Azərbaycan yəhudiləri-
tarixdən bugünə
Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Azərbaycan Yəhudiləri Cuhuro(Dağ yəhudiləri), Aşkenaz, Gürcü kimi qruplara bölünür. Azərbaycan bir müddət Krımçaklar( Karayim yəhudiləri), Kürt Yəhudiləri, Buxara Yəhudilərinə və İbrani köklü olmayan Subbotnik və Ger Yəhudilərinə də ev sahibliyi etmişdir. Hal hazırda Azərbaycandakı Yəhudilərin sayı 1200 nəfərə yaxındır. Bunların böyük əksəriyyətini dağ yəhudiləri təşkil edir.
Yəhudilər hazırda Bakı, Sumqayıt,
Quba və Oğuz rayonunda yaşayırlar. Qırmızı qəsəbə,
dünyada Dağ Yəhudilərinin sayına görə ən
sıx məskunlaşılan ərazidir. 1920-ci ildən bəri
isə, Şamaxı rayonunda demək olar ki Yəhudi ailəsi
yoxdur. Yəhudilərin yaşadığı yerlərdən
biri də Göyçaydır. Yəhudilərin, Azərəbaycana
köç etdiyi dövrlərdən bəri Göyçayda
yerləşsələrdə hazırda Göyçayda
çox az Yəhudi ailəsi qalmaqdadır. Yəhudilərin
say baxımdan çoxluq olaraq yaşadıqları yerlərdən
biridə Oğuz rayonudur. Hətta Oğuzda Cuhudlar məhəlləsi
deyilən bir qəsəbə var. Həmin ərazidə Yəhudilərin
2 böyük Sinaqoqları var. Əvvəllər
İsmayıllının Mücü -həftəran bölgəsində
yəhudilər yaşayıb hətta bu gün orda bir yəhudi
qəbirstanlığı mövcuddur.Bundan başqa yəhudilər
Yevlax, Bərdə və Şirvan bölgəsində də məskunlaşmışlardı
ama müəyyən müddət sonra müxtəlif səbəblərdəm
artıq o bölgələrdə yəhudilər
qalmamışdır.
Tarixə baxış:
Bizim coğrafiyada, Azərbaycan türkləri ilə Yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Vəlili (Baharlı) hələ 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında bu suala belə cavab vermişdir: “Azərbaycan yəhudiləri, Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuriyada və sonra Midiyada yaşayan qədim yəhudilərin övladlarındandırlar. Buradan yəhudilər Assuri hökmranlığının süqutundan sonra, Salmanasar şahın zamanında indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşdülər”. Azərbaycanda yəhudi diasporunun təşəkkülünün Əhəmənilər dövrü ilə əlaqələndirilməsi barədə də fikirlər vardır. Hər bir halda, Azərbaycanda yaranmış yəhudi diasporunun dünya üzrə meydana gəlmiş ilk diasporalardan olması aydın olur. Arxeoloji qazantılar zamanı Bakı ətrafında yeddinci yüzililiyə aid bir Yəhudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub şərqində köhnə Sinaqqoqa rast gəlinmişdir. Bakıdakı ilk dini bina 1862-ci ildə qurulmuşdur. Bu bina 1896-cı ildə Sinaqoqa çevrildi. 19-cu yüzlilliyin sonlarında daha bir neçə Sinaqoq inşa edildi. İlk qurulu Sinaqoq, 1910-cu ildə Bakıda istifadəyə verildi. 19-cu əsrin sonlarında, Rus işğalı altındakı Bakı Sionizm hərəkatının mərkəzlərindən biri oldu. «Hovevei Zion” 1891-ci ildə quruldu və bundan sonra 1899-dakı ilk Sionist təşkilat quruldu. Bu hərəkət qısa olan Azərbaycan Demokratik Cümhuriyyətində də güclü idi. 1919-cu ildə Yəhudi Xalq Universiteti açıldı; müəyən aralıqlarla Yidiş, İbranicə, Cuhuricə məktəblər lokallar xeyriyyə qurumları və mədəniyyət mərkəzləri fəaliyyət göstərdi. Sovetlərin qurulma prosesində Azərbaycanlılarla yanaşı yəhudilərədə təzyiqlər olunmağa başladı. Bütün Sionist fəaliyyətlər və İbranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz Dağ Yəhudi ailəsi, Azərbaycan və Dağıstandan ayrılıb, İsrailə öz tarixi ata-baba yurdlarına yerləşdilər. 1970-ci ildə isə köç yasağınınn qaldırılmasıyla xeyli sayda Yəhudi İsrailə köç etdilər.Azərbaycan Yəhudilərinin ən sıx olduğu 1970-ci ildə, ölkədə 41288 nəfər Yəhudi var idi. Bunların üç mini 1971 və 1978-ci illər İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi.
