Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri:

 

 siyasi portretlər, hüquqi irs, ədliyyə məhkəmə islahatları

 

Xalqımızın qabaqcıl şəxsiyyətləri,mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

 

Ümummilli lider Heydər Əliyev

 

 

Azərbaycan ədliyyəsi - 100

 

Şərqin və Türk dünyasının sivil və zəngin milli dövlətçilik ənənələrinə malik olan Azərbaycan bu il özünün 100 illik qürurverici əlamətdar tarixini qeyd edir. Bu tarix ona görə şərəflidir ki, ölkəmizin ziyalıları, xalqın yetişdirdiyi ictimai-siyasi xadimlər, dahi şəxsiyyətlər imperiyaların məkrli və təcavüzkar siyasətlərinə baxmayaraq, dünyanın siyasi düzənində özünəməxsus mövqe tutan Şərqin ilk demokratik Respublika (Cümhuriyyət) quruluşlu müstəqil dövlətini yaratmağamilli hüququn təməlini qoymağa nail olmuşlar.

100 illik tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun hüquqi varisi olan müasir dövlətimizin tarixinin, qabaqcıl şəxsiyyətlərinin, hüquq mədəniyyətinin, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin araşdırılması dövlətçilik və hüququn təməl prinsiplərinin qorunub saxlanması, hüquqi ənənələrin yaşadılması, hazırda Avropa ölkələri üçün nümunə olan respublikamızda müasir məhkəmə-hüquq islahatlarının davamlı inkişafı baxımından mühüm önəm kəsb edir. Məhz bu səbəbdən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, “tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır... XX əsr bizim xalqımız üçün faciəli olubdur. Bunu dürüst qeydə almaq, bütün baş verənləri necə olubsa, o cür yazmaq lazımdır. Bütün bunlar bizim xalqın özünü dərk etməsi, həm də müasir siyasətimiz üçün vacibdir”.

Bu gün Cümhuriyyətimizin 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir, bu mühüm hadisəyə ölkə rəhbərliyi tərəfindən yüksək dəyər verilir. Xüsusi vurğulamaq lazımdır ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il mayın 16-da imzalanmış “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda yubileyin respublikamızda dövlət səviyyəsində geniş qeyd edilməsi müvafiq qurumlar qarşısında bir tapşırıq olaraq qoyulub. Sərəncama uyğun olaraq, bu əlamətdar hadisənin təntənəli keçirilməsi Ədliyyə Nazirliyinin kollegiya iclaslarında müzakirə olunub, vəzifələr müəyyən edilərək, müvafiq Tədbirlər Planı təsdiq edilib. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən silsilə tədbirlər təşkil olunur, o cümlədən Ədliyyə Akademiyasında “Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidirmövzusunda geniş elmi-praktiki konfrans keçirilib, tədbirdə xalqımızın çoxəsrlik dövlətçilik və hüquq tarixində Cümhuriyyətin rolundanmühüm xidmətlərindən bəhs olunub.

Bu baxımdan, Cümhuriyyət dövründə Azərbaycan ədliyyəsinin yaşadığı şanlı tarixə, o cümlədən ədliyyə nazirlərinin keçdikləri çətin və şərəfli yola, ölkəmizin milli hüquq sistemindəki islahatlara qısa tarixi ekskurs etməyə çalışacağıq. Eyni zamanda, qeyd olunmalıdır ki, Cümhuriyyət dövründən başlayaraq müasir günümüzə qədər (1918-2018-ci illər ərzində) 100 illik Azərbaycan ədliyyəsinin keşməkeşli tarixi geniş və hərtərəfli araşdırılmalı, o cümlədən Xəlil bəy Xasməmmədovdan cənab Fikrət Məmmədova kimi ədliyyə nazirləri tərəfindən görülən işlər özünün layiq olduğu obyektiv tarixi qiymətini almalıdır. Çünki bu gün ölkəmizdə ədliyyə və məhkəmə sahəsində qazanılan nailiyyətlər məhz Cümhuriyyət dövründə qoyulan təməl prinsiplərin məntiqi davamı və uğurla həyata keçirilən liberal ədliyyə siyasətinin səmərəli nəticəsidir.

