“Müstəqillik tariximizlə bir daha qürur duyduq

 

Seyran Mirzəzadə: “May ayında Azərbaycan və Monteneqronun tanınmış tarixçilərinin iştirakı ilə elmi konfransın keçirilməsi nəzərdə tutulur

 

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xaricdə yaşayan soydaşlarımız da bir sıra tədbirlər keçirməyə hazırlaşırlar. Bu istiqamətdə Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzi tərəfindən də bir neçə tədbirin keçirilməsi nəzərdə tululub. Mərkəzin direktoru Seyran Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin yubiley tərbirləri bağlı planlarını qəzetimizə açıqlayıb.

-2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsinin nə kimi tarixi əhəmiyyəti var?

-Keçmişini unudan millət gələcəyini itirər və keçmişdəki uğursuzluqlarını təkrarlamağa məhkumdur, deyirlər. Bu baxımdan, təbii ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi xəbəri bütün soydaşlarımız və həmvətənlərimiz kimi, bizisevindirdi, 100 illik müstəqillik tariximizlə bir daha qürur duyduq. Şərəfli tariximizlə, nailiyyətlərimizlə qürur duymaq mənəvi haqqımız olduğu kimi, keçmişimizi nəinki unutmamaq, əksinə, ən azından bu günümüz və gələcəyimiz naminə sətir-sətir öyrənmək, səhvlərimizdən üzülərək nəticə çıxarmaq, onları təkrarlamamaq üçün düzgün təhlil etmək də mənəvi öhdəliyimizdir. Bu, həm də o çətin tarixi şəraitdə həyatları bahasına bizə müstəqillik və azadlıq hislərini bəxş etmiş fədakar, dəyərli və tarixi şəxsiyyətlərimizin, mütəfəkkirlərimizin ruhları qarşısında borcumuzdur.

1918-ci il mayın 28-də o zaman üçün inqilabi sayıla biləcək demokratik dəyərlər üzərində müsəlman Şərqində ilk parlamentli respublikanın, dövlətin qurulması xalqımızın böyüklüyünü, azad və mütərəqqi düşüncəli olmasını göstərməklə yanaşı, həm də birmənalı şəkildə cəsarət və qətiyyətinin bariz örnəyidir. Cənab Prezidentin də vurğuladığı kimi, qısa müddət mövcud olmasına baxmayaraq, o zaman dövlət quruluşunda ülvi demokratik dəyərlər nəinki təsbit edilmiş, eyni zamanda praktik şəkildə həyata keçirilmişdir. Sözsüz ki, müasir dövlətçiliyimizin bu qədər möhkəm olmasında, 100 il bundan əvvəl qoyulmuş sağlam təməl də az rol oynamamışdır.

-Şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə xarici ölklərdə saysız tədbirlər keçiriləcək. Bu tədbirlərdə, sizcə, əsas nəyə diqqət olunmalıdır?

-AXC-nin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə, təhlillərdə, zənnimcə, Avropadakı diaspor təşkilatlarımız daha bir vacib amilə də xüsusi diqqət yetirməlidirlər. Müsəlman Şərqində ilk parlament respublikasının yaradılması qədim dövlətçilik ənənələrimizdən qaynaqlandığı kimi, özlərini bu gün demokratiya beşiyi hesab edən bəzi Qərb ölkələrində o zamanlar şifahi müzakirəsi belə, qadağan edilən plüralizm, bərabərlik, seçki hüquqları, qadınların hüquqları kimi əsas insan hüquq və azadlıqlarının AXC-nin əsas dövlətçilik prinsipləri kimi qəbul edilməsi və qorunması xalqımızın nə qədər uzaqgörən, mütərəqqi və istedadlı olmasının göstəricisidir.

Bədnam qonşularımız olmayan tarixlərini, saxta dəyərlərini şişirdib digər xalqların gözünə soxmağa çalışdığı halda, biz layiq olduğumuzhaqq etdiyimiz həqiqi dəyərlərimizi təbliğ etmək üçün daha çox çalışmalıyıq.

AXC-nin demokratiya prinsiplərini praktik tətbiq etməklə o dövrdə Avropanın belə, bir sıra böyük dövlətlərinə nümunə olmasından danışarkən bir epizodu xatırladım. 2001-ci ilin yanvar ayının əvvəlləri idi. Yanvarın sonunda Azərbaycanın Avropa Şurasına qəbul edilməsi gerçəkləşəcəkdi. Ümummilli lider Heydər Əliyev, sonrakı illərdəki fəaliyyətindən hamımızın yaxşı tanıdığı Andreas Qrossun da daxil olduğu bir nümayəndə heyəti ilə görüşündə qarşı tərəfin demokratiya ilə bağlı fikirlərinə cavab olaraq zarafatyana da olsa dediyi müdrik sözlərini sonrakı gün dərc olunan qəzetdən köçürmüşdüm: “Mən son 4-5 ayda gələn nümayəndə heyətlərindən, o cümlədən sizdən demokratiya haqqında çox “mühazirələrə” qulaq asıram. Mən başa düşürəm ki, siz hamınız demokratiyanın professorlarısınız. Amma bizbirinci sinifdə deyilik. Bizim demokratiyanın tarixi haqqında da, özü haqqında da kifayət qədər təsəvvürümüz vardır. Mən hesab etmirəm ki, sizdemokratiya sahəsində dağın zirvəsinə çatmısınız. Sizə görə, bəlkə, biz dağın ətəyində görünürük. Amma hələ siz də getməlisiniz”.

Bu müdrik sözlər demokratiyanı əsas dəyər kimi İstiqlal bəyannaməsində təsbit edən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası Prezidentinin tarixi sözləridir və o sözləri, təşkilata qəbul ərəfəsində olmağımıza baxmayaraq, hər kəsin üzünə cəsarətlə demək üçün Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və xalqımızın dövlətçilik ənənələri mənəvi, hüquqi əsas verirdi. Sonradan həmin nümayəndə heyətinin bəzi üzvlərinin, o cümlədən bəzi təşkilatların ölkəmizə qarşı nümayiş etdirdikləri qərəzli mövqe fonunda bu sözlərin böyük tarixi və fəlsəfi mənası vardır. Xüsusilə nəzərə alsaq ki, bu gün bəzi Qərb ölkələri demokratiyanı proses deyil, təsir aləti kimi başa düşürlər. Əminəm ki, il ərzində xalqımızın malik olduğu yüksək milli və ümumbəşəri dəyərləri daha geniş şəkildə tanıtmağa nail olacağıq.

-Bəs Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzinin AXC-nin yubiley tədbirləri ilə bağlı hansı planları var?

-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü kimi əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamını əsas götürərək, il ərzində Monteneqroda da müvafiq tədbirlərin görülməsi, daha konkret desək, məqalə və müsahibələrin dərc olunması, may ayında hər iki ölkənin tanınmış tarixçilərinin iştirakı ilə “Azərbaycan və Monteneqro üçün I Dünya müharibəsinin nəticələri” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur. Həmin dövrlərdə Azərbaycan və Monteneqro xalqları bənzər tarixi hadisələr yaşadığından konfransın böyük diqqət cəlb edəcəyinə inanırıq.

 

Fuad Hüseynzadə

Palitra  2018.- 18 yanvar.- S.7.