Orfoqrafiya Komissiyası: "Layihə ilə bağlı bəzi tənqidlər
qeyri-elmidir, professional
deyil"
“Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Orfoqrafiya Komissiyası və Dilçilik
İnstitutu Azərbaycan dilinin 69 maddədən ibarət yeni
orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Akademiyanın
ictimaiyyətə təqdim etdiyi və mediada müzakirəyə
çıxarılan orfoqrafiya
qaydalarının layihəsidir”.
Bunu APA-ya
AMEA-nın vitse-prezidenti, Orfoqrafiya
Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli
deyib.
Akademikin sözlərinə görə, geniş ictimaiyyətin, Orfoqrafiya Komissiyasının üzvü olmayan şəxslərin fikri onlar üçün çox böyük əhəmiyyətə malikdir: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.
İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr
davam etdiriləcək və fevralın əvvəllərində
təkmilləşmiş variant
hazırlandıqdan sonra təsdiqlənməsi
üçün Nazirlər Kabinetinə
göndəriləcək.
Qeyd edək ki,
AMEA-nın Orfoqrafiya Komissiyası və Nəsimi
adına Dilçilik İnstitutu
tərəfindən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi
hazırlanıb. Layihə AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində
keçirilən iclasında müzakirə olunub.
Nigar.
Palitra 2018.- 17 yanvar.- S.6.