“AITF” sərgisi artıq diqqəti işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcək

Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisi qapılarını ziyarətçilərin üzünə açıb. Bu il “AITF” sərgisi Dövlət Turizm AgentliyiMilli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının KiçikOrta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.

Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyi sədri Fuad Nağıyev “AITF” sərgisinin 18 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini vurğulayıb. Qeyd edilib ki, “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Belarus, Bolqarıstan, Çex, Çin, Dominikan, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Milliregional stendlərdə kurortsanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışacaqlar. Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr arasında seçilmək və öz turizm istiqamətini daha parlaq şəkildə təqdim etmək məqsədilə “AITF 2019” sərgisinin sponsoru qismində çıxış edir.

Onun sözlərinə görə, Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında “AITF” sərgisinin daşıdığı əhəmiyyət danılmazdır. Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edəcək. Azərbaycanın turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini nümayiş etdirəcək. “AITF 2019” sərgisinin iştirakçıları üç gün ərzində öz təklifləri ilə yay və qış turizm mövsümlərini əhatə etməklə, turizm xidmətlərinin bütün spektrini görə biləcəklər.

Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il də “AITF” sərgisində təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları, ov və balıqçılıq və bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olanTibbi və Sağlamlıq Turizmi” çərçivəsində Belarus, Bolqarıstanı, Çex, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri iştirak edirlər.

Qeyd edilib ki, “AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər ərzində müxtəlif görüşlər, seminarlar və təqdimatlar təşkil ediləcək. 2019-cu il Azərbaycanda “Nəsimi ilielan edilib. Azərbaycan poeziyasının ilk incilərinin müəllifi olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası və Azərbaycan ədəbi dilinin banisi hesab edilir. Bu münasibətlə sərginin üç günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət” etmək və bununla da dahi şairin əziz xatirəsini yad edərək Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq imkanı yaradılacaq.

Sərginin regional direktoru Edvard Stroon bildirib ki, builki sərgini fərqləndirən cəhət onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus” sərgisi ilə eyni platformada keçirilməməsidir.

Marketinq araşdırmaları apararaq və eksponentlərin müraciətlərini nəzərə alaraq sərgi təşkilatçıları “HOREX Caucasus” sərgisini qida və qablaşdırma mövzusuna həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər. Beləliklə, bundan belə sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi bütün diqqəti gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına yönəldəcək. Ölkəyə gələn turist axınının artması, Azərbaycanda müxtəlif irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi və beynəlxalq əlaqələrin inkişafı fonunda bu mövzunun aktuallığı heç bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər, eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerlixarici mütəxəssislərin, o cümlədən dövlət strukturlarının görüş yeridir.

KiçikOrta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ənənəvi olaraq keçirilən bu sərgi turizm sənayesində mövcud çağırışların öyrənilməsi baxımından əlverişli platforma rolunu oynayır.

Qeyd edək ki, sərgi aprelin 6-dək davam edəcək.

Nigar

Palitra  2019.- 5 aprel.- S.10.