Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...

Gözümün nurudu, ruhun qidası,

Vəfalı dostların qadasın alım.

Əhdimə, eşqimə min bəzək vuran,

Pak namusun, arın qadasın alım.

(Sərraf Şiruyə)

Hər bir poeziya kitabını mütaliə etməyə, çox təəssüf ki, insan ömrü imkan vermir. Şeir elə bir ovsundur ki, sehrinə düşdükcə ondan ayrılmaq çətin olur. Hikmətli obrazlı sözün insana təsiri əvəzsizdir. Bəlkə, elə buna görədir ki, ədəbiyyatı insanın mənəvi qidası adlandırırlar. Cəmiyyətdə şahidi oluruq ki, şairlərin özlərindən qabaq onların obrazla, hikmətlə, bədii təsvirlə yazdıqları mükəmməl şeirləri populyarlaşır daha sonra müəllifinə şan-şöhrət gətirir. Gözəl söz sənətkarını xalq unutmur ki, bunu da xalqın poeziyaya olan sonsuz məhəbbəti kimi qiymətləndirmək olar. Bu gün aramızda yaşamayan, amma öz sözü ilə aramızda olan tanınmış el şairlərindən biri Sərraf Şiruyədir.

 

Aqilsənsə, nadanların

Tənəsindən yanma görüm.

Sərrafsansa, gördüyünü

Duyma görüm, qanma görüm.

 

Bu cür öyüd-vəsiyyətlərin müəllifi Sərraf Şiruyə Göyçə mahalının yetirdiyi söz xiridarlarındandır. Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərib. 1962-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsində təhsil alıb.

 

Sevib sevgisinə uymayanlara,

Ömründən nişanə qoymayanlara,

Könlümü anlayıb duymayanlara,

Əlbəttə, naşıdan naşı deyərəm.

Sərraf Şiruyənin yaradıcılığında olan düzlük, gerçəklik, mənalı söz axıcılığı, yerli-yataqlı işlənən sözlər onun şeirlərini daha da oxunaqlı edir. Şeirlərində şairin ilhamını, yüksək təbə malik olmasını aydın şəkildə görə bilərik. Bu digər xüsusi üstünlükləri ilə Sərraf Şiruyənin yaradıcılığı digər el şairlərinin yaradıcılığından fərqlənir. ŞairinSusma ürək...” adlı şeirlər kitabını oxuduqca tanınmış el şairi İsa Cavadoğlu yaradıcılığı ilə onun ruh qardaşlığının şahidi oldum. Bir çox şairin hiss həyəcanları bir-birlərinə qədər yaxın olsa da, bu iki el şairinin yaradıcılığı məni, xüsusilə düşündürdü.

 

Uduzdum

(Sərraf Şiruyə)

İstədim ki, bu fələkdən bəxt udam,

Tale verən bəxtimi uduzdum.

Tac istədim, qapaz vurdu başıma,

Nimdaş, quru taxtımı da uduzdum.

 

Haqq yolundan haqsız kimi saxlandım,

Tənə yedim, ürəyimdən dağlandım.

Bir gözəlin istəyinə bağlandım,

Ömrü, günü vaxtımı da uduzdum.

 

Ay Şiruyə, bir kükrə, bir coş,

Qələm götür, bu qazanca şeir qoş.

Aldım, satdım, üzüm qara, əlim boş,

Halal maya, haqqımı da uduzdum.

 

Şiruyə müəllimin yuxarıda verdiyimizUduzdumrədifli qoşmasında taledən, bəxtdən olan narazılığı görürük. Şeir olduqca gözəl bədii təsvirlərlə yanaşı, mükəmməl bir şəkildə qələmə alınıb. Şairin bu şeirini oxuduqdan sonra İsa Cavadoğlunun mövzu baxımından çox yaxın olanƏyildimrədifli qoşmasını xatırladım bu qoşmanı paylaşıram.

 

Əyildim

(İsa Cavadoğlu)

Kasıb oldum məğrurluğun ucundan,

Əyilmərəm deyə-deyə əyildim.

Haqq işimə, düz yoluma güvənib

Haqqı, düzü öyə-öyə əyildim.

 

Aramadım ilgəyini fəndlərin,

Axtarmadım qapısını sədlərin.

Boğuluram, sevinc dayaz, dərd dərin

Öz başıma döyə-döyə əyildim.

 

Çox İsalar salammayıb sahmana,

Mən istədim nizam olsun zamana,

Zaman məni büküb qatdı samana,

Onda bildim niyə, niyə əyildim?!

 

İsa Cavadoğlunun bu şeirində bir narazılıq, şikayət aydın şəkildə görünür. Zamandan, vəfasız yardan şairlər həmişə şikayət ediblər ki, bu da onların ortaq cəhətlərindən, sadəcə, biridir.

Oxucu hər zaman şeirdə tərbiyə, hikmət, əxlaq s. kimi müsbət insanı keyfiyyətlərin axtarışında olur. Bu cür keyfiyyətləri sevərək yaradıcılığında bu mövzulara geniş yer ayıran şairlərin əsərlərini maraqla oxuyurlar. Tarix , öz növbəsində bu səpkidə yaradıcılıq nümayiş etdirən söz sənətkarlarını unutmur tez-tez onları xatırlayır. Sərraf Şiruyə məhz bu kateqoriyaya aid olan şairlərdəndir. Onun şeirlərində məişət, ailə, vətən, sevgi digər mövzular rəngarənglik təşkil edir.

 

Qanmaz ağlayarsa, fərqinə varma,

Qanan ağlayarsa, dəhşətdi, dəhşət.

Qanmazın gülməyi mənasız heçdi,

Qanan qəh-qəh çəksə hikmətdi, hikmət.

 

Şairin yaradıcılığında yurd, vətən həsrəti hər zaman hiss olunur gözəl poetik duyumlarla bunu ifadə edib. Yurdundan ayrı düşən bu qərib şair doğma atalı-analı günlərinin olduğu Daşkənd kəndini öz şeirlərində belə xatırlayır:

 

Könlümü viran etmisən,

Könlü yaralı Daşkəndim.

Qaçqın, köçkün eli kimi,

Bəxti qaralı Daşkəndim.

 

Sərraf Şiruyə yaradıcılığında irihəcmli poemalara da rast gəlirik ki, bu da şairin ciddi ədəbi fəaliyyətindən xəbər verir. Ümumilikdə şairin bir neçə bir-birindən nəfis şəkildə çap olunan kitabları hər zaman şeir sevər oxucuları sevindirib. Onun əsərlərinin çapında tədqiqatçı-jurnalist, poeziyanın mahir bilicilərindən biri, ictimaiyyətçi Araz Yaquboğlunun əməyi xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, şairin yaradıcılığı haqqında fikirlərimizi, təhlillərimizi bir məqalədə cəmləmək mümkün deyil. Hələ ki, mən bu söz sahibininSusma ürək...” adlı şeirlər kitabı ilə tanışam və geniş külliyyatını oxumamışam. Növbəti qələm məhsullarımda şairin yaradıcılığına geniş şəkildə nəzəri yanaşmalar edəcəyəm.

Şair 2015-ci il dekabrın 8-də Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.

Allah rəhmət eləsin!

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 21 noyabr.- S.13.