Dağ Yəhudiləri:
Dağ Yəhudilərinin mənşəyi və Qafqazda yerləşmələriyrilə bağlı çoxlu ehtimallar mövcuddur. Onlardan biri, Dağ Yəhudilərinin çox uzun zamanlardan Qafqazda yaşamağıdır. Tarixi qaynaqlara görə, Milladdan əvvəl 722-ci ildə Assuriyalıllar tərəfindən sürgünə göndərilən, itmiş 10 Qəbilə bir müddət sonra Əhəmənilər və Sasanilər tərəfindən sıxışdırılaraq Cənub-Qərbi İrandan Dağıstana köç etmişlərdir..Bu ehtimallardanı Dağ Yəhudilərinin Erkən Orta əsrlərinin əvvəllərindən İrandan, ya da Ərəb işğalları səbəbiylə Bizans İmperiyasından gəldiyidir. Kür çayının sol hissəsindən Albaniyaya yerləşən Yəhudilər Şimal qonşuluqlarındakı Qıpçak,Xəzər, Xaqanlığıyla təmasa keçməsidir.
Yəhudilərlə Qafqaz türklərinin
sıx əlaqəsi nəticəsində, Xəzər
imperiyası, Yəhudiliyi qəbul edərək 790-cı ildə
iudaizmi dövlət dini elan etdilər. O zamanlar zülüm
içində yaşayan yəhudilər yeni qurulan türk yəhudi
dövləti olan Xəzər xaqanlığına yerləşdilər.Orta
əsrlərin sonlarında Gilan Yəhudiləri bölgədəki
Yəhudilərlə iqdisadi və mədəni əlaqə
qurdular. Sovetlər zamanına kimi, ipəkçilik və
qumaş ticarəti ilə məşğul idilər. 1730-cu
ildə Səfəvi dövlətindən ayrılan Quba
xanı Hüseyn Əli xanın çıxardığı
qərarla Yəhudilər mülk sahibi oldular.1926-cı ildə
Sovet əhali sayımına görə toplam Yəhudi əhalisinin
10 mindən artıq hissəsini Dağ Yəhudisiydi. Sovetlər
birliyinin son çağlarında Dağ Yəhudilərinin
sayı məlum deyildi. Çünki, Sovet
İmperiyasının antisemit siyasətinin qurbanına
çevrilməmək üçün özlərini Tat
olaraq tanıtdılar. Araşdrımaçılar, Tat
tayfasıyla Dağ Yəhudilərinin eyni kökdən
olduğu ehtimallarına şiddətlə qarşı
çıxırlar. Dağ Yəhudiləri bu gün Azərbaycandakı
Yəhudi diasporasının əsasını təşkil etməkdədir.
Tat dilinin bəlli bir ləhcəsi olan və Cuhuri deyilən
bir dildə danışmaqdadırlar. Bu dilə Yəhudi
Tatcası da deyilir.
