Tofiq
Hüseynzadənin şeirləri
Tofiq Hüseynzadə 20 sentyabr 1946-cı ildə
Göyçə mahalının Basarkeçər rayonunun
Sarıyaqub (keçmiş Zərgərli) kəndində
doğulub.
Tarixdə Miskin Abdal kimi tanınmış, Şah
İsmayıl Xətainin mürşidi, Səfəvilərin
görkəmli ideoloqu, dövlət xadimi və böyük
övliyası, hərbi sərkərdə, sufi şair,
mütəfəkkir (filosof), ozandan aşığa (Haqq
aşiqliyinə), qopuzdan saza keçidin banisi, "Baş
Divani", "Osmanlı Divanisi" və sair
çoxsaylı sufi-təsəvvüf musiqi bəstələrinin
- aşıq havalarının müəllifi, müqəddəs
ocaq-pir sahibi Seyid Hüseyn Məhəmməd oğlunun (Miskin
Abdalın) (1430-1535) oğlu Şadmanın nəslindəndir. Sovet Hakimiyyəti illərində Ermənistanda
müxtəlif vəzifələrdə
çalışıb. 1988-ci ildə Ermənistandan
azərbaycanlıların kütləvi deportasiyası
zamanı ailəsi ilə birlikdə Bakı şəhərinə
köçüb və fəaliyyətini burada davam etdirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya
üzrə ali təhsil alıb (1965-1971). Daha sonralar təhsilini AMEA-nın Folklor İnstitutu nəzdində
davam etdirib.
İndi
isə Tofiq müəllimin yaradıcılığından
seçdiyimiz şeirləri təqdim edirik:
Yaxana
(təcnis)
Heç
demirsən görüb, yanıb-yaxılar,
İnciləri nə düzübsən yaxana?
Baxışından
neçə evlər yıxırsan,
Mən nə deyim məni oda yaxana?
İstəmirəm
bu çoxluqdan azalım,
Yar
payını az verirsə, az alım.
Sitəmləri
nə çox etdin, a zalım,
Məni satdın ya sultana, ya xana.
Yaz gələndə
qar əriyər, qopar tar,
Yaşıl budaq bülbüllərə olar tar.
Toy
başlasın, dilə gəlsin kaman, tar,
Əllərinə
xınaları yax, ana!
01.03.99
Qala
(təcnis)
Axı
niyə heç bilmirəm sən məni
Düçar etdin bu qovğaya, bu qala?
Bu
dünyada atmaz sevən sevəni,
Orda-burda
ocaqları az qala.
Barmağında
gəzdirəndə yara yar,
Neştər
olub yarasını yara yar,
Sözə
uyub yalan deməz yara yar,
Öz əhdini
unutmuşdun, az qala.
Çıxdı
yaddan həya anı, ar anı,
Heç bilmirəm kimlər qatdı aranı?
Dağa
çıxdın tərk eləyib aranı,
Əhdim
var ki, yar bu yerdə az qala.
Əğyar
gəlib bağışlasa yara şar,
Bu barıdan kimsə aşmaz, yar aşar.
Sənin
kimi bir gözələ yaraşar
Ucaltdığın bu imarət, bu qala.
28.02.99
İlk məhəbbət
Ömür
kimi bircə dəfə
Dolar yaşa ilk məhəbbət.
Hara getsək,
necə getsək,
Gedər qoşa ilk məhəbbət.
Yaralansa,
ömrü yeyər,
Çatsa
kama əlvan geyər.
Şəlalətək
nəğmə deyər,
Daşa-daşa ilk məhəbbət.
Acı
deyil, şirindir o,
Göylər kimi dərindir o.
Desəm,
güllü çəməndir o,
Dönər quşa ilk məhəbbət.
Aşıb-daşar
gur su kimi,
Qanadlanar arzu kimi.
Qalar mələr
quzu kimi
Dəysə daşa ilk məhəbbət.
Nəğmə
deyər ilk baharda,
Qıy qoparar boran-qarda.
Qartal kimi
buludlarda
Aşa-aşa ilk məhəbbət.
Ömür
boyu unudulmaz,
Bulansa da heç durulmaz.
Nə
yıxılmaz, nə yorulmaz
Çatsa başa ilk məhəbbət.
Verməz
cəfa dərd qananlar,
İşvə satar şux cananlar.
Vurulmayır
çox zamanlar
Gözə-qaşa ilk məhəbbət.
Ayrılığa
can verməsən,
Zülüm-zülüm
hönkürməsən,
Əzabına
sürünməsən
Gedər boşa ilk məhəbbət.
Qalsa
andı quru yerdə,
Gedər
canı dözməz dərdə,
Ayrı
düşən könüllərdə
Dönər yaşa ilk məhəbbət.
