Qarabağ həqiqətləri ilə bağlı sosial şəbəkələrdə aktiv təbliğat kampaniyaları aparmaq lazımdır”

 

Uğur Əfəndiyev: “Bu gün bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın apardığı terrorizm və işğalçılıq siyasəti pislənilir”

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istər ölkə daxilində, istərsə də xaricdə yaşayan hər bir azərbaycanlının istək və arzusudur. Ən vacib məqam isə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. MüsahibimizUğur Əfəndiyev də xaricdəki soydaşımız olaraq bu arzu ilə yaşayır. Ermənistan tərəfindən işğal olunmuş Füzuli rayonunda 1973-cü ildə anadan olan Uğur Əfəndiyev hazırda Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yaşayır.Diaspor sədri olaraq aktiv fəaliyyət göstərir. Qeyd edək ki, Uğur Əfəndiyev 1989-cu ildə orta məktəbi bitirib, 1989-cu ildə Azərbaycan İnşaat Mühəndislər Universitetinə daxil olub. 1994-cü ildə həmin universiteti bitirərək 1996-cı ildə Perm vilayətinə gedib. 2014-cü ildəÜmumrusiya Azərbaycanlıları Konqresinin Solikamsk şəhər üzrə rəhbəri vəzifəsinə təyin olunub.

-Hazırda dünya ölkələri dərəcədə erməni yalanlarına inanır?

-Harada yaşamağımızdan asılı olmayaraq Qarabağ bizim ana mövzumuzdur. Bu gün dövlətimiz üçün Dağlıq Qarabağ məsələsi prioritetdir. Prezident İlham Əliyev, o cümlədən digər rəsmilər xarici ölkələrdə öz çıxışlarında bu münaqişəni qabardır, Ermənistanın işğalçılıq siyasəti haqqında danışırlar. Dövlət başçısı dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından dünya dövlətlərini, təşkilatları münaqişənin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır. Bizlər xaricdə yaşayan azərbaycanlılar olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ermənistan bu gün beynəlxalq aləmdə imitasiya edir, özünün yalanlarına dünyanı inandırmağa çalışır. Amma artıqməzlum ermənipərdəsi yırtılıb. Dünya bu yalanlara inanmır.

Bu gün bir çox beynəlxalq təşkilatlartərəfindən Ermənistanın apardığı terrorizm işğalçılıq siyasəti pislənilir. Ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti törətdiyi terrorlar bunu sübut edir. Ermənilər bu kimi əməlləri ilə keçmişləriniləkələyiblər. Bu gün erməni tarixçiləri qədər uydurma faktlardan istifadə edərək özlərini təmizə çıxarmağa çalışsalar da, istəklərinə çata bilmirlər. Artıq tarixçilər erməni yalanlarını ifşa edirlər. Hətta rus tarixçilər belə, bu baxımdan araşdırmalar aparırlar. Maraqlıdır ki, ermənilər bu istiqamətdə araşdırma aparan alimlərə mane olmağa çalışır, onların kitablarını çap etməsinə qarşı çıxırlar. Amma yenə cəhdləri boşa çıxır.

-Rusiyadakı azərbaycanlıların diaspor fəaliyyəti barədə deyə bilərsiniz?

-Rusiyada yaşayan azərbaycanlıların diaspor haqqında geniş danışmaq olar. 100 min əhalisi olan Solikamsk şəhərində 1000-ə yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti diaspor fəaliyyətində yaxından iştirak edir.

Biz Azərbaycanda gedən bütün prosesləri buradan diqqətlə izləyirik. Dövlətimizin yaxından tanınması üçün əlimizdən gələni əsirgəmirik. Bütün milli bayramlarımızı yüksək səviyyədə qeyd edirik. Bütün tədbirlərə yerli hökumət orqanları yerli əhali dəvət olunur canla-başla iştirak edirlər. Tariximizi yaxından tanımağa maraq göstərirlər. Əsas fəaliyyətimiz burada yaşayan həmyerlilərimizin hüquqlarını qorumaq, Azərbaycan həqiqətlərini geniş kütləyə çatdırmaqdır. Düzdür,işlərimizdəçətinliklərimiz var, ötən ilÜAK-ın fəaliyyətinindayandırılmasına baxmayaraq, biz öz fəaliyyətimizi davam etdiririk. Həmyerlilərimizin problemlərini həll etmək üçün yerli hakimiyyət orqanları ilə təmasda oluruq. Azərbaycandan uzaqda yaşasaqda biz hər zaman ölkəmizlə fəxr edirik. Ulu öndərimizin sözü ilə desək,“Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

 

-25 ildən artıqdır torpaqlarımızı işğal altında saxlayan Ermənistana bu gün beynəlxalq birlik tərəfindən ciddi iradlar tutulmur. Uzun illər xaricdə yaşayan bir azərbaycanlı kimi bunu necə dəyərləndirirsiniz?

