Deyişmələr poeziyada xüsusi əhəmiyyətə
malikdir
Taleh Cəfəroğlu 1979-cu il
oktyabr ayının 10-da Kəlbəcər rayonunda anadan olub.
Goranboy rayon Eldar Hümbətov adına 63 nömrəli tam
orta məktəbin ibtidai sinif müəllimidir.
Südabə
İrəvanlı 1962-ci il yanvar ayının 7-də anadan
olub. “Aşıq Pəri” məclisinin, Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür.
Deyişmə VI
Südabə
İrəvanlı
Dəli könlüm yaman gəlib fəğanə,
Ağlamağa gəzir yenə bəhanə.
Bu sevgidi, məhəbbətdi, yoxsa nə?
Görən niyə o dəlini sevirəm?!
Taleh Cəfəroğlu
Qarışıq düşübdü gecəm-gündüzüm,
Görən niyə bu dəlini sevirsən?
Baxılası deyil zəhrimar üzüm,
Görən niyə bu dəlini sevirsən?
Südabə
İrəvanlı
Daha qalmayıbdı bu canımda can,
O mənə vurğundu, mən ona qurban.
Talanıb, dağılıb, olmuşam
viran,
Görən niyə o dəlini sevirəm?
Taleh Cəfəroğlu
Can alan kirpiyim,
qaşım da yoxdu,
Bir fərli
ağılım, huşum
da yoxdu.
Dəlinin biriyəm, başım
da yoxdu,
Görən niyə bu dəlini
sevirsən?
Südabə İrəvanlı
Baxanda baxışı, gözü
yandırır,
Toxunsa, alovu, közü yandırır.
Nəfəsi yandırır, sözü
yandırır,
Görən niyə o dəlini sevirəm?!
Taleh Cəfəroğlu
Eşqin saf eşqimə cavabdı yoxsa?
Sevmisən, ürəyin kababdı yoxsa?
Bu məzlumu sevmək savabdı yoxsa,
Görən niyə bu dəlini
sevirsən?
Südabə İrəvanlı
O zalım ovçudu, Südabə şikar,
Üzür ürəyimi, üzür
intizar.
Nə qədər
çəkəcəm belə
ahu-zar?
Görən niyə o dəlini sevirəm?
Taleh Cəfəroğlu
Sənin
qəlbin qızılgüldür,
incidir,
Məkanların ən gözəli, dincidir.
Taleh sənə bu qədər ki, incidir,
Görən niyə bu dəlini
sevirsən?
Deyişmə VII
Südabə İrəvanlı
Dözəcəyəm əzabına hər dərdin,
Dəstə-dəstə sinəm üstə sər, dərdin.
Sən ki mənə hər gün "canım" deyərdin,
Qurban olum, dediyini bir də
de.
Taleh Cəfəroğlu
Gəl yenə boyama qana könlünü,
Eşqin yollarında sına könlünü.
Qoymaram qırıla, sına könlünü,
Qurban olum, dediyimi deyəcəm.
Südabə İrəvanlı
Adın
ürəyimdə, dilimdə
də ah,
Hayana yollanım,
aparım pənah?!
Heç
olmasa, bircə dəfə, sən Allah,
Qurban olum, dediyini bir də
de.
Taleh Cəfəroğlu
Nə vədim yalandı, nə sözüm saxta,
Səni sevmədim ki, küncdə-bucaqda?!
Ulduzlu bir gecə, sakit otaqda,
Qurban olum, dediyimi deyəcəm.
Südabə İrəvanlı
Gözümün yaşını tökdüm
hər gecə,
Şəklini köksümə bükdüm
hər gecə.
O sözün həsrətin
çəkdim hər
gecə,
Qurban olum, dediyini bir də
de.
Taleh Cəfəroğlu
Sovrulur göylərə külüm
hər gecə,
Girirsən yuxuma, gülüm, hər gecə.
Səni
sayaqlayır dilim hər gecə,
Qurban olum, dediyimi deyəcəm.
Südabə İrəvanlı
Südabən tənhadı, fağırdı
sənsiz
Həsrəti dağlardan ağırdı
sənsiz.
Bir acı yuxudu, nağıldı sənsiz,
Qurban olum, dediyini bir də
de.
Taleh Cəfəroğlu
Gəl,
əzizim, bu qollarım açıqdı,
Bu ürəyim sənin
üçün acıxdı.
Bu naz-qəmzə Talehinə
acıxdı?
Qurban olum, dediyimi deyəcəm.