Qardaş
oldun al səhərlə,
Tanınmadın
gümüş-zərlə,
Könlüm
deyir: bu hünərlə
Yaşa,
yaşa ilk məhəbbət!..
Olan oldu,
keçən keçdi
Ötən
vaxtı salma yada,
Olan oldu, keçən keçdi.
Axırı
puç, bu dünyada
Yeyən yedi, içən içdi.
Biri
çəkdi qəm yükünü,
Biri əydi dəm yükünü.
Eyləməyib
cəm yükünü
Əkən əkdi, biçən biçdi.
Döndü
şahlıq səltənəti,
Baş qarışıq, tamah iti.
Xəyanətlə
həqiqəti
Qatan qatdı, seçən seçdi.
Nə
tükəndi, bitdi günlər,
Qayıtmadı,
itdi günlər,
Ömürlərdən
getdi günlər,
Gələn gəldi, keçən keçdi.
Əfsanədir
var da, şan da,
Olum-ölüm
haqda canda,
İblis
donlu bu cahanda
Qalan qaldı, köçən köçdü.
Miskin Abdal
Haqsızlıqlar
dünyasında
Həqiqətdir Miskin Abdal.
El toyunda,
el yasında
Min hikmətdir Miskin Abdal.
Vurğun
olub saza-sözə,
Söz də
qoşub ala gözə,
Ömür
sürüb gəzə-gəzə,
Şan-şöhrətdir Miskin Abdal.
Günəş
dönüb xəyalında,
Qədim
Göyçə mahalında,
Kişiliyin
timsalında
Bir qiymətdir Miskin Abdal.
Özü
gedib, sözü qalıb,
Əsrlərdə
izi qalıb,
Göyçəmizdə
gözü qalıb,
Bir həsrətdir Miskin Abdal.
İtirməyib
hay-hayını,
Yaxşı
bilib haqq-sayını,
Haqq
göndərib haqq payını,
Bir nemətdir Miskin Abdal.
Mənim Göyçəm
Mən bu
günün sazı-sözü,
Gələcəyin gur səsiyəm.
Həqiqətin,
haqqın özü,
Koroğlunun nərəsiyəm.
Çarəsi
yox olacağın,
Adı qaldı ötən çağın.
Hər
bir evin, hər ocağın,
Zər naxışlı gəvəsiyəm.
Gül-çiçəkdi
dağım, düzüm,
Hər ürəkdə təpər, dözüm.
İnsanlığın,
budur sözüm,
Həyat verən nəfəsiyəm.
Eşidənlər,
agah olun,
Qibləsi bir sağın, solun.
Sonsuzluğa
gedən yolun
Ağır yüklü dəvəsiyəm.
Sözüm
dildə, dodaqdadır,
Bülbül olub, budaqdadır.
Nəğməm
şirin, şəkər dadır,
Könüllərin həvəsiyəm.
Belə
ömür etdi karvanım,
Dürüstlük
oldu ünvanım,
Vicdanımdır
Haqq divanım,
Haqsızlığın qəfəsiyəm.
Hər
naxışda dərin-dərin
Sıralanmış
ilmələrin,
İlmə
vuran cüt əllərin
Kirkidi və həvəsiyəm.
Bağlı
qaldım oba-elə,
Gücüm
döndü coşqun selə,
Ədaləti
burda belə
Daha qaynar sevəsiyəm.
Od
oğluyam, od doğuldum,
Təpə
idim bir dağ oldum,
Əzəlimdən
hür yoğruldum,
Azadlığın təşnəsiyəm.
Bağ
salmışdıq gülü xonça,
Dərəmmədik
qaldı qönçə,
Adım
Tofiq, elim Göyçə,
Miskin Abdal nəvəsiyəm.
Bülbül
Bir
gün yaşıl budaqdan
Qəfəsə düşdü bülbül.
Görən
dedi: nahaqdan
Həvəsdən düşdü bülbül.
Oxudu
bülbül yenə,
Sular kimi coşdu o.
Al
güllərin eşqinə
Yeni nəğmə qoşdu o.
Oxudu qəmli-qəmli,
Sinəsi ahla doldu.
Bülbül
həzin nəğməli,
Köksü sapsarı oldu.
Nəğmələr
deyə-deyə
Dolandı
qəfəsinə,
Özü
bilmədi, niyə
Əsir
düşüb səsinə?..
25.04.77
Azərbaycanın
Dünyanı
elə bil təzələyibdir
Bugünkü şöhrəti Azərbaycanın.
Bir
yüksək adını yüz eyləyibdir
Əlçatmaz hörməti Azərbaycanın.
