Azərbaycan
Aşıqlar Birliyi VI Qurultayını keçirib
Məhərrəm
Qasımlı yenidən Azərbaycan Aşıqlar Birliyinin
sədri seçilib
Sentyabrın 28-də R.
Behbudov adına Mahnı Teatrında Azərbaycan
Aşıqlar Birliyinin VI Qurultayı keçirilib. AZƏRTAC
xəbər verir ki, qurultayı giriş sözü ilə
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri,
akademik Rafael Hüseynov açaraq aşıq sənəti
haqqında məlumat verib.Azərbaycan Aşıqlar Birliyinin
ilk qurultayının 1928-ci ildə keçirildiyini deyən R.
Hüseynov bu gün altıncı qurultayın
gerçəkləşməsini əlamətdar hadisə
hesab edib. Bildirib ki, aşıq sənəti, həm də
millətin böyük amallarının ifadəsidir. “Sevindirici
haldır ki, Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın aşıq
sənətinə diqqət və qayğısı çox
yüksəkdir. Azərbaycanın aşıq
ensiklopediyası işıq üzü görüb. Mehriban
Əliyevanın səyləri nəticəsində
aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına daxil edilib.Artıq aşıq
sənəti özünün əvvəlki
şöhrətini bərpa etməkdədir. Bu
sənət növü artıq bəşəri sənət
kimi qorunur. Əlbəttə ki, Mehriban xanım UNESCO
ilə əməkdaşlıq etməsə idi, bu
mötəbər qurumun xoşməramlı səfiri
olmasaydı aşıq sənətinin belə bir mötəbər
siyahıda yer alması çatmaq çox çətin
olardı. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs
Siyahısına ölkəmizin 11 nominasiyası artıq daxil
edilib. Üçünün üzərində iş gedir
ki, yaxın zamanlarda reallaşacaq, ikisi də hazırlıq
mərhələsindədir. İnanıram ki, Azərbaycan
dövlətinin daha da güclənməsi ilə bu
sənətin olduqca böyük zirvələri fəth
etməsinin şahidi olacağıq”,- deyə R.Hüseynov
söyləyib.
Sonra Qurultayın mandat
komissiyasının sədri Elxan Məmmədlinin hesabatı
dinlənilib.
Mədəniyyət
naziri Əbülfəs Qarayev Azərbaycan aşıq
sənətinin son illərdəki fəaliyyət
istiqamətlərindən danışıb. Nazir
vurğulayıb ki, ölkəmizin bölgələrində
yerləşən musiqi məktəblərində saz
sənəti öyrədilir, tədris olunur, proqrama daxil
edilir. Bütün bunla bu sənətin gələcək
nəsillər tərəfindən qorunmasına,
yaşadılmasına hesablanmış addımdır.
Nazir qədim,
əbədi mənəvi varlığımız olan
aşıq sənətinə ulu öndər Heydər
Əliyevin yüksək qiymət verdiyini, ümummilli liderin
təşəbbüsü ilə UNESCO tərəfindən
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirildiyini
xatırladıb. Ə.Qarayev ulu öndər Heydər
Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident
İlham Əliyevin ədəbiyyatımıza,
incəsənətimizə, aşıq sənətinə
qayğısından, bir çox aşıqlarımıza
Prezident təqaüdünün verilməsindən
söhbət açıb.
“Aşıq
sənəti xalqımızın mədəni, mənəvi
həyatı, dünyagörüşü, yaşayış
tərzi ilə vəhdət təşkil edərək daim inkişaf
edən bir xalq sənətidir. Xalqımızın
digər irs nümunələri kimi saz-söz
sənətimizə də dövlət səviyyəsində
diqqət və qayğı göstərilir, bu sənət
inkişaf etdirilir və dünya səviyyəsində
təbliğ olunur. Dövlət
başçısının bu sahəyə diqqəti, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi
səyi nəticəsində aşıq sənəti UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, -
deyə Ə.Qarayev söyləyib.
Əməkdar Elm Xadimi
Məhərrəm Qasımlı çıxış
edərək rəhbərlik etdiyi qurumun son illər
gördüyü işlərdən danışıb. Vurğulayıb
ki, son illər ölkəmizdə aşıq sənətinin
qorunması, gələcək nəsillərə
ötürülməsi, araşdırılması, inkişaf
etdirilməsi, gənclərin bu sənətə
istiqamətləndirilməsi yönündə dövlət
tərəfindən mühüm işlər
görülür. Sözsüz ki, bu işlərin
ardıcıl və sistemli şəkildə
aparılmasında Azərbaycan Aşıqlar Birliyinin
üzərinə böyük məsuliyyət
düşür. Natiq deyib ki, son dövrlər
milli-mənəvi dəyərlərimizə, o
cümlədən də aşıq sənəti ilə
bağlı olan tarixi dəyərlərimizə
ölkəmizdə böyük həssaslıqla
yanaşılır və qayğı göstərilir. 2009-cu
ildə aşıq sənəti Azərbaycan xalqına
məxsus bir inci kimi dünya sənət şedevrləri
sırasında - UNESCO-nun qeyri-maddi-mədəni irs üzrə
Reprezentativ Siyahısına daxil edildi. Bu Azərbaycan
dövlətinin, Azərbaycan Prezidentinin, Birinci vitse-prezident
Mehriban Əliyevanın çox böyük diqqət və
qayğısı nəticəsində baş verdi.
Bildirib ki, bu gün
aşıq sənəti bir dövlətçilik atributu kimi
diqqət mərkəzindədir. Bu sənət
dövlətçiliyə bağlı olan sənətdir.
Xalq şairi Nəriman
Həsənzadə və digər şəxslər
çıxış edərək qurultayın
əhəmiyyətindən söz açıb, aşıq
sənətinin humanitar mədəniyyət
strategiyasındakı rolunu vurğulayıblar.
Qurultayda Əməkdar
Elm Xadimi Məhərrəm Qasımlı səsvermə yolu
ilə yenidən Azərbaycan Aşıqlar Birliyinin sədr
seçilib.
Sonda qurultay
iştirakçıları adından Azərbaycan Prezidenti
İlham Əliyevə müraciət qəbul edilib.
Nigar
Palitra.-2018.-29
oktyabr.-S.15.