Aşkenaz Yəhudiləri:
Askenaz yəhudiləri ( Polşa,Rusya, Belarusya, Ukranya, Almaniya və Macarıstan) orta və qərbi avropa yəhudilərinə deyilir. Aşkenaz Yəhudiləri Bakıya ilk dəfə olaraq 1800 –ci illərin əvvəlində gəlmişdilər. Davamlı köçlər sayəsində 1910-cu ildə Aşkenaz Yəhudilərinin sayı Dağ Yəhudilərinin sayını keçmişdir. Daha çox neft zəngini olan Bakıya yerləşdilər. Rus imperiyasının öndə gələn neft şirkəti » Xəzər Qara Dəniz” şirkəti Alman yəhudisi Rothschild ailəsi tərəfindən quruldu. Aşkenazlar 1940-cı illərin sonrarına qədər Azərbaycana köç etməyə davam etdilər. Bunların çoxunu II Dünya müharibəsi zamanı evlərindən çıxarılan Rus, Ukrayna və Belarusiyalı mühacir Yəhudilər təşkil etdilər. Aşkenaz Yəhudiləri Azərbaycan siyasətində aktiv rol aldılar. Kiyev mənşəli Dr.Yevsei Gindes Azərbaycan Demokratik Respublikasının Səhiyyə naziri vəzifəsinə gətirildi. O dövr tibb aləmində Gindesin danılmaz xidmətləri olmuşdur. Hətta Aşkenaz Yəhudilərinin Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında iştirak etməyə nail oldular. Onlar yerli xalqın tərəfini tutaraq yadelli işğalçılara qarşı, azadlıq mübarizəsi aparırdılar. Dövlətimizin parçalanmasını istəyən və xalqımızın daim zülm altında qalmasında maraqlı olan, bəzi qonşular kimi hadisələrə biganə qalmırdılar. 1912-ildə, qeyddə olan vəkil və həkimlərin üçdə biri Yəhudi idi.Çar və Sovet dövründə Azərbaycanda əksəriyyət köçəri kimi, Aşkenazların dilləri də ruslaşdı. Aşkenazların çoxu Rus dilini bilməklə bərabər, Azərbaycancan türkcəsindədə sərbəst danışmaqda xüsusi səygöstərirdilər.Yidiş dilini bilənlərin sayı məlum deyil. Hal hazırda aşkenaz yəhudiləri azərbaycanda dağ yəhudilərindən sonra ikinci ən böyük yəhudi icmasıdır. Aşkenaz yəhudilərinə ait bakıda bir sinaqoq fəaliyyət göstərir.
Gürcü yəhudiləri:
Çarlıq dövründən əvvəl yerli yəhudi icmalarının Gürcü Yəhuhudiləri ilə əlaqəsi olub olmadığı bilinmir. Lakin 1910-cu illərdə Gürcü Yəhudilərinin Bakıdakı varlığı və onlara aid bir tədris mərkəzi olduğu məlumdur. Bu gün bir neçə yüz Gürcü Yəhudisi Azərbaycana yaşamaqdadır. Bakıda Gürcü yəhudilərinə xidmət göstərən bir sinaqoq fəaliyyət göstərir.
Kürt yəhudiləri:1827-ci ildə Yəhudi Aramicəsi ilə danışan Kürd Yəhudilərindən bəziləri Güney Azərbaycan və İrandan Azərbaycana yerləşdi. 1919-1939-cu illər ərzində Bakıda bir Kürd Sinaqoqu mövcud olmuşdur. Sovetlər qurulduqdan sonra Stalin hökumətində xoş qarşılanmayan Kürd Yəhudiləri 1951-ci ildə Qafqazdan və azərbaycandan sürgün edildilər.
Karayim yəhudiləri:Xəzər türklərinin
nəslindən olan Kırımcaklar(karayim yəhudiləri)dünyada
yalnız 5000 min nəfər təşkil edir(Karayim yəhudiləri)
1989-cu ildə 41 nəfər karayim yəhudisi Azərbaycanda
yaşayırdı. Buraxara Yəhudiləri isə 88 — nəfər
idi. Bu gün bu yəhudi qurupları azərbaycanda artıq
yaşamırlar.
