Floridadakı soydaşlarımız erməni təxribatına qarşı etiraz ediblər

 

Florida Ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası Kaliforniya ştatının Qlendeyl şəhərində 100 məhəlləni əhatə edən Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasına qarşı bəyanat yayaraq məsələ ilə bağlı etirazlarını ifadə ediblər.

Bəyanatda deyilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin dünyaya inteqrasiyasının və ümumi inkişafının şərtlərini müəyyənləşdirəcək əsas faktor kimi çıxış edir. Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuzu var, o, Cənubi Qafqazın ən mühüm ölkəsi kimi tanınmaqdadır.

Soydaşlarımız Azərbaycanın ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurduğunu vurğulayaraq, tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanat müəllifləri Merilənd prospektinin adının dəyişdirilərək Arsax adlandırılmasını narazılıqla qarşılayaraq, erməni lobbisinin maraqlarını həyata keçirməyə hazır olan Qlendeyl şəhər şurasının mövqeyindən narahatlıqlarını diqqətə çatdırıblar.

Ermənistanın təcavüzkar siyasətinə dair beynəlxalq təşkilatların müxtəlif sənədlər, qətnamələr, bəyanatlar qəbul etsə də, dünya birliyinin işğalçı Ermənistanı cəzalandırmaq üçün konkret addımlar atmadığını xatırladan soydaşlarımız bildirir ki, rəsmi İrəvan hələ də işğalçı dövlət mövqeyindən geri çəkilmir.

Bəyanatda qeyd edilir ki, “Biz - dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT, Avropa İttifaqı və Helsinki Komissiyasına müraciət edərək, Kaliforniya ştatında çoxsaylı azərbaycanlıların yaşadığını nəzərə alaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün, ən qısa müddətdə ciddi addımların atılacağına ümid edirik”.

 

Antalyada Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb

 

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb. Milli Məclisdən verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Təbrikə və səmimi sözlərə görə Koreya Parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

 

İkili standartlar olan yerdə nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür

 

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov erməni yalanlarından danışıb: “Son illərdə Avropa Şurasının fəaliyyətindəki əsas narahatlıq doğuran nöqsan kimi ikili standartların mövcudluğu göstərilir. Bu, həqiqətən təşkilatı içəridən yeyən, eroziyaya uğradan ağır bir xəstəlikdir. İkili standartlar olan yerdə heç vaxt nə obyektivlikdən, nə də tam ədalətdən danışmaq mümkündür. Lakin artıq Assambleyanın üzərində işlədiyi və hazırladığı, fəlsəfəsi etibarilə nəcib layihədəki bir məqam istər-istəməz ikili standartlar xəttini davam etdirir, hətta həmin çərçivədən də kənara çıxır. Bəlkə də bu yanaşmaya yeni ad tapmaq, yaxud onuüçlü standart” adlandırmaq lazım gələcək” (AZƏRTAC).

Deputat bildirib ki, AŞPA-da nitq söyləmiş 216 prezident arasında Ermənistanın iki sabiq prezidentinin də çıxışları var. “Biz burada son 18 il ərzində konkret faktlarasübutlara əsaslanaraq mütəmadi olaraq işğalçı Ermənistanda cinayətkar rejimin mövcudluğunu, orada terrorizmin dövlət siyasətinə çevrildiyini vurğulamışıq. Sabiq prezidentlər Robert KoçaryanSerj Sarkisyanın öz xalqına və qonşulara qarşı ağır cinayətlərdə bilavasitə iştirak etdiklərini dönə-dönə söyləmişik, ölkədəki prezident seçkilərini hər dəfə, sadəcə, qanun pozuntuları ilə deyil, ağır dövləti cinayətlər törətməklə gerçəkləşdirdiklərini bəyan etmişik. Burada səslənən inkişaf haqqında hesabatlarda isə hər dəfə həqiqətin əksinə olaraq işğalçı və terrorçu Ermənistan ittiham edilməyib, hər dəfə seçkilərin də qanuni keçirildiyi təsdiqlənib”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü deyib ki, Ermənistanda xalq ayağa qalxdı, deyilənləri təsdiq edərək sabiq prezidenti diktator elan etdidevirdi. Avropa Şurası da Ermənistanda demokratik proseslər baş verdiyini təsdiqlədi, yeni hakimiyyətin qələbəsini məhz demokratiyanın təntənəsi kimi dəyərləndirdi. Ermənistanın yeni rəhbərliyi isə hər iki sabiq prezidenti cinayət məsuliyyətinə cəlb etmək istiqamətində qəti addımlar atır.

“Yaxşı, indi necə başa düşək? Standartlar, qiymətvermələr elə qarışıb ki, normal məntiqlə ondan baş çıxarmaq müşküldür. Avropa Şurasının vaxtilə dəstək göstərdiyi, indi nitqlərini öz saytında yerləşdirmək istədiyi iki sabiq prezidenti Ermənistan dövlətinin özü cinayətkar sayır. Ermənistan o cinayətkar şəxslərlə bağlı mövqeyini açıq bəyan edib. Avropa Şurası isə bilməzlikdən, ya bilərəkdən buraxdığı həmin səhvləri etiraf etmək fikrində deyil. Avropa Şurası indi Ermənistandakı yeni hakimiyyəti demokratik sayır və az öncə elə bu yeni hakimiyyətin devirdiyi Sarkisyanın seçkilərini buradaca necə təqdir və vəsf etdiyini isə sanki unudub. Belə bir çıxılmaz vəziyyətin yaranması qanunauyğundur. Çünki bir ədalətsizlik, adətən, başqa bir ədalətsizliyi doğurur. İkili standartların tətbiq edilməsi mütləq fəsadlar yaradır və üstündən zaman keçəndən sonra zərbəsi gəlib elə ona tətbiq edənə də dəyir”, - deyə deputat bildirib.

 

“İşğalçı ölkə hələ də uydurma soyqırımı ideyasından əl çəkmir”

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli isə SİA-ya deyib ki, Ermənistan özü demokratik dövlət deyil ki, orada demokratiyadan, ədalətdən danışılsın: “Ermənistan cinayətkar bir rejim var. Orada daim cinayətkar rejim olub”.

Onun sözlərinə görə, təəssüflər olsun ki, cinayətkarlar bu fikirlərindən daşınmırlar: “İşğalçı ölkə hələ də uydurma soyqırımı ideyasından əl çəkmir. Bu gün onlar Xocalı kimi soyqırımı törədiblər. Bununla bağlı bütün faktlar, videolar ortadadır. Hətta bunu Sarkisyan, Balayan, Koçaryan özü etiraf edib. Bu boyda soyqırımı törədənlər indi özləri soyqırımına məruz qalmış kimi göstərirlər və ərazi iddiaları irəli sürürlər. Ermənistan Rusiya dövlətinin forpostu olub. Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu gün Ermənistanda əhaliyə heç bir haqq verilməyib. Dünya birliyinin yanaşması təəccüb doğurur ki, niyə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Paşinyana heç bir reaksiya vermir? Paşinyan öz oğlunu cəbhəyə yolladı və bu yolverilməz idi. Bu bir daha Ermənistanın işğalçılıq siyasətini göstərir. Paşinyanın ömrü uzun olmayacaq. Bütün dünya görür ki, Ermənistan hələ dövlət qura bilmir”.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2018.- 10 oktyabr.- S. 11.