“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”

 

Berlində Aşağı Saksoniya federal torpağının Federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV cəmiyyətinin təşkilatçılığı və “Ağstafa Aqrar Sənaye Kompleksinin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək iki dövlət arasındakı münasibətlərin cari vəziyyətini qiymətləndirib, iki ölkə arasında ən yüksək səviyyədə mövcud olan siyasi dialoqubu xüsusda Prezident İlham Əliyevin Almaniyaya, Federal kansler Angela Merkelin isə ölkəmizə səfərini vurğulayıb. Səfir siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlığı qeyd edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Almaniyanın ədalətli mövqeyinə toxunub.

Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman çıxış edərək Azərbaycanın Avropa üçün geostratejiiqtisadi əhəmiyyətini vurğulayıb. O, xalqlarımız arasında münasibətlərin 200 illik tarixə söykəndiyini və bunun hazırda iki dövlət arasında cari münasibətlərin inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan T.Opperman Almaniyanın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə İslam dünyasında nümunəvi ölkə adlandırıb.

Daha sonra tədbir panel müzakirələrlə davam edib. Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoahim Hayntsenin aparıcısı olduğu Cənubi Qafqazda sülh təhlükəsizlik məsələlərinə həsr olunan paneldə Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının sədr müavini Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq prinsiplərinə əməl olunmasının vacibliyini vurğulayıb. Millət vəkili qeyd edib ki, Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir. O, eyni zamanda Almaniyanın Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə daha yaxından cəlb olunmasının vacibliyini vurğulayıb.

Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağda yaranmış beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, amma münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirib. Alman deputat münaqişənin həlli prosesində münaqişə tərəflərindən əlavə, digər maraqlı tərəflərin mövcud olduğuna işarə edib bunun münaqişənin həllini çətinləşdirdiyini qeyd edib.

Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV cəmiyyətinin məsləhət şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğulayıb. O, münaqişənin həllində Madrid Prinsiplərinə əməl olunmasının əhəmiyyətini qeyd edib.

Tədbirin ikinci panelindəBusinnes & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılığı ilə münasibətlərin tarixi, Azərbaycanda alman irsi iki dövlət arasında elmi-mədəni münasibətlərə dair müzakirələr keçirilib.

Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze ölkəmizdə mövcud olan alman koloniyaları ilə bağlı mövcud müsbət təcrübənin Azərbaycan-Almaniya münasibətlərinin inkişafında oynadığı rolu vurğulayıb. O, təmsil etdiyi qurumun sözügedən tarixin əbədiləşdirilməsi qeyd edilməsi istiqamətində atdığı addımları qeyd edib. Almaniya kanslerinin Azərbaycana səfərinə toxunan alman diplomat bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.

Tədbirdə, həmçinin azərbaycanlı müəllif Məmməd Əlizadənin Azərbaycanda alman məskənlərinin tarixindən bəhs edənKeçmişin qızıl səhifələriadlı alman dilində yeni nəşr olunmuş kitabı müəllifin iştirakı ilə təqdim edilib.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Azay Quliyev, Sahib Əliyev və Şahin İsmayılov, Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Almaniyanın siyasi, iqtisadi, elmi-mədəni və mətbuat dairələrinin, eləcə də Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

“İsveçrədə keçirdiyimiz çoxsaylı tədbirlərdə Qarabağ münaqişəsini yerli sakinlərə, onların başa düşəcəyi dildə çatdırmağa çalışırıq”

 

Bu gün Qarabağ məsələsi hamımızın yaralı yeridir. İşğal faktının tanıdılması üçün diasporumuz da bir sıra işləri görür. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) rəhbəri Qasım Nəsirov da bu baxımdan fəallıq göstərir. Qasım Nəsirov bu istiqamət fəaliyyəti barədə “Palitraya məlumat verdi. O dedi ki, hər il Bern, Cenevrə, Sürixya İsveçrənin başqa şəhərlərində Xocalı qətliamı ilə bağlı tədbirlər keçirirlər: Bu məsələdə mənə İsveçrədəki cəmiyyətlərdən başqa, Azərbaycanın İsveçrədədki səfirliyi də böyük dəstək göstərir. 2012 və 2013-cü illərdə İsveçrə parlamentinin xarici işlər üzrə komissiyasında 2 sədə bizim AİMM tərəfindən hazırlanmış petisiya rəsmi şəkildə müzakirəyə çıxarılıb. Bu barədə İsveçrə parlamentinin rəsmi internet səhifəsində də məlumat var. Bu işi davam edirik və edəcəyik. Burada məqsədlərdən biri İsveçrə parlamenti tərəfindən Xocalı faciəsinin bir soyqırımı kimi təsdiqinə nail olmaqdır. Bu bir həqiqətdir və inanıram ki, buna bir gün nail olacağıq. Bundan başqa, hazırladığımız və keçirdiyimiz çoxsaylı tədbirlərdə Qarabağ münaqişəsini yerli sakinlərə, onların başa düşəcəyi dildə çatdırmağa çalışırıq. Bu işdə xeyli addımlar atılıb və daha aktiv olaraq davam edəcəyimizdən də əmin ola bilərsiniz. Bu işi etmək üçün nə şuranın əlaqələndiricisi, nə də başqa bir ada ehtiyac var, bunun üçün azərbaycanlı olmaq, vətəni sevmək kifayətdir”.

 

“Uşaqların “Qarabağ” məktəbində alacağı qiymətlər rəsmi orta məktəblərdə də keçərlidir”

 

Qasım Nəsirov bildirdi ki, Azərbaycan İsveçərdəki səfirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 5 oktyabrda Berndə Qarabağ adlı Azərbaycan dilli və mədəniyyəti məktəbi açılıb: “Məktəb müvafiq qaydada rəsmi qeydiyyatdan keçərək İsveçrə qanunlarına uyğun şəkildə fəaliyyət göstərir. Uşaqların bu məktəbdə alacağı qiymətlər rəsmi orta məktəblərdə də keçərlidir. Hazırda məktəbdə Azərbaycan dili, ədəbiyyat, rəqs və piano dərsləri keçirilir. Uşaqlar İsveçrənin fərqli yerlərindən gəlirlər. İnanıram ki, uşaqların sayı artdıqca valideynlər də bir-birlərilə daha sıx əlaqədə olacaqlarbu daha da sıx birləşməyimizə səbəb olacaq”.

Qasım Nəsirov sonda öz istəklərini də bildirdi: “İstərdim ki, Azərbaycan diaspor nümayəndələrinin konfrans və yığıncaqları əvvəlkindən daha sadə şəkildə keçirilsin, konfrans nümayəndələrini və iştirakçılarını 5 ulduzlu otel yerinə məktəblərə, universitetlərə, parlament sessiyalarına, qaçqın düşərgələrinə, hərbi hissələrə aparsınlar, Xocalı qətliamının şahidləri ilə görüşlər təşkil edilsin və sonrakı prosesində də bu görüşlər müzakirə edilsin”.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2018.- 17 oktyabr.- S. 11.