-Azərbaycan, üzərində ikili standartları ən çox hiss edən ölkədir. Bütün Qərb Avropa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə , Dağlıq Qarabağdakı separatçı rejimə son qoyulmasına, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına laqeyd yanaşır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, bu qətnamələrin yerinə yetirilməsi üçün heçnə etməyən Ermənistana, təəssüf ki, heç bir təzyiq göstərilmir. Bu istiqamətdə dövlətimiz tərəfindən aparılan böyük işlər danılmazdır. Bu işdə diasporun da rolu, əlbəttə ki, var. Əsasən 2016-cı il aprel döyüşlərindən sonra bütün dünya anladı ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə qaytarmağa qadirdir bütün xalqımız, içində, əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar da olmaqla, hörmətli Prezidentimiz Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək bunu sübut etdi.

-Qarabağ həqiqətlərinin yayılması üçün hansı effektiv yollardan istifadə olunmalıdır?

-Əvvəla, bu baxımdan xaricdəki azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür. Biz Qarabağ münaqişəsini özümüzə yox, özgələrə təbliğ etməliyik. Tədbirlərimizdə, yaşadığımız ölkələrin yerli xalqının olmasına üstünlük verməliyik. Daha çox əcnəbilərin marağını cəlb edəcək layihələr icra olunmalıdır. Yəni kimsəni məcbur etmək olmaz ki, bu məsələyə maraq göstərsin.

Tarixdə bir çox xalqlara qarşı soyqırımları edilib. Onlarla ortaq layihələr keçirib bizim də soyqırımlarınparalel təbliğatını aparmaq olar. Hazırda yəhudi diasporunun, bu baxımdan biz xarici ölkələrdə dəstəyini görürük. Xüsusən, Azərbaycandan gedən yəhudilər Qarabağ münaqişəsinin, Xocalı soyqırımının tanınmasında aktivlik göstərirlər.

Bildiyimiz kimi,“internet dövrüdür”. Qarabağ həqiqətlərinin təbliğat işində hədəflərə çatmaq üçün informasiya kommunikasiya texnologiyalarının imkanlarından da geniş istifadə etmək olar. Bu işdə İKT ən əlverişli vasitədir. Böyük bir insan kütləsinin günlərlə edəcəyi işi internetdə aparılan ifşaedici kampaniya ilə bir an içində etmək olar. Əsasən, sosial şəbəkələrdə təbliğat işini gücləndirmək lazımdır. Rusiyada əhali daha çoxVkontaktesosial şəbəkəsindən istifadə edir. Bu sosial şəbəkədə də Qarabağ həqiqətləri ilə bağlı aktiv təbliğat kampaniyaları aparmaq lazımdır. Ümumiyyətlə, bu kimi təbliğatların aparılmasının əcnəbi dillərdə olması vacib amildir.

Bütün bu işlərlə yanaşı, praktik addımlar da atılmalı, xaricdəki hər bir soydaşımız yaşadığı ölkənin rəsmiləri ilə mütəmadi görüşlər keçirməlidir. Əsasən, Xocalı soyqırımının tanınması üçün danışıqlar gücləndirilməlidir.

-Bu günlərdə 1918-ci il 31 mart soyqırımının 100 illiyi ilə bağlı dövlət başçısı sərəncam imzalayıb. Bu istiqamətdə xaricdə hansı işlər görülməlidir?

-Bu il ölkəmiz və xalqımız üçün iki mühüm hadisənin yüz illiyidir. Prezident İlham Əliyev öncə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İlielan olunması ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyəti bizim tariximizin qürurla yazılan səhifəsidir. Bu haqda danışanda biz, həqiqətən, fəxr edirik. Bizbir diaspor üzvü olaraq 28 May-Respublika Günü ilə bağlı yubiley tədbirlərinə hazırlaşırıq.

Eyni zamanda siz qeyd etdiyiniz kimi, 31 mart 1918-ci ildə erməni daşnaklarının törətdiyi soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi də önəmlidir. Bununla bağlı beynəlxalq aləmə səs salmaq lazımdır. Azərbaycanın soyqırımına məruz qaldığını silsilə təbliğat kampaniyaları aparmaqla göstərmək olar.

-Gələcək planlarınız nədən ibarətdir?

-Hər il olduğu kimi, bu ilbiz bayramlarımızı; Novruz, Ramazans. yüksək səviyyədə keçirməyi planlaşdırırıq, müəllimlər arasında müsabiqə keçirib, Azərbaycanı tanıtmaq məqsədi ilə qalibi Bakıya göndərəcəyik, uşaq, qocalar evlərinə, xəstəxanalara yardımlar edəcəyik və s. Bu artıq ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Biz bu sözləri şüar kimi qəbul etmişik. Dövlətimizin, Prezidentimizin bizim diaspor olaraq qarşımıza qoyduğu bir çox məsələlər varbiz bu işləri görmək üçün canla-başla çalışacağıq. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamını əsas tutaraq tədbirlər keçirəcəyik. Ayrıca 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə bağlı təbliğat kampaniyasının aparılması nəzərdə tutulub.

 

Fuad Hüseynzadə

 

Palitra 2018.- 27 yanvar.- S.11.