Nağdəli Zamanov:
“Aşıq Şəmşir Miskin
Abdalın layiqli davamçılarından
biridir”
Nağdəli Zamanov
13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim
ailəsində anadan olub.
1967-1977-ci illərdə orta təhsil
alıb. 1979-cu ildə Azərbaycan Tibb
Universitetinə qəbul olub və 1985-ci
ildə ATU-nun II müalicə profilaktika fakültəsini bitirib.
2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin
üzvüdür.
Müsahibimiz Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Nağdəli Zamanovdur. Müsahibəni təqdim edirik:
- Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biridir. Zəngin şeir yaradıcılığı ilə pərvazlanıb. Əlbəttə ki, poeziyaya, aşıq sənətinə olan bu bağlılıq aşıqda irsi xarakter daşıyıb. Dədə Şəmşir Miskin Abdal kimi görkəmli bir sənətkarın layiqli davamçısıdır. Və bu yaxınlarda sizin "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" kitabınız çap olunub. Söhbətimizə bu istiqamətdə başlayaq...
- Mənim Aşıq Şəmşir haqqında yazdığım bu fəlsəfi fikirlərin cəmləşdiyi kitab başqa bir aşığın yaradıcılığı haqqında da ola bilərdi. Məsələn, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı kimi korifey aşıqların timsalında bu cür əsərlər yazmaq olar. Bəzən folklorçu alimlərimiz poeziyada olan fəlsəfi fikirlərin araşdırılmasına çox da cəhd etməyiblər. Baxın, bizim AMEA-nın Fəlsəfə İnstitutu poeziya da işlənmiş fəlsəfi fikirləri çox az-az araşdırır və daha çox fəlsəfənin siyasiləşdiyi dövrlərdə, filosoflarımız aşıq yaradıcılığına müraciət etməyiblər. Necə deyərlər, filosoflarımız Hegelə, Kanta, Yunan fəlsəfəsinə müraciət ediblər, amma aşıq yaradıcılığına, xüsusilə Xəstə Qasıma, Abbas Tufarqanlıya, Aşıq Alıya, Aşıq Ələsgərə, Hüseyn Bozalqanlı kimi ustadlara müraciət etməyiblər.
Qeyd etdiniz ki, Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir. Əlbəttə, nəsil-şəcərəsi itmir. Ancaq müəyyən bir müddət görünməyə bilsə də, zaman-zaman üzə çıxması təbiidir. Belə ki, bu gün Qənbər Şəmşiroğlu, Cavid Qənbəroğlu, Cabir Ələsgəroğlu və digərləri bu şəcərəni ləyaqətlə təmsil edirlər.
- Aşıq Şəmşir kimi tanınmış sənət sahibi sovetlər dövründə yaşayıb. Onun yaradıcılığının ən çiçəklənən dövrü sosializm quruluşuna təsadüf edir. Bu baxımdan, istər sovetlərin aşıq yaradıcılığına olan münasibətindən, istərsə də Aşıq Şəmşirin keçmiş quruluşa olan münasibətindən söhbət açardınız. Aşığın şeirləri ilə müqayisəli təhlil versəniz, şad olarıq.
- Sovetlər dövründə yazılı və şifahi ədəbiyyat inkişaf elədi və burada inkişaf istiqaməti də vardı. Bunu da qeyd edim ki, Aşıq Şəmşiri daha dərindən tanımaq üçün onun dini şeirlərinə xüsusi ehtiyac var. Təəssüf ki, bu şeirlərin heç biri sovetlər dövründə çap olunmayıb. Bu nöqteyi-nəzərdən folklorşünas alimlərimiz Aşıq Şəmşir yaradıcılığını kompleks araşdırmaq imkanına malik olmayıblar. Təkcə qriplə-yoluxucu xəstəliklə əlaqədar yazdığı misralarda sovet konstitusiyasında əksini tapan fikirlərin hələ zamanında “Quran”da yazıldığını dilə gətirir:
Vurur el-obaya külli ziyanı,
Belə
zülmə insan çətin dayanı,
Tanımır bizdəki konstitusiyanı,
Nə əlində
köhnə “Quran”ı
yoxdu.
