Antropoloji dəlillər ermənilərə yox deyir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı və universitetin Tarixcoğrafiya fakültəsinin tələbəsi Taleh Mirzəyevin layihə rəhbəri olduğu “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində ilk elmi seminar keçirilib. Seminarda ekspert qismində dəvət edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi işçisi, fiziki antropoloq, Azərbaycanda müasir dövrdə paleoantropologiya sahəsində tədqiqatlar aparan Vüsal Həsənov “Antropoloji dəlillər ermənilərə yox deyirmövzusunda çıxış edib. Tədbirdə ADPU-nun Sosialhumanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, prorektor köməkçisi Sahil Qələndərov və elektron seçim prosesindən keçərək iştirak hüququ qazanan 100 nəfər tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sosialhumanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev qonağı və iştirakçı tələbələri universitetin rəhbərliyi adından salamlayıb. Professor F.Rzayev mövzunun aktuallığı, gələcəyin qurucuları olan tələbələrin bu sahədə ciddi elmi dəlillər, yanaşmalar və davranış kodeksinə yiyələnmələrinin əhəmiyyətini xüsusi vurğulayıb və tələbələri bu müzakirələrdə fəal olmağa səsləyib.

Ekspert Vüsal Həsənov dünyadakı əsas makroirqlər, irqlərin antropoloji tipləri, tiplərin əsas fizioloji əlamətləri, müqayisəli təhlilləri ilə bağlı geniş məlumat verib, vaxtilə professor Rəbiə Qasımovanın bu barədə əldə etdiyi elmi nəticələr haqqında danışaraq əyani nümunələr və elmi dəlillərlə Qafqaz ərazisində qədim dövrün bütün mərhələlərində tapılan insan qalıqlarının kaspi antropoloji tipində, digər dövrlərdə isə bu nisbətin alpin, ponts. kimi Qafqazturanit tiplərində təmsil olunduğunu qeyd edib. Bu fakt isə birbaşa olaraq ermənilərin antik dövrdən bəri Qafqazın yerli sakinləri olmaları iddialarını rədd edən ciddi elmi dəlildir. Çünki ermənilər sadalanan tiplərin heç birində təmsil olunmur. Ermənilər dinarik antropoloji tipinə aiddirlər.

Sonra seminar interaktiv şəkildə davam edib, tələbələr mövzu ilə bağlı öz fikir və suallarını səsləndiriblər.

Qeyd edək ki, layihənin icrasında məqsəd gənclərin tarixi faktlar, ölkəmizin tarixi və erməni problemi ilə bağlı məlumatlılıq səviyyəsinin əməli və elmi şəkildə artırılması, Vətən tarixini dərindən mənimsəmək, Vətənə sevgi ruhunu yüksəltmək və beynəlxalq informasiya mübarizəsində gənclərimizin elmi, milli-ideoloji hazırlıq səviyyəsinin yüksəlməsi, əməli işlər görülməsinin təmininə töhfə verilməsidir. Layihənin əsas iştirakçıları tələbələr, xüsusən, tədqiqatçılıq və xarici ölkələrdə elmi, siyasi tədbirlərdəki mövzu ilə əlaqəli debatlara qatılan gənclərdir. Layihə 5 bir-birinə bağlı seminar halında həyata keçiriləcək və iştirakçılar hər bir seminarda iştirak edəcəklər.

Silsilə seminarların sonunda xüsusi hazırlanmış video, elektronbuklet materialları nümayiş olunacaq və iştirakçılara paylanacaq. Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

 

Aprel şəhidlərinin xatirəsi anılıb

Ötən gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatları, tanınmış ziyalılar və şəhid ailələrinin iştirakı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın – Aprel şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulayıb. Rektor deyib: “Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir. Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə tədbirin təşkilində göstərilən dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizin bir çox təhsil müəssisələrində bu cür tədbirlər keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində belə aksiyaların önəmini xüsusi qeyd edib.

Sonra 2016-cı ilin Aprel hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa və tanıtmağa səsləyib, onları yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıblar.

AzMİU-nun tələbələri tədbirdə vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.

Los-Ancelesdə Pakistan və Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri dəstəkdən danışılıb

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan, Pakistan, Türkiyə dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq münasibətlərinə həsr olunmuş geniş tədbir keçirilib. Tədbir hər üç ölkənin Los- Ancelesdəki baş konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Tədbirdə hər üç ölkənin Kaliforniyadakı icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak ediblər.

Hər üç ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın baş konsulu Nəsimi Ağayev hər kəsi bu qardaşlıq tədbirində görməkdən məmnunluğunu ifadə edib. Azərbaycan-Pakistan-Türkiyə münasibətlərinə toxunan baş konsul üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasının və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Polşanın Poznan şəhərində Qlowna küçəsində yerləşən ermənilərə məxsus olan restoranın reklam bannerində Ermənistanın xəritəsi verilib. Xəritədə işğal altında olan Dağlıq Qarabağ torpağı da Ermənistan ərazisi kimi göstərilib. Bu isə Polşada yaşayan soydaşlarımızın etirazına səbəb olub.

Bu barədə Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib. O bildirib ki, Polşada Azərbaycanlı Gənclər Şurası artıq təxribatın qarşısını almaq üçün hərəkətə keçib: “Hazırda məsələ ilə bağlı şəhərin merinə etiraz məktubu hazırlayırıq və eyni zamanda Azərbaycanın Polşadakı səfirliyinə də məlumat verəcəyik. Təxribatın qarşısını almaq üçün isə hüquqi müstəvidə mübarizə aparacağıq və yaxın zamanda reklam bannerinin sökülməsinə ümid edirik”.

Fuad Hüseynzadə

Palitra.-2018.-16 noyabr.-S.10.