Deyişmə VIII
Taleh Cəfəroğlu
Duman kimi zirvələrə çəkilmək
Ay insafsız, yaraşırmı,
de, sənə?
Gözlərinin qarasına bükdüyün
Günahımı bircə-bircə desənə.
Südabə İrəvanlı
Səndən uzaq nələr
çəkdim, nə
çəkdim,
Dönə-dönə demədimmi bəs sənə?
Sən gündə birinə
"canım" deyirsən,
Necə
dönüm sənə
gəlim, desənə?
Taleh Cəfəroğlu
Hər anımda sənlə olan o günlər,
Gəncliyimi yola salan o günlər.
İndi
mənsiz sənlə
qalan o günlər,
Xatirələr nə danışır, desənə?
Südabə İrəvanlı
Məcnun
kimi dolan təpə, düz indi,
Həsrətimin əzabına döz indi.
Yandırırmı ürəyini köz indi,
Doğranırmı dilim-dilim, desənə?
Taleh Cəfəroğlu
Ürəyimi parçalayıb sökən
qəm,
Qocalığı saçlarıma çəkən
qəm.
Ay insafsız, o gözlərə
çökən qəm,
Bu Talehdən nə
soruşur, desənə?
Südabə İrəvanlı
Özün getdin, Südabəni
itirib,
Eşqim səni ayağıma gətirib.
Yaram üstdən vüsal gülü bitirib,
Sevinərmi, mənim könlüm,
desənə
Deyişmə IX
Südabə İrəvanlı
Bir ox dəyib yaralanıb,
Ruh bədəndən
aralanıb.
Şüşə kimi paralanıb,
Hara qoyum ürəyimi?
Taleh Cəfəroğlu
Arzuların dil açmayıb,
Qundağa qoy ürəyini.
Bülbülə ver, qoy oxusun.
Bir bağa
qoy ürəyini.
Südabə İrəvanlı
Arzu cavan, dünya qoca,
Dərya dərin, dağlar uca.
Sürüyürəm yol boyunca,
Hara qoyum ürəyimi?
Taleh Cəfəroğlu
Kövrələndə bulağa qaç,
Dərdlərinə olsun əlac.
Qanad çalan qartala aç,
Bir dağa
qoy ürəyini.
Südabə İrəvanlı
Üstü dolu fəlakətdi,
Hər tərəfim qəmdi, dərddi,
Dünyanın özü namərddi,
Hara qoyum ürəyimi?
Taleh Cəfəroğlu
Göndər məndə qonaq
qalsın,
Ötən günü yada salsın.
Çəmənlərdən ilham alsın,
Yaylağa qoy ürəyini.
Südabə İrəvanlı
Südabəylə bəhsə girdi,
Sevinc əkdim,
qəm bitirdi.
Toya getdi, qəm gətird,
Hara qoyum ürəyimi?
Taleh Cəfəroğlu
Çal,
oxusun könül sazı,
Görsün Taleh əsl nazı.
Vətənə gəl, vətən
qızı,
Torpağa qoy ürəyini.
Deyişmə X
Südabə İrəvanlı
Söz vermişəm çıxaracam,
Ağlını başdan şairin.
Büküləcəm ürəyinə,
Ürəyi daşdan şairin.
Taleh Cəfəroğlu
Söz vermisən,
burda nə var?
Səslə yavaşdan şairi...
İmtahan et, bir də çıxart,
Bərkdən-boşdan şairi...
Südabə İrəvanlı
Çaşdıracam öz adını,
Yandırıb can otağını.
Süzəcəyəm inadını,
Gözündə yaşdan şairin.
Taleh Cəfəroğlu
Sən mənimsən axır-əzəl,
İnsafa gəl, yola düzəl.
Tanrı
yaratmayıb, gözəl,
Qayadan, daşdan
şairi.
Südabə İrəvanlı
Çox
olsa da dərdi-səri,
Bada vermir o günləri.
Eşitmişəm var xəbəri,
Hər uçan
quşdan şairin.
Taleh Cəfəroğlu
Sən ki nazlı bir
sonasan,
Ram etməyim deyil asan.
Amma çətin qorxudasan,
Elə savaşdan
şairi.
Südabə İrəvanlı
Ay Südabə, de, indidən
Dilim topuq çalır nədən?
Heç
çəkinmə, tut əlindən
Lap bəribaşdan şairin.
Taleh Cəfəroğlu
İlhamında olmaz azar,
Bu Talehdə sel təbi var.
Çağır, birgə dastan yazar,
Sübhü o başdan şairi...
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
Palitra.-2018.-20 noyabr.-S.15.