“Mən Amazon cəngəlliyini
axıra qədər fəth edəcəyəm”
Faiq Babanlı: “Azərbaycana qanuni şəkildə ov üçün gələnlərin
sayının ildən-ilə kəskin artacağı gözlənilir”
Ovçuluq həm də ölümün gözünə dik baxmaq deməkdir. Çünki ovçuların istənilən addımında ölüm təhlükəsi var. Xüsusən, ekstremal ovçular hər an bu təhlükə ilə qarşılaşırlar. Elə dünyada ekstremal ovçu kimi tanınan Faiq Babanlı da son Boliviya səfərində bir çox təhlükələrlə qarşılaşıb. Qeyd edək ki, Faiq Babanlının ovda reytinqi o qədər yüksəkdir ki, ona istənilən ərazidə ov etməyə icazə verilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı Safari Ov Klubu Azərbaycanın rəhbəri olaraq ölkəmizi xaricdə tanıdır və təbliğ edir.
-Siz
əvvəllər Boliviyada ov etmişdinizmi?
-Mən Boliviyaya 7 il ərzində ildə iki dəfə getmişəm. 3 il idi ki, mən orada ov etmirdim. 3 il sonra mənim ora tam başqa təcrübə ilə qayıtmağım öz fərqliliyini göstərdi. Biz bu dəfə 8 gün ərzində nə qədər imkanımız çatırsa, o qədər Boliviya cəngənlliyinin dərinliyinə getdik. Hətta o qədər dərinliyə getdik ki, cəngəlik bitirdir, sonra bataqlıqlar başlayırdı.
Bu dəfə çox yorulduq. Çünki günlərlə piyada, eləcə də at və traktorla yol gedirdik. Hava da rütubətli və isti idi. Budəfəki təşvişim insan bədəninin dirənməsi, gücün itməsi, Allahdan imdad istəməsi idi. Doğrudan, dəhşətli səhnə idi. Bu dəfə mən insanın təbiətin qarşısında necə aciz olmasını hiss etdim. Yəni təslim olmursan. Sonunacan gedib döyüşürsən.
-Məqsədinizə çata bildinizmi?
-Sözün açığı, biz bu dəfə Boliviyaya arapayma balığı tutmağa getmişdik. Bu balıq 2,5 metr olur. Orada bu balıqdan çoxdur, amma, nəsə bu dəfə bizim tilova düşmədi. Amma balığı tutmasam da, lazım olan enerjini aldım. Mən ora bir də qayıdacağam. Çünki mənim orda məqsədim var... Mən bütün cəngəlliyi axıra qədər fəth edəcəyəm. Bunun qurtaracağını görmək istəyirəm. Qurtaracaq da yoxdur...
-Ümumiyyətlə,
belə bir addımı atan
olubmu?
- Yox, olmayıb. Kim gedibsə, içəridə qalıb, geri qayıda bilməyib. Bilirsiz, başlanılan nöqtədən getmək mümkün deyil. Ona görə haradan gedirsənsə, sürətlə keçməlisən. Məni ora özünə çəkir. Konkret deyir ki, ruhunu ver. Həqiqətən də Amazon adamın ruhunu tələb edir. Girdinsə, ora deyir ya çıx, ya da qal.
-Bəs sizin fikriniz nədir?
-Mənim fikrim Amazonun, cəngəlliyin ruhunu almaqdır. Çünki hər bir insanın öz ruhi qidası var.
-Bəzən mənə
elə gəlir ki, siz
təbiətdən, o cümlədən vəhşi
heyvanlardan intiqam almaq istəyirsiniz?
- Düzdü, bu belə görünə bilər. Amma bu, intiqam deyil. Mən təbiətdən enerji alıram. Mənim ov etməyim mənim energetik balansımı tənzimləyir. Mən ovsuz yaşaya bilmirəm.
-Siz ov zamanı
tamam başqa simada olursunuz. Bu nədən irəli
gəlir?
-Bunu mən özüm
də hiss edirəm. Boliviyada bu an
daha çox yaşandı. Çünki orda hər
an həyat təhlükəsi
var idi. Hətta həmkarım Asif İlyasov, bəzən mənə çox təəccüblə, məni
tanımırmış kimi
baxırdı.
Bilirsiz, insan hər belə anlarda, xüsusən, vəhşi ilə qarşılaşanda mənən
daha da böyüyür. İnsanı dəyişdirən adrenalindir,
insanı dəyişdirən
ekstrimdir. Bunu ovda praktiki olaraq
hiss etmək olur.
-Amazon cəngəlliyinin
özəlliyi nədir?
-Cəngəlliyin özəlliyi
onun başqa yerdə təkrar olunmamasıdır. Amazon tam bağlıdır və həddindən artıq sıxlıqdır. Amazonda ölüm
qoxusu var. Burada boş yer yoxdur.
Harada durursansa, sənə hücum olur. Ona görə də
Amazonda bir yerdə dayanmaq olmaz. Amazonun nə qədər
qeyri-adi gözəlliyi
varsa, o qədər də təhlükəsi
var. Hətta buna təhlükə demək
azdır. Amazon adamın ruhunu, canını almaq istəyir. Orada hər bir addımda yaquarla qarşılaşmaq təhlükəsi
var. Qarşımıza çıxan
ilanların sayı-hesabı
yox idi. Orada qarışqa belə, təhlükəlidir.
Ümumiyyətlə, Amazon cəngəlliyi fantastikadır. Orda, hətta
ulduzlar göydə oynayır. Saysız kometlərin uçduğunu
görürsən. Ora ayaq dəyməyib. İnsanın
orada olmamağını
hiss edirsən. Çünki insanın enerjisi ora mane olur. Amazonda başqa enerji var və hər
şey fərqlidir.
Mən dəhşətə gəldim.
Orda insan tək olmadığını
hiss edir. Oranın özünün görünməyən canlıları
var.
-Ov turizmi ilə bağlı nə kimi irəliləyiş əldə edibsiniz?
-Bizdə ov turizmi
çox yüksək
səviyyədədir. Bizim çoxlu
qonaqlarımız olur.
Onu da deyim ki,
biz təkcə Azərbaycanda
qonaq qəbul etmirik. Eyni zamanda qonaqlarımızı
ov üçün dünyanın müxtəlif
yerlərinə aparırıq.
Yəni əcnəbi ovçuları
xaricə Azərbaycan
adından aparırıq.
Bunun özü də Azərbaycanın üstünlüyüdür
və kənardan görünüşü də
çox yüksəkdir.
Azərbaycan ov turizmində
3-5 ilə, doğrudan
da yüksək yer tutacaq. Biz bunu bu il hiss etmişik.
-Ov üçün Azərbaycana gələnlərin
sayı artıbmı?
-Bəli, qonaqlarımız
ilbəil artır. Bilirsiz, birinci xidmətdir. Yəni ovçu gələndə
birinci gözəlliyi
göstərməkdir, sonra
isə ona qulluqdur. Bu da
dünya standartlarına
uyğun şəkildə
olmalıdır. İkincisi də
hər ovçu gələndə öz səviyyəsinə uyğun
təşkilatçıya müraciət edir. Bizdə təşkilatçılıq ən yüksək səviyyədədir. Ona görə
də Azərbaycana qanuni şəkildə ov üçün gələnlərin sayının
ildən-ilə kəskin
artacağı gözlənilir.
Fuad Hüseynzadə
Palitra 2018.- 5 sentyabr.- S.12.