“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayan işğalçı dövlətin rəhbərləri, sadəcə, avantürist çıxışlarla kifayətlənirlər. Bu günlərdə Ermənistan parlamentinin ölkəmizə qarşı müharibə elan etməsi ssenarisi bunlardan biridir.

 

XİN: “Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki, davam edir

 

"Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir". “Trend”-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi Ermənistanın işğalçı təcavüzkar dövlət olmasının növbəti təsdiqi etirafıdır". Onun sözlərinə görə bu, həmçinin Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik feodal düşüncənin göstəricisidir: "Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi bir vaxtda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirir regionu yeni hərbi avantüralarla təhlükələrlə üzbəüz qoyur". H.Hacıyev əlavə edib ki, beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olmasının şahidi olur: “Ermənistana qarşı təsirli beynəlxalq siyasi-diplomatik təzyiqlərin göstərilməməsi Ermənistanın cəzasızlıq hissini daha da artırır. Bir daha bəyan edirik ki, danışıqlar prosesinin pozulmasına, vəziyyətin gərginləşdirilməsinə müharibə oyunlarıkimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".

 

“ATƏT bizi bu məsələdə dəstəkləməlidir

 

Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli BMT-nin qərarı ilə ATƏT-ə tapşırılıb. Bu illər ərzində, demək olar ki, ATƏT bu istiqamətdə real bir görməyib”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə bu məsələni çox doğru düzgün qoydu: “Düzdür, müəyyən irəliləyişlər olub. ATƏT-in xətti ilə müəyyən görüşlər keçirilib müəyyən layihələr müzakirə edilib. Amma ortada işğala məruz qalmış dövlət var işğalçı var. ATƏT heç zaman bu prinsipdən çıxış etməyib. Yəni işğalçıya beynəlxalq hüququn sərt üzünü nümayiş etdirmək lazımdır. ATƏT bu məsələlərə bu prizmadan yanaşmalıdır. Yoxsa hər iki tərəfə eyni cür yanaşmaq, eyni gözlə baxmaq kökündən yanlış bir məsələdir. Ona görə düşünürəm ki, bu danışıqlarda hansısa irəliləyişlərə, müsbət nəticələrə nail olmaq üçün məhz işğalçıya işğalçı kimi yanaşılmalıdır. İşğala məruz qalmış dövlətə isə zərərçəkən dövlət kimi yanaşılmalıdır. Hesab edirəm ki, məsələ bu cür həll olunmalıdır. Yoxsa ki, ATƏT-in Minsk qrupunun həmsədrləri hər dəfə güzəştə getmək lazımdır deyəndə hər iki dövlətə müraciət edirlər. Biz hansı güzəştə getməliyik? Bu gün bizim 20 faiz torpaqlarımız işğal altındadır. Bizim güzəştimiz yalnız o ola bilər ki, biz bu məsələnin dinc yolla həllinə hələ ki, üstünlük veririk. Yox əgər Ermənistan bu qeyri-konstruktiv mövqedən çıxış edəcəksə, elə hesab edirəm ki, Azərbaycan danışıqlardan geri çəkilməli hərbi gücü ilə bu məsələni həll etməlidir. Amma biz beynəlxalq hüquqa, aləmə, qonşularımıza hörmət etdiyimizə görə biz hələ ki, danışıqlar yoluna üstünlük veririk. Ona görə ATƏT bu mövqedən çıxış etməlidir bu məsələdə bizi dəstəkləməlidir”.

 

"Paşinyanın söylədikləri səviyyəsizlikdir"

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının, guya, qondarmaDağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatlarını erməni uşağı belə söyləməz. Bu adam baş nazirdir işğal faktını müxtəlif əllaməli şüuru ilə pərdələməyə işğal edilmiş ərazilərin geriyə qaytarılmamasını çox bəsit, eləcə yelbeyin ifadələrlə izah etməyə çalışır. Sözün əsl mənasında siyasətçi, ölkənin başında duran bir adam üçün onun intellektual səviyyəsinin, beynəlxalq münasibətləri qavrama qabiliyyətinin qədər bəsit aşağı səviyyədə olduğunu aydın surətdə göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, işğal edilmiş ərazilərin geriyə qaytarılması istiqamətində ATƏT-in səyləri var: “Azərbaycan Ermənistan arasında işğal edilmiş torpaqların geri qaytarılması ilə bağlı danışıqlar prosesi var. Danışıqlar prosesinin 23 ilə yaxın bir tarixi var. Yəni xeyli məsafə qət edilib, amma nəticə hələ qənaətbəxş deyil. Ermənistanın küçədən gəlmiş yeni başçısı bu məsələlərə dərrakə ilə münasibət bildirərək sanki danışıqlar prosesinin lazım olmadığını Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmayacağı barədə sərsəm ifadələrlə fikrini izah etməyə çalışır. Təbii ki, burada da iki xalqa əbədi düşmənçiliyə çağırış var. Azərbaycan xalqı öz torpağının uğrunda sonuncu adamına qədər mübarizə aparmağa hazırdır. Ölkənin siyasi rəhbərliyi bu fikirdədir. Amma erməni siyasi rəhbərliyinin belə sərsəm fikri o deməkdir ki, bu bölgəni uzunmüddətli qarşıdurmalara xaosa cəlb etmək istəyir. Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən çox ciddi surətdə bildirdi ki, Ermənistan danışıqları pozmaq həddini tutur. ATƏT isə bu məsələlərə hələ laqeyd yanaşır Ermənistana təzyiq göstərmir. Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin şəxsən Paşinyanın üzərinə düşəcək”.

 

Ermənistan Azərbaycan torpaqlarını işğal altında

saxladığı müddətdə bu ölkədə sülh olmayacaq

Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir. “Trend”-in məlumatına görə, bu barədə ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blankın “Washington Times” qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətində olmadığını təsdiq edən çoxlu bəyanatlar verib: “Bununla belə, Paşinyan istəmədən olsa, öz demokratik kampaniyasını təhlükə altına qoyub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə bu ölkədə sülh olmayacaq. Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir”.

Məqalədə qeyd olunur ki, sülh Ermənistanın demokratikləşdirilməsi, irəli getməsi üçün yeganə zəmanətdir: “Paşinyan Nyu-Yorkda prezident Trampla görüşmək istəyir. Amma bu görüş baş tutanadək Paşinyan ABŞ-a onu dəstəkləməsi üçün səbəblər göstərməlidir”.

 

ATƏT PA bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun işinə dəstəyini ifadə edib

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun işinə dəstəyini ifadə edib. Bu barədə təşkilatın bəyanatında deyilir: “O, ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun onun həmsədrlərinin işinə dəstəyini bir daha ifadə edib, amma vurğulayıb ki, konkret nəticələrin irəliləyişin əldə olunması üçün əsas məsuliyyət münaqişə tərəflərinin siyasi rəhbərliyinin üzərinə düşür”. Qeyd olunur ki, ATƏT PA-nın regionda fəaliyyətinə töhfə verməsi üçün G.Sereteli qurumun Cənubi Qafqaz regionu üzrə yeni Xüsusi nümayəndəsini təyin edəcək.

 

Nigar Abdullayeva

Palitra  2018.- 14 sentyabr.- S. 11.