- Söhbətimiz sovetlər
dövründən düşmüşkən,
bu dövrdə qələmə alınan
“Koroğlu” dastanından
söhbət açardıq...
- Bu dövrdə yazılan “Koroğlu” dastanı da “Sovet Koroğlusu”dur.
Həmin “Koroğlu” əsərində Koroğlunu
karvan yollarını nəzarətə alan, paşalara, bəylərə qan udduran bir qəhrəman
kimi verilir. Baxın, bu baxımdan, onu “Sovet Koroğlusu”
adlandırıram. Türklərdə olan “Koroğlu” dastanının versiyası
tamam başqadır.
Bizdəki versiyada verilir
ki, paşa (türklərdə paşa
general deməkdir) qızları
Koroğluya məktub göndərir ki, gəl bizi apar.
XV-XVI əsrlərdə İslamın
hakim din olduğu bir dövrdə bu belə ola
bilərdimi?! Əlbəttə,
yox! Amma Türkiyə versiyasında
bunlar yoxdur. Belə deyək ki, bu “Koroğlu” sovet hökumətinin aşıqlara yazdırdığı
“Koroğlu”dur. Hər halda,
bəzi istisnaları nəzərə almasaq, xalqın milli-vətənpərvərlik
baxımından inkişafı
yolunda “Koroğlu” eposunun, dastanının rolu əvəzsizdir.
- Aşıq Şəmşirin
Səməd Vurğunla
görüşü tarixdə
bir əks-səda yaradıb və aşığın şan-şöhrətinin
daha da zənginləşməsinə
səbəb olub.
- Səməd Vurğun
hərtərəfli böyük
insandır. Azərbaycan Yazıçılar Birliyinin və AMEA-nin vitse-prezidenti kimi Səməd Vurğunun Aşıq Şəmşirlə görüşü
mühüm əhəmiyyət
kəsb edirdi. İstedadlar Allaha məxsusdur! Və bu istedadlar çərçivəyə sığmaz.
Sadəcə, istedadları Allah göndərir. Səməd Vurğun
da, eləcə, həmin sevimli bəndələrdən biridir.
Bu gün Aşıq
Şəmşirin adı
çəkiləndə Səməd
Vurğun yada düşür. Deyəsən, hər şey dialektik vəhdət halındadır.
- Aşıq sənəti və poeziyasına müraciətiniz ilkdirmi? Yoxsa digər əsərləriniz
də var?
- Əvvəllər Aşıq
Şəmşirlə bağlı
bir neçə məqaləm işıq üzü görüb. Həmçinin Aşıq Ələsgərlə,
Bəhmən Vətənoğluyla,
Sərraf Şiruyə
ilə də bağlı məqalələrim
var.
- Sizin bu yaxınlarda
Aşıq Şəmşirlə
bağlı “Aşıq
Şəmşir yaradıcılığında
fəlsəfi fikirlər”
adlı kitabınız
işıq üzü
gördü və ictimaiyyət tərəfindən
maraqla qarşılandı.
Kitabın strukturu haqqında
danışardınız.
- Kitabın birinci bölməsi Aşıq Şəmşir yaradıcılığında
ümumfəlsəfi fikirlər
adlanır. Müasir dövrdə etika fənninin tədris proqramına uyğun olaraq kitabın II bölməsi sayılan “Etika” bölməsində bir sıra fəsillər
– “Dil etikası”, “Dini etika”, “Tibbi
etika”, “Ekoloji etika”, “Ustad-şagird münasibətləri”, eləcə
də ən maraqlı olanı “Aşıq sənətinin
etikası” fəslini ayırd etmişəm.
Monoqrafiyanın III hissəsi isə
üç hissədən
(“Gözəllik”, “Faciə”,
“Ko¬mizm”) ibarət “Estetika” bölməsi sayılır ki, bu fəsildə Azərbaycan estetik dünyagörüşünün inkişafında mühüm
rol oynayan bu kate¬qoriyaların aşıq yaradıcılığında
araşdırılması diqqətə¬layiqdir.
- Kitabınızda Aşıq
Şəmşir yaradıcılığında
etik məsələlərə
də toxunubsunuz. Bu, oxucularımız
üçün də
olduqca maraqlıdır...
