“Belarusdakı diasporumuz
“Uşaq Avroviziya-2018” müsabiqəsində
Azərbaycan təmsilçisinə dəstək olmaq üçün fan-qrup yaradıb”
Rövşən Əliyev:
“Prezident İlham Əliyevin Belarusa hər səfərindən
sonra dövlətlər arasında münasibətlər daha
da yaxşılaşır və iqtisadi göstəricilər
daha da artır”
Noyabrın 25-də Belarusda
"Uşaq Avroviziya-2018" mahnı
müsabiqəsi keçiriləcək. Belarusdakı diasporumuz bu müsabiqədə
iştirak edəcək Azərbaycan təmsilçisi
Fidan Hüseynovaya mənəvi
dəstək göstərəcək. Bununla
bağlı Belarus-Azərbaycan İcmaları Konqresinin
sədr müavini Rövşən
Əliyev qəzetimizə müsahibə verib.
Qeyd edək
ki, Rövşən Əliyev 15 mart 1962-ci ildə Bakı şəhərinin
Zirə kəndində anadan olub. 1979-cu ildə 120 nömrəli orta məktəbi bitirib.
1979-cu ildən Pirallahı adasında NQÇİ idarəsində
əmək fəaliyyətinə başlayıb. 1980-1982-ci illərdə
hərbi xidmətdə olub, xidmətdən
sonra həmin idarədə
əmək fəaliyyətini davam etdirib. 1992-ci ildən Belarus
Respublikasında yaşayır, Belarus vətəndaşıdır.
1992-ci ildən “Abşeron” şirkətinin
direktorudur. 1998-ci ildən diaspor
işində aktivdir. 2003-cü ildən Belarusda yaradılan Belarus-Azərbaycan
İcmaları Konqresinin idarə heyətinin
sədr müavinidir. Konqres tərəfindən
keçirilən bütün tədbirlərdə
fəal iştirak edir.
2016-cı ildə Dünya Azərbaycanlarının
4-cü Qurultayında Diasporla İş üzrə Dövlət Komitəsi
tərəfindən Azərbaycanla bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində fəaliyyətinə
görə Fəxri diplomla təltif olunub.
- Belarus-Azərbaycan
münasibətlərinin inkişafında Belarusdakı diasporumuzun nə kimi rolu var?
- Belarus-Azərbaycan münasibətlərinin
inkişafında diasporun rolundan
danışanda, əsasən, Belarus-Azərbaycan
İcmaları Konqresinin sədri Natiq Bağırovun çox
böyük əməyini qeyd
etmək lazımdır. Bu haqda
çox danışmaq olar,
amma bir təklif heç vaxt yaddan çıxmır. Belarus-Azərbaycan
əlaqələrinin inkişafı üçün
dövlət komissiyası yaradılmışdı. Natiq Bağırov həmin komissiyanın
üzvlərindən biri idi.
2000-ci illərin əvvəlində Baş
nazir Artur Rasizadə
ilə görüşdə Natiq
Bağırov Bakı-Minsk arasında hava
nəqliyyatının müntəzəm
açılmasını təklif etdi
və bu təklif Baş
nazir tərəfindən müsbət
qarşılandı və komissiyanın gündəliyinə daxil edildi.
Soydaşlarımız tərəfindən də bu təklif gözəl qarşılandı.
Artıq bundan sonra Azərbaycana
rahat gedib-gəlmək imkanı
yarandı.
- Bildiyiniz
kimi, bu günlərdə
Prezident İlham
Əliyev Belarusa səfər etdi. Bu səfər
Belarusdakı Azərbaycan diasporunun nə dərəcədə
sevincinə səbəb oldu?
- Prezident İlham
Əliyevin Belarus Respublikasına səfəri
soydaşlarımız tərəfindən həmişə böyük sevinclə qarşılanır. Səfər
ərzində Minsk şəhəri Azərbaycan
bayrağına bürünür, bütün mərkəzi prospekt
boyu Azərbaycan bayrağının
dalğalanması bir azərbaycanlı kimi ürəkdə böyük
qürur hissi doğurur. Prezident İlham Əliyevin hər səfərindən
sonra dövlətlər arasında
münasibətlər daha da
yaxşılaşır, iqtisadi göstəricilər
daha da artır. Belarusda fəaliyyət göstərən Azərbaycan
Ticarət Evi bu dostluğun nümunəsidir.
- Belarusda
keçiriləcək “Uşaq
Avroviziya-2018” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi
Fidan Hüseynovaya diasporumuz hansı formada dəstək
göstərə bilər?
- Noyabrın 25-də Belarusda
keçiriləcək “Uşaq
Avroviziya-2018” mahnı müsabiqəsində iştirak
edəcək Azərbaycan təmsilçisi Fidan
Hüseynovaya dəstək olmaq
üçün Konqresdə işçi qrupu
yaradılıb. Artıq gənclərdən ibarət 80 nəfərlik
fan-qrup yaradılıb və onlar fan zonada
yerlərlə təmin olunacaqlar. Konqres tərəfindən regionlarda
fəaliyyət göstərən diaspor
üzvlərindən xahiş olunub ki, Fidan
balamıza dəstək olsunlar. Hamı səbirsizliklə
səs verməyi gözləyir. Allah
köməyi olsun.
- Siz
uzun müddətdir ki,
Belarusda yaşayırsız və kifayət
qədər diaspor təcrübəniz var. Belarusdakı yeni nəsil
diaspora öz təcrübənizi
bölüşə bilirsizmi?
- Yeni nəslə bir tövsiyəm var: harada olsalar Vətəni unutmamaq, Azərbaycanı sevmək
lazımdır. Azərbaycan bayrağı altında
toplaşıb bir olmalıyıq. Azərbaycanın
başına gələn dəhşətli faciələri dünyaya yaymaq, Azərbaycanın
mədəniyyətini, mətbəxini yerli
xalqa çatdırmaq, xaricdə yaşayan hər bir azərbaycanlının
borcudur. Burada ulu öndər Heydər Əliyevin məşhur
sözləri yadıma düşür:
"Mən fəxr edirəm ki, azərbaycanlıyam".
- Ümumiyyətlə,
Konqres Belarusdakı
soydaşlarımızın bir araya gətirilməsinə nə dərəcədə
öz töhfəsini verir?
- Konqres vahid bir cəmiyyətdir. Belarusun 7 regionunda konqresin bölmələri var. Hər bir bölmənin sədri, idarə heyəti fəaliyyət göstərir. Bütün tədbirlər müzakirə olunur, birgə keçirilir. Dünya Azərbaycanlılarının 4-cü Qurultayında Prezident İlham Əliyev belə tapşırıq verdi ki, diasporlar vahid bir cəmiyyət ətrafında birləşib fəaliyyət göstərsinlər. Sentyabrın 22-də Minsk şəhərində konqres tərəfindən keçirilən Azərbaycan mədəniyyət günləri birliyimizi göstərən bir nümunədir.
Fuad Hüseynzadə
Palitra.-2018.-24 noyabr.-S.7.