Bir
parça nur olub Yer kürəsində,
Nələr
xəzinə var gen sinəsində.
Yaradan
lütfüdür, hər nöqtəsində
Tükənməz sərvəti Azərbaycanın.
Cənnət
qoxuludur aranı, dağı,
Gəzir dildən-dilə səsi, sorağı.
Qəlbində
yaşadar qərib qonağı
Mehriban milləti Azərbaycanın.
Babəklər,
Nəbilər, Mehdilər yana,
Nigarı,
Həcəri doğan o, ana,
Əzəldən
bəllidir bizim cahana
Koroğlu qeyrəti Azərbaycanın.
İri
addımlarla gedir irəli,
Geridə qoyubdur maneələri.
Göylər
fəth edəcək böyük hünəri
Sabahkı sürəti Azərbaycanın.
Torpağı
müqəddəs, çörəyi boldur,
Getdiyi ən böyük işıqlı yoldur.
Duz-çörəyi
ululardan uludur,
Bu halal neməti Azərbaycanın.
Qeyrətdə
görmüşdür o, ölməzliyi,
Əxlaq üstündədir hər təzəliyi.
Olub
qızlarının ilk gözəlliyi
Həyası, isməti Azərbaycanın.
Zirvələr
fəth edib, heç gəlməz saya,
Şöhrəti yüksəlib Günəşə,
Aya.
Ağ günə,
şadlığa, düyünə, toya
Olubdur qisməti Azərbaycanın.
Durub
haqsızlığa basılmaz qala,
Başını nə duman, nə çiskin ala.
Zülmə,
əsarətə, çirkin amala
Kəsilməz nifrəti Azərbaycanın.
Tanrıya
sevgisi – saf məhəbbətlə!
Dosta,
yoldaşına – tək sədaqətlə!
Tarixə
silinməz bir qızıl xətlə
Yazılıb bu əhdi Azərbaycanın.
Şahiddir
aləmə onun hünəri,
Aslan vüqarlıdır qadını, əri.
Şərəflə
yaşayır Məcnundan bəri
Leyli məhəbbəti Azərbaycanın.
Varmı Nizamitək şairlikdə kəs?
Doğmadı cahanda ona bir əvəz.
Dünyaya
yenidən salıbdır bir səs,
Vurğun şeriyyəti Azərbaycanın.
19.03.80
Vurğunam
Yerdə
azadlığa, göydə Günəşə,
Torpaqda al-yaşıl yaza vurğunam.
İnsan
həyatında zəhmətə, işə,
Ceyran yerişində naza vurğunam.
Mən ki
meyl etmədim şöhrətə, ada,
Bu yolda çox ömür gedibdir bada.
Çox
yeyən azdan da olub dünyada,
Çoxu istəməyib, aza vurğunam.
Ay ilə
yarışar ay üzü xallı,
Bir şəhla baxışlı, şirin xəyallı.
Eşqində
vəfalı, Leyli misallı
Dilbər adlı gözəl qıza vurğunam.
Sözlər
sehrlənib təzanəsində,
Bir diyar ucalıb onun səsində.
Nağıllı,
nəğməli Yer kürəsində
Ələsgər çaldığı saza vurğunam.
Sənət
aləmində Günəş kimi doğ,
Dünya dahiləri sevib daha çox.
İncilər,
qumrular, yaqutlara yox,
Vurğun sənətində sözə vurğunam.
Yenə
al çiçəklər torpağı yardı,
Hər yarpaq, hər nərgiz bir xoş bahardı.
Ətriniz
ağlımı alıb apardı,
Ey çəmən, ey çiçək, sizə
vurğunam.
Bu əsrdən
o əsrə uçan bir quşam,
Azad günlər üçün mən
doğulmuşam.
Oddan
yaranmışam, mən od olmuşam,
O gündən
atəşə, közə vurğunam.
Giley
O nədir?.. Sevgilim, çatılıb qaşın,
Təzə adətmidir, xasiyyətmidir?
Asta
danışırsan, ağır dinirsən,
Yoxsa daha artıq əziyyətmidir?
Qoy ellər,
obalar ayağa dursun,
Təqsirim var isə boynumu vursun.
Axı nə
demişəm, dilim qurusun,
Yardan giley etmək cinayətmidir?
Qəlbimin
səsindən dayanma uzaq,
Götür
qələmini bu sətri yazaq,
Deməsək,
gülməsək, oda yanmasaq,
Belə bir məhəbbət məhəbbətmidir?
Kim ki vəfalıdır
sevər yarını,
Dağıdar
bu yolda bütün varını,
Alıbsan
Qəmlinin ixtiyarını,
Cana sahib olmaq bir adətmidir?
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra.-2018.-24 noyabr.-S.15.