Aşıq Şəmşir
və Dəmirçi Süleymanın yeni deyişməsi
tapılıb
Aşıq Şəmşir və Dəmirçi Süleymanın yeni deyişməsi əldə olunub. Deyişməni təqdim edirik.
Aşıq Şəmşir:
Vədələşdik həftə keçdi ay oldu,
Ay usta düzəlib ili sandığın.
Qış adladı payız
oldu, yaz oldu,
Bir yaşı
tamamdı, bəli, sandığın.
Dəmirçi Süleyman:
Bağışla sən məni
ay Dədə Şəmşir,
Mövsüm çatır peçlər
əyir sandığı.
Pəncərə dəmiri bir yana dursun,
Manqallar hesabda döyür sandığı.
Aşıq Şəmşir:
Uçunmaram, yarpaq kimi əsmərəm,
Sənətkaram, sənətkardan küsmərəm,
Sən elə bilməki qurban kəsmərəm,
Çatsa əlimizə əli sandığın.
Dəmirçi Süleyman:
Doğrudur sevdamız əzəl
düz gəldi,
Zar-zəyliyin qışı bir
az tez
gəldi,
Gəldiklərdə boran əsdi buz gəldi,
Oğulsansa vaxt tap qayır
sandığı.
Aşıq Şəmşir:
Mən səni bilmirəm dostum günahkar,
Bilirəm evində iki ilan var,
Birisi
can deyir, birsi zəhrimar,
Olub işi ləngiməli sandığın.
Dəmirçi Süleyman:
Aşıq Şəmşir söhbətindən
doymaram,
Çox
həsrətdə qalmağına
qıymaram,
Bu il keçdi
gələn ilə qoymaram,
Çatar əlinizə, əli sandığın.
Aşıq Şəmşir:
Yaxşı olsun, gözəl
olsun düzəyi,
Qaynaqlansın haşyasının özəyi,
Cəlb
eləsin onun bəri-bəzəyi,
Gül açsın
gül kimi, güllü sandığın.
Dəmirçi Süleyman:
Elə bil sandığın aldı, qumaşdı,
Astarı
taxtadı üzü zər-qaşdı,
Dünya
bazarında hər şeydən başdı,
Mələklər əlində yuyur sandığı.
Aşıq Şəmşir:
Sənətkarın işinə bax, işinə,
Yayın
işin qoyub zarın qışına,
Məni
salıb canavarın dişinə,
Salacaq dillərə,
dili sandığın.
Dəmirçi Süleyman:
Mən oldum piyada söz
oldu atlı,
Sandıq
bəhanədir, bir zarafatdı,
Şadam
ki, kəlamım ustada çatdı,
Dayım çulğalasın xeyir
sandığı.
Aşıq Şəmşir:
Şəmşir səni bil unutmaz Süleyman!
Dostunu unutmaz kamil bir
insan,
Sel aparıb çaylaq olub Ağdaban,
Hələlik bağlıdır yolu sandığın.
Dəmirçi Süleyman:
Sizin dağlar bizim dağlardan başdırsa,
Dözər Süleymanın bağrı
daşdırsa,
Ağdabanın yolu çınqıl
daşdırsa,
Gətirər ceyranla, cüyür sandığı.
P.S. Əziz oxucu, Aşıq Şəmşir və Dəmirçi Süleymanın
sizlərə təqdim
etdiyimiz bu deyişməsi haqqında
ətraflı məlumatı
yaxın vaxtlarda qəzetimizin səhifələri
vasitəsilə məlumat
verəcəyik.
Deyişməni təqdim etdilər:
Güllü Eldar Tomarlı
"Aşıq Pəri Məclisi"nin bədii rəhbəri, şair-publisist
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.- 2018.- 11 oktyabr.- S. 15.