Gerlər və Subbotniklər:
Gerlər və Subbotniklər Rusiyanın
müxtəlif yerlərlərindən 1820-ci illərdə Yəhudiliyi
qəbul etmiş etnik qruplardır. 1839-1841-ci illərdə
Çar höküməti bu şəxsləri Cənubi
Qafqaza əsasəndə Azərbaycana sürgün etdi. Buraya
çatdıqlarında köhnə adı Həştərxan-Bazarı
olan Cəlilabadın ən böyük məskunlaşma məntəqələrindən
biri olan Privolnoyeye yerləşdilər. Bura sonralar Rusiyanın
ən böyük Yəhudi-Rus məskunlaşma məntəqələrindən
biri oldu. Sovet dövrünün sonlarına doğru Ger və
Subbotniklər Azərbaycandakı sayı 5000 nəfər idi.
1997-ci ildə isə yalnız 200 nəfəri qalmışdı.
Bunların da əksəriyyəti, Rusiyaya köç etmələri
səbəbədindən azərbaycanda artıq gerlər və
subbotniklər yaşamırlar.
Müasir dövrdə azərbaycan yəhudiləri:
Sovetlər zamanında azərbaycan xalqı kimi
yəhudi xalqıda öz dinləri və mədəniyyətlərini
yaşaya bilmirdilər. Lakin Sovet İttifaqı
dağılandan sonra müstəqil azərbaycan dövlətinin
qurulması ilə birlikdə yəhudi xalqıda dini və mədəni
həyatlarında azadlıq əldə etdilər. Müstəqil
azərbaycan dövləti azərbaycanda yaşayan digər
azsaylı xalqlarla birlikdə yəhudi xalqınada öz dinlərini
və mədəniyyətlərini yaşaması
üçün hər cür şərait yaratdı. Yüz
illərdir azərbaycanda yaşayan yəhudi xalqıda azərbaycanı
özlərinə vətən bilirlər.Məhz bunun bariz
nümunəsi Azərbaycanın ilk milli qəhrəmanlarından
biri olan Qarabağ savaşında şəhid olan Albert
Aqarunovdur. Azərbaycan xalqının bir parçası olan azərbaycan
yəhudiləri dünyanin heç bir yerində olmayan əminamanlıq
və sülh şəraitində yaşayırlar. Bu gün
Azərbaycanda üç yəhudi icması fəaliyyət
göstərir.Bakıda Aşkenazlara, dağ yəhudiləri
və gürcü yəhudilərinə xidmət edən
üç Sinaqoq var. Bakıda ki, dağ yəhudilərinin
sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Qubanın
yaxınlığında Qırmızı Qəsəbədə
iki, Oğuzda iki sinaqoq var. Privolnoyedəki Gerlərə aid
sinaqoq, 1990-ci illərdən əhalinin azalması səbəbi
ilə bağlıdır Bunlardan biri olan Dağ yəhudilərinin
sinaqoqu cənab prezident İlham Əliyevin şəxsi
göstərişi ilə tikilmişdir.Həmçinin
bakıda iki yəhudi məktəbi vardır ki, bunlardan biri
dövlət nəzdindədir. Bu dünyada əsil
tolerantlıq və multikultiralizm nümunəsidir. Həmçinin
Azərbaycanda bir neçə universitetde yəhudi dili və mədəniyyəti
tədris olunur. Həmçinin azərbaycan milli məclisində
yəhudi xalqını təmsil edən bir millət vəkili
var. Bundan başqa azərbaycanın iqtisadi siyasi və sosial həyatında
yəhudi xalqı aktiv iştirak edirlər. Azərbaycan yəhudiləri
də azərbaycandan kənarda azərbaycanı unutmurlar. Bu
gün dünyada azərbaycan həqiqətlərinin təbliğində
yəhudi diasporası aktiv iştirak edir. Yəhudi dövləti
İsrail ilə Azərbaycan arasında siysi hərbi və
iqtisadi əməkdaşlıq mövcüddur. İsrail
dövləti 20 %- dən çox torpaqları işğal
olunmuş azərbaycan dövlətinin və xalqının
yanındadır. Azərbaycan yəhudiləri İsrail azərbaycan
münasibətlərinin inkişafında və azərbaycanın
həqiqətlərinin dünyaya çatdırılmasında
aparıcı qüvvədir.
Murad Salmanov
Palitra.-2018.-25 oktyabr.-S.13.