Mili Kitabxanada “18 oktyabr
Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi
açılıb
Oktyabrın 17-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında “18 oktyabr Dövlət Müstəqilliyi
Günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgini
kitabxananın direktor müavini Ədibə İsmayılova
açaraq Azərbaycanın dövlət müstəqilliyi
haqqında məlumat verib. Bildirib ki, XX əsrin sonlarında
SSRİ-nin dağılması ilə yaranan tarixi şərait
nəticəsində Azərbaycan dövlət müstəqilliyini
bərpa edib. 1991-ci i il oktyabrın 18-də Ali Sovetin
sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa
olunandan sonra Dövlət bayrağı, himni və gerbi
haqqında da qanunlar qəbul edilib.
Ədibə İsmayılova diqqətə
çatdırıb ki, Azərbaycan Milli Kitabxanası hər
il dövlət müstəqilliyi günü ilə
bağlı mütəmadi olaraq bir sıra kütləvi tədbirlər,
eləcə də geniş kitab sərgisi vasitəsilə
oxucuları məlumatlandırır.
Sərgidə Azərbaycanın dövlət
müstəqilliyindən bəhs edən 300-ə yaxın Azərbaycan,
rus, ingilis və digər dillərdə nəşr olunmuş
kitablar, dövri mətbuat materialları nümayiş edilib.
Sonda iştirakçılar sərgi ilə
tanış olub.
Palitra 2018.- 18 oktyabr.- S. 13.