Xəlil bəy Xasməmmədov - Cümhuriyyət dövrünün ilkson ədliyyə naziri

"Dövlətimizin siyasi quruluşunun buya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir". (Xəlil bəy Xasməmmədov)

Azərbaycan Xalq Cümhuriyyətinin I və V hökumət kabinetinin ədliyyə naziri Xəlil bəy Xasməmmədov olub. Cümhuriyyət dövrünün ilk (28.05.1918-17.06.1918) və son ədliyyə naziri (24.12.1919-01.04.1920) olmuş Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov1870-ci ildə Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasında orta təhsil almış gələcək nazir 1895-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini bitirib. Xəlil bəy əmək fəaliyyətinə çar Rusiyasının Yekaterinodar (indiki Krasnodar) şəhərində müstəntiq kimi başlayıb, sonra Yelizavetpol (Gəncə) dairə məhkəməsində işləyib.

X.Xasməmmədovun siyasi portreti, heç də rəvan olmayan həyatı və hüquqi irsi, onun tərəfindən aparılan islahatlar bir neçə prizmadan xüsusi maraq doğurur.

Birincisi, Xasməmmədov təkcə hüquqşünas kimi deyil, eyni zamanda görkəmli siyasi və dövlət xadimi kimi nəinki ölkəmizdə, həm də xaricdə böyük nüfuza malik olub. Ona Rusiyanın elitar dairələrində xüsusi hörmətlə yanaşılıb və o, bu nüfuzundan istifadə edərək ölkəmiz üçün mühüm nailiyyətlərə imza atıb. 1907-1912-ci illərdə III Dövlət Dumasında Azərbaycanı təmsil edən yeganə deputat olmuş Xəlil bəy azərbaycanlıların hüquqlarının təmin olunmasına çalışıb, bununla bağlı qanunvericilik təşəbbüsləri irəli sürməklə müvafiq addımlar atıb.

Digər tərəfdən, X.Xasməmmədov Cümhuriyyətin1918-ci il mayın 28-də elan olunan 1-ci hökumət kabinetində ədliyyə naziri, 2-ci kabinetdə əvvəlcə portfelsiz nazir, 6 oktyabr 1918-ci il kabinetdaxili dəyişikliklərdən sonra yenə ədliyyə naziri, 3-cü kabinetdə daxili işlər naziri və 5-ci kabinetdə yenidən ədliyyə naziri vəzifələrində çalışıb. Əslində, Cümhuriyyət dövründə ədliyyə naziri vəzifəsi Qərbi Avropa hüquq sistemindən resepsiya olunmuş bir model idi. Belə ki, Cümhuriyyətin ədliyyə naziri bütövlükdə məhkəmə idarəçiliyi sisteminə rəhbərlik edir, nazir, eyni zamanda Baş prokuror funksiyalarını da həyata keçirirdi. Məsələn, Bakı və Gəncə dairə məhkəmələrinin prokurorlarına ibtidai istintaqın aparılmasına nəzarətin həyata keçirilməsi səlahiyyəti həm də məhz Baş prokuror funksiyalarına malik olan Ədliyyə nazirinin 1918-ci il 8 dekabr tarixli əmri ilə həvalə olunmuşdu.

Bəs Cümhuriyyətin ilk ədliyyə naziriüçün məhz X.Xasməmmədov oldu? Özübir yox, tam üç hökumət kabinetində təmsil olunmuş bu şəxsin özəl olan hansı keyfiyyətləri onu ədliyyə naziri postuna gətirmişdi?

Əvvəla, Xəlil bəy Xasməmmədov məhz Azərbaycanın istiqlaliyyətini hüquqi cəhətdən əsaslandıran ilk dövlət xadimi kimi tarixə düşüb. Belə ki, H. Ağayevin sədrliyi ilə 1918-ci il mayın 28-də Milli Şuranın iclasında X.Xasməmmədov məruzə edərək təxirə salınmadan Azərbaycanın müstəqilliyinin elan olunmasını əsaslandırır. Onun çıxışının nəticəsi olaraq, uzun və hərtərəfli müzakirələrdən sonra Milli Şurada altı bənddən ibarət “İstiqlal bəyannaməsi” (Bu sənəd həmin dövrdə rəsmi olaraq “Əqdnamə” və yaMisaqi-milli” adlandırılırdı-S.M.) qəbul olunur.

