənilib. Məruzədə
erməni terrorizminin tarixi, ermənilərin azərbaycanlılara qarşı
törətdikləri terror aktları və s. barədə məlumat verilib.
Tədbirdə şair, publisist,
sosioloq Əhməd Qəşəmoğlu, yazıçı,
publisist, dramaturq, tarixçi Yunus Oğuz və başqaları tədbirin
aktual mövzuya həsr olunduğunu bildirərək layihə iştirakçılarına uğurlar
arzulayıblar.
Tədbirdə “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin hazırladığı
xüsusi film nümayiş
etdirilib. Elmi araşdırmalar əsasında
hazırlanan filmdə
beynəlxalq terrorizmin
tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı
ilə dünyanın
müxtəlif ölkələrində
fəaliyyət göstərən
erməni təşkilatlarının
Azərbaycana qarşı
apardığı terror müharibəsi
barədə geniş
məlumat verilir.
Fuad Hüseynzadə
Palitra 2018.- 14 noyabr.- S.11.