Bu il 21 min ton fındıq məhsulunun ixracı proqnozlaşdırılır

 

Fındıq ixracı üzrə dünyada 3-cü olan Azərbaycan bu məhsulu 25 ölkəyə ixrac edir

 

Ölkə iqtisadiyyatı, regionlarla bağlı bir sıra layihələr icra ediliriqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Ərzaq təhlükəsizliyi məsələlərinin daim diqqət mərkəzində olduğunu deyən ölkə başçısı bildirib ki, son illərdə bu istiqamətdə irəliləyiş var, amma, hələ ki, bizi tam qane edə bilməz: “Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı kənd təsərrüfatına diqqətin daha da artırılmasını tələb edir. Bu baxımdan, ölkəyə valyuta gətirən müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına önəm verilməsi vacibdir. Bu sahədə əsas məhsullardan biri kimi fındıq ixracı böyük əhəmiyyət kəsb edir.

Azərbaycan fındıq ixracı üzrə hazırda dünya ölkələri arasında 3-cü yerdədir.

2017-ci ildə Azərbaycandan xaricə 21 min ton fındıq ləpəsi ixrac olunub. Bu il də, ən azından, bir o qədər məhsulun ixracı proqnozlaşdırılır. Yeni mövsümlə əlaqədar artıq fındıq məhsulunun ixracına start verilibbu günədək xarici bazarlara 1000 tondan çox fındıq ləpəsi göndərilib. İdxalçı ölkələr arasında İtaliya, RusiyaAlmaniya ilk üçlükdədir. Ümumiyyətlə, Azərbaycanın fındıq məhsulu dünyanın 25 ölkəsinə ixrac olunur.

Fındıqçılığın sürətlə inkişaf etdiyini deyən ölkə başçısı qeyd edib ki, 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb: “Bizim ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Yəni biz iki il ərzində bağların sahəsini təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə, üç dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöhrələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır. 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar həcmində fındıq ixrac etmişik”.

 

Balakəndə fındıq istehsalı ötən illə müqayisədə 819 ton artıb

 

Bu il artıq bölgələrdə fındıq yığımı başa çatıb. Belə ki, Balakən rayonunun fındıq bağlarından bu il 6 min 205 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 819 ton artıb. Prezidentin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində işlər davam etdirilir. Belə ki, 2018-ci ilin yaz mövsümündə rayonda 700 hektar sahədə yeni fındıq bağları salınıb. Eyni zamanda payız mövsümündə fındıq tinglərinin əkiləcəyi ərazilər müəyyənləşdirilib. Sahələr şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilib. Əkin kampaniyasına yaxın günlərdə başlanılacaq. Ümumiyyətlə, son üç ildə rayonda 3 min 968 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Ötən il Balakənin fındıq bağlarından 5 min 385,7 ton məhsul tədarük olunub. Rayon əhalisi fındıq satışından 14,5 milyon manat gəlir əldə edib. Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 2 manat 80 qəpik-3 manat arasında dəyişir. Bu qiymətlərlə 2018-ci ildə rayonun kənd əhalisinin fındıqçılıqdan gəlirlərinin 17-18 milyon manat olacağı proqnozlaşdırılır.

 

İsmayıllıda ötənilkindən 50 ton çox fındıq istehsalı proqnozlaşdırılır

 

İsmayıllı rayonunda fındıq bağlarında 100 tondan çox məhsul toplanıb və yığım davam edir. İsmayıllıda fındıq bağlarının sahəsi 1615,7 hektara çatdırılıb. Bunun 87 hektarı bar verəndir. Fındıq yığımında Topçu, Qurbanəfəndi ərazi vahidləri, habelə İsmayıllı şəhəri və ətraf ərazilər öndə gedir. Qeyd edək ki, bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir. Bu da ötən il istehsal olunan məhsuldan 50 ton artıqdır.

 

Qaxda fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb

 

Qax rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 4 min 785 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 641 ton artıb. Belə ki, 2018-ci ilin yaz əkini dövründə rayonda 160 hektar sahədə yeni fındıq bağları salınıb bu payız mövsümündə davam etdirilir. Ümumiyyətlə, son 3 ildə rayon ərazisində 2 min 660 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud bağların ümumi sahəsi 9 min 478 hektara çatdırılıb. Bu bağların 6 min 228 hektarı barverəndir.

 

Zaqatalada fındıqçılığın çox böyük potensialı var

 

Zaqatala fındıq diyarıdır rayonda fındıqçılığın çox böyük potensialı var. Hazırda Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80 faizə qədəri məhz Zaqatala rayonundan ixrac olunur. Təsadüfi deyil ki, bu il Zaqatalada I Beynəlxalq fındıq, qoz şabalıd festivalı keçirilib. Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq konserv məhsulları SSRİ-nin bütün respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb. Fındıqçılıq hazırda Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Ölkə başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı aparılır. Son üç ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 18 min 503 hektara çatdırılıb. 2016-cı ildə Zaqatalanın emal müəssisələri tərəfindən 90 milyon, 2017-ci ildə isə 124,4 milyon manat dəyərində fındıq məhsulları ixrac olunub. Ötən il rayonda 13 min 422 ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının 15 min tona çatacağı gözlənilir. Hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox sortu mövcuddur.

Hazırda dünyada ticari dəyəri yüksək məhsullardan biri olan fındıq istehsalında irəlidə gedən ölkəmiz bu sahəni daha da inkişaf etdirməklə milyard dollarla valyuta əldə edə bilər.

 

Nigar Abdullayeva

 

Palitra.- 2018.- 10 oktyabr.- S. 6.