Bu mənada Xəlil bəyin ədliyyə naziri vəzifəsinə daha çox mənəvi və faktiki haqqı çatırdı. Həmçinin o, Azərbaycan cəmiyyətində hüquqi islahatların təməlini hələ Dumada faəliyyət göstərən zaman qoymuşdu. Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalarının üzvü idi. Xasməmmədov Duma deputatlarına bəyan edirdi ki, "dövlətimizin siyasi quruluşunun buya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir".

Hələ nazir olmamışdan öncə, müasir terminlə ifadə etsək, Xasməmmədov o dövrün insan hüquqları müdafiəçisi kimi də fəaliyyətini əsirgəməyib. Müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir görülmədiyini Duma üzvlərinin nəzərinə çatdıran X.Xasməmmədov ölkəmizin siyasi müstəqilliyinin, insanların, o cümlədən ayrı-seçkiliyə məruz qalan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması ilə bağlı təməl prinsiplərin müəlliflərindən olub. Bu isə onun təkcə milli səviyyədə deyil, eyni zamanda beynəlxalq miqyaslı hüquqisiyasi fəaliyyətinin bariz nümunəsi idi.

X.Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. Məhz bu qeyd edilənlər gələcək ədliyyə nazirini humanist ideyaların müəllifi olaraq məhkumların hüquqlarını müdafiə edən şəxs kimi təsdiq edən faktlardandır.

Azərbaycanda hələ Cümhuriyyətdən əvvəlki dövr üçün yeni formalaşmaqda olan bələdiyyə institutunun işində Xəlil bəy də yaxından iştirak etmiş, 1913-1917-ci illərdə Yelizavetpol şəhər bələdiyyə rəisi vəzifəsində işləmişdi. Qeyd edək ki, o zaman yerli özünü idarəetmə orqanı olan şəhər dumaları seçkilər vasitəsilə formalaşırdı və müasir Azərbaycan bələdiyyə sistemi kimi kollegial orqan idi. Dumaya şəhər bələdiyyə idarəsinin sədri rəhbərlik edirdi və əsasnaməyə görə sədr ancaq rus milliyyətindən seçilirdi. Maraqlı məsələlərdən biribu idi ki, Xəlil bəy azərbaycanlı olaraq istisna qaydada bələdiyyə sədri seçilmişdi. Dumada iclaslarbütün işlər rus dilində aparılırdı. Xasməmmədov Azərbaycan dilinin rəsmi dil kimi istifadəsinin tərəfdarı olubbu məsələni Dumada dəfələrlə qaldırıb.

X.Xasməmədov ölkəmizin siyasi-diplomatik taleyihüquqi problemləri ilə publisist kimi də məşğul olub. O, 1920-ci ilin aprelində Cümhuriyyətin Türkiyədəki səfiri təyin olunur, lakin onun diplomatik fəaliyyəti çox qısa bir dövrü əhatə edir. Çünki 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən Azərbaycana silahlı təcavüz həyata keçirilir və Cümhuriyyət süqut edir. Bundan sonrakı fəaliyyətini Xəlil bəy Türkiyədə davam etdirir. O, İstanbulda yaşayaraq, siyasi-publisistik fəaliyyət göstərir, bir sıra qəzet və jurnallarda siyasi məzmunlu məqalələr dərc etdirir, yazılarında xalqın siyasi haqları, bərabərlik və ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı mövqeyini ifadə etməkdən çəkinmir.

Daha sonra Xasməmmədov ictimai-siyasi xadim kimi fəaliyyətini davam etdirir, ömrünün sonuna kimi İstanbulda yaşayır və 1945-ci ildə orada vəfat edir. Xəlil bəy İstanbulun Fəri Köy məzarlığında dəfn olunub.

Beləliklə, Xəlil bəy Xasməmmədov100 illik Azərbaycan ədliyyəsinin yaranmasında xüsusi xidmətləri olan ilk ədliyyə naziri kimi tarixə düşən, eyni zamanda Şərqdə və Türk dünyasında özünəməxsus dəst-xətti, milli əqidəsi və böyük nüfuza malik olan ictimai-siyasi və dövlət xadimi olub.

 

(ardı var)

 

Səyyad Məcidov

Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının müəllimi,

hüquq üzrə fəlsəfə doktoru

 

Palitra 2018.- 14 sentyabr.- S.7.