- Yunanca əxlaq, adət-ənənə mənasında
olan etikanın özündə daşıdığı
dəyərlər Aşıq
Şəmşir yaradıcılığında
mühüm yer tutur. Monoqrafiyada çalışdım ki, həm etik
dəyərləri, həm
də müasir etikanın başlıca sahələrini vəhdət
halında təqdim edə bilim. Bu dəyərlər sırasında ədalət,
sədaqət, mərdlik,
kişilik, cəsarət,
səxavət, gözütoxluq,
dostluq, zəhmət kimi etik dəyərlərlə
yanaşı, bir sıra müasir etikalar, o cümlədən
ekoloji etika, dil etikası vardır.
- Dədə Şəmşirlə
bağlı kitabınızla
yaxından tanış
oldum və burada bir bölmə
də aşığın
yaradıcılığında estetika məsələlərinə
həsr olunub...
- Ümumiyyətlə, Aşıq
Şəmşir poeziyasında
estetiklik, etik dəyərlərlə birgə
təsadüf edir, yəni etik dəyərlər estetiklikdən
uzaq deyil:
Göz vuranda nər utanar mayadan,
Ağ dumana bürünürsən hayadan.
Qartal, kəklik qulaq asır qayadan
Aşıqlar sazını çalanda, dağlar.
Bu yuxarıdakı şeirdə,
dağlar bir ev kimi,
bir məskən kimi, bir ev
sahibi kimi təqdim olunur, estetik harmoniyanın bütün elementləri kompleks şəkildə yerinə yetirilir. Burada həm heyvanlar (nər, maya), həm quşlar (qartal, kəklik), həm meteoroloji amillər (ağ duman),
həm də insan amilləri (aşıqlar) vəhdətdə
verilib. Düşündürücü səhnə odur
ki, sazın sehrindən heyvanlar belə etik dəyər ölçüsü
kimi həyalanırlar.
Ovçu ovlamaq ehtirasını,
kəklik ovlanmaq qorxusunu sazın sədalarında unudur,
real həyatdan uzaqlaşaraq
ülvi bir dünyaya səyahət edirlər.
Aşıq Şəmşir yaradıcılığında
gözəlliyə münasibətdə
utilitar (faydalanmaq) marağa az
təsadüf olunur.
Bu utilitar marağı
həyata keçirmək
üçün “hiylə”yə,
“fitnə”yə, “yalan”a
əl atılmır:
Laləyanaq, gəl başına
dolanım,
Sənə olmaz hiylə, fitnə, yalanım.
Pərvanətək atəşinə
qalanım,
Görünsün külümdə gözüm,
gözəl qız.
Aşıq Şəmşir yaradıcılığında
gözəllik təkcə
zahiriliklə bitmir, gözəllik həm də etik dəyərləri
özündə ehtiva
edir. Ritorik sualla - “Bilirsən
gözəlin gözəldi
nəyi?”- oxucusunu səfərbər
edir. Sonra gözəlliyin dəyər
ölçülərini bir-bir
sadalayır:
Bilirsən gözəlin gözəldi
nəyi?
İnsanlığı, mərifəti gözəldi.
Doğru
qəlbi, pak ürəyi, düz sözü,
Xoş sifəti,
xasiyyəti gözəldi.
- Sonda oxucularımıza sözünüz...
- Oxuculara sözüm
monoqrafiyanın “Müəllifdən” yazısından
sitatımdır: “Aşıq Şəmşir
yaradıcılığı ilə bağlı sizlərlə
olan bu şirin
söhbətimizin davamı kimi
monoqrafiyanı ixtiyarınıza buraxır, gözünüz
nurlu, canınız sağlam
olsun arzusuyla sizlərdən
ayrılır və bunları deməyi özümə borc bilirəm: “Dəyərli oxucu! “Aşıq Şəmşir
yaradıcılığında fəlsəfi fikirlər”
monoqrafiyası ilə bağlı tənqidi fikirlərinizi, təkliflərinizi
yaza¬raq müəllifə kömək
göstərməklə bu mühüm elmi-tədqiqat işinə qoşulmuş olarsınız. Bu
işdə sizə uğurlar diləyirəm!”
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-16 noyabr.-S.15.