Qəzəl ədəbiyyatda daha çox uğur qazanan janrdır
Müasir dövrdə şairlərin yaradıcılığında daha çox rast gəldiyimiz şeir janrı aşıq poeziyası şəkillərində olan şeirlərdir. Bu janrda qələm sahibləri daha çox yaradıcılıq nümayiş etdirirlər. Qoşma, gəraylı, divani və s. aşıq şeir şəkilləri xalq ruhuna daha yaxındır. Amma klassik şeir formalarından biri olan qəzəl, ədəbiyyatda daha çox uğur qazanan janrlardan biridir. Bu sahədə yaradıcılıq nümayiş etdirən şairlər az-az dünyaya gəliblər. Hazırda da bəzi şairlərin yaradıcılığında qəzəllərə rast gəlmək mümkündür. Bu baxımdan, qəzəllərin dövri mətbuatda çapı və oxuculara çatdırılması da vacibdir. Ənənəvi mediada qəzəlləri çap etdirməklə şairlərin bu sahəyə olan marağını daha da artırmaq olar.
Eşqi
divanəsiyəm növrəstə
cananə görə,
Sağ canı eyləmişəm mən xəstə cananə görə.
Gündüzlər mey nuş edib, gəzirəm meyxanələri,
Oluram başqa cürə həvəsdə cananə görə.
Gecələr şübhə qədər naləvü-əfqan edirəm,
Həzin-həzin deyirəm şikəstə cananə görə.
Bülbülün naləsi ərşü-əlanın bağrın deşir,
Yandırır aləmi o, qəfəsdə cananə görə.
Yeni bir şeri yazım, qələmlə kağız gətirin,
Saz verin bəstələyim, bir bəstə cananə görə.
Öldüyüm vaxt desələr Adilə, gəlir cananın,
Duraram pişvaza
mən, can üstə
cananə görə.
Adil Cəfakeş
Ey könül, sanma ki hər ləhzədə
xoş anım var,
Kimsə bilməz dili-zarımda nə əhzanım var.
Saralıb hicr xəzanıyla
həyatım çəməni,
Həsrəti-vəsl ilə hər dəmdə min əfğanım
var.
Bülbüli-qüdsiyəm, etməm güli-dünyayə nəzər,
Gülşəni-qeybdə bir qönçeyi-xəndanım
var.
Qeyri varım yox ola vəsl
günü qurbanın,
O günün həsrəti
ilə alışan canım var.
Çarəsiz dərdə düçar
etdi məni ayrılığın,
Qalıb ümmid əcələ, qeyri nə dərmanım
var?
Ey Vüsalə, nə edim özgə behiştin fikrin?
Kərbəla tək mənim öz rövzeyi-rizvanım
var.
Vüsalə Vətənxan Mehri
Atdın
məni, ey dilbər, səssizcə çıxıb getdin,
Öldürdüyün insanə fəxr ilə baxıb getdin.
Arxanca gözüm yaşlı, görməzcə dönərkən
sən,
Rəftarın ilə qəlbi bir anda yaxıb
getdin.
Neyçün eləyib peşman
qəlb içrə məhəbbətmi,
İllərcə olan eşqi bir gündə yıxıb getdin.
Mən dağ kimi eşqimlə
qarşında sipər
oldum,
Dəryasayağı məndən leysan tək axıb getdin.
Əfsus
ki, inanmışdım
ömrüm sənə
bağlanmış,
Sənsə bu geniş ömrü
dərd ilə sıxıb getdin.
Qürrənlə baş aldın
sən, divanəliyin tutdu,
Bildim ki, bu yol ilə
əfsus karıxıb
getdin.
Ayrıldı Vüsaləndən həqqin
üfürən ruhu,
Dünyanı görüb tənha, sən də darıxıb getdin.
Vüsalə Vətənxan Mehri
Gizli bir eşq yaşadım, aləmə car oldu nədən?
Elə qəm-qüssə
yedim, ürək bezar oldu, nədən?
.
Nə günah eyləmişəm,
fəsli-bahar içrə
bilim-
Xəzan oldu gülşənim, de,
gülüm xar oldu, nədən?
.
Çox ümid bəsləmiş
idim güləcək
gül bənizim.
Bəs sonda mükafatım dərdi-azar
oldu nədən?
.
Mən ki, əflakidə cövlan eləyən bir günəşəm,
Mənə küskünlərin həp gündüzü
tar oldu, nədən?
.
Bir dəfə güldü mənim gül üzümə, fəsli-bahar,
Bircə yol taleyimə güllər açar oldu, nədən?
.
Soldu ol gül bənizim,
qönçə üzüm
getdi hədər,
Bağı-baxçam yenə viranə diyar oldu, nədən?
.
Eşq ruzigarına saldıqda nəzər yandı canım,
Mənim canıma qənim bu ruzigar oldu,
nədən?
.
Həsrətin eylədiyin bülbülə
bax, gör nə çəkir,
Əfşan da, gül kimi
bir xarə şikar oldu, nədən?
Əfşan YUSIFQIZI
Aqillər söz danışar
söhbəti-cananə kimi,
Cahillər çox çalışar
kəlməni qananə
kimi.
Söz bilən əhli-halın işləri çox zora düşər,
Nadanlar dürr
kəlməsin həqiqi
sananə kimi.
Qurular atəş alıb ətrafa gur şölə verər,
Yaş hələ od
tutuban, alışıb
yananə kimi.
Doğru
yol uğrunda müdam doğru mərdanə durar,
Haqqın
eşqiylə yanar ol şama
pərvanə kimi.
Cəhd
edən əyri işə, salar özün min zillətə,
Titrəyər el yanında incə yarpaq nanə kimi.
Əflatun söz toxuyar bu ikili xilqət
üçün,
Şəninə nəğmə deyər hər biri dürdanə
kimi.
Əflatun Hüseynoğlu
Bu gecə gəl yuxuma bir azca
bizdən danışaq,
Bir zaman alov saçan kül olmuş közdən danışaq.
Bir küçə qoymaz idik sevgimizə yad görünə,
O eşqin bağçasına
yad düşən izdən danışaq.
Mən tutum əllərini-hisslərin
bayram eləsin,
Ar edib ilk dəfədən qızaran
üzdən danışaq.
Sən utan-əy başını
sevdanın vüsal yanına,
Mən baxım
gözlərinə-dinməyən sözdən danışaq.
Vüsala
yetməyəninin ümmanı
səhra kimidir,
Gəl bizə
sirdaş olan səhradan, düzdən danışaq.
Yuxular çin
olarmı, Mehman, özün istəməsən?!
Tut, gətir sevgilini, dəryalı gözdən
danışaq.
Mehman Rasimoğlu
Bilirsən ki, vurğunuyam,
gözlərinə əzəldən,
Baxmaq ilə doymaq olmur sənin
tək bir gözəldən.
Günlər keçir, aylar
ötür, həsrətindən
dən düşür,
Dən düşür, ey sevgilim, bax, saçlarıma gözəl
dən!!!
Ruhum coşur çeşmələr
tək, hər görəndə səni mən,
Həzz
alırıq, biz birlikdə
dinlədikcə qəzəldən...
Bahar ötüb, payız gəlib, gör ey gülüm, təbiət,
Don biçibdir öz əyninə, yenə sarı xəzəldən.
Alqışlayıb söyləyirəm,
şükür sənə
İlahi!
Hüsnün görüb Sədi doymur, yaratdığın
gözəldən.
Sədi Yaradanqulu
Toplayıb tərtib
etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 14 sentyabr.- S.15.