Şərabçılıq
ənənələri bərpa edilir: ixrac artacaq
Ölkələrin milli iqtisadiyyatlarında kənd təsərrüfatı məhsullarının istehsalının və əldə edilən dəyərin əhəmiyyəti getdikcə artmaqdadır. Hətta bəzi məhsulların emalından yaranan əlavə gəlirlər əsas məhsuldan daha artıq qazanc gətirməyə başladı. Buna misal olan əkinçilik məhsullarından biri də üzümdür. Dünyada şərab istehsal edilən coğrafiya qiymətləndirildikdə, bunun üçün əlverişli torpaqlarımızın olması da bizim üçün bir üstünlükdür. Dünyada ən çox istehlak edilən içkilər arasında yer alan şərab məşhur markaları ilə də tanınır. Bir çox meyvənin fermentasiyası nəticəsində istehsal edilən, spirtli içki olan şərab, bir çox ölkələrdə istehlak edilməkdədir. Ən çox tanınan üzüm şərabı qlobal bazarda “su kimi” istifadə olunur. Şərab, qırmızı, ağ və çəhrayı kimi ətirli ətir və meyvələrə görə fərqlidir. Tərkibində saxladığı şəkər nisbətinə görə təsnifatlandırılan şərablar üzümdən istehsal edilmirsə ona meyvə şərabı deyilir.
Ölkəmizdə üzümçülüklə yanaşı, şərabçılığın da tarixi də uzun illərə dayanır. Son illərdə bu sahənin inkişafı istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısı bildirib ki, 2004-cü ildə 55 min ton üzüm yığılıb, keçən il 167 min ton, yəni, 3 dəfə çox və burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır: “Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.
Qeyd edək ki,
ölkə başçısının sərəncamı
ilə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında
şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Statistik məlumatlar göstərir ki,
keçən əsrin 80-ci illərində respublikada
210 şərab zavodu və şərabçılıq
məntəqələri sistemində 151 mindən artıq fəhlə
və mütəxəssis işləyir, 56 adda
şərab, 10 adda konyak,
4 adda şampan şərabı
və digər məhsullar istehsal edilirdi. İqtisadi və sosial əhəmiyyəti
nəzərə alınaraq, ölkədə şərabçılığın
yeni inkişaf mərhələsinə
keçirilməsi qarşıda duran əsas
hədəflərdən biridir. 2016-cı
ildə Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) dəstəyi ilə şərab və şərabçılıq
məhsulları istehsalçıları və
ixracatçıları arasında fəaliyyətin əlaqələndirilməsi
məqsədilə Azərbaycan Şərab
İstehsalçıları və
İxracatçıları Assosiasiyası yaradılıb. Həyata
keçirilən tədbirlər nəticəsində şərab
və şərabçılıq məhsullarının
istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb ki, onun da
375 min dekalitri ixrac edilib. Belə ki, ölkəmizdən şərab məhsulları,
əsasən, Rusiyaya (338 min
dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.
Dünyada hər il 2,7 milyard
dekalitrdən artıq üzüm şərabı istehsal
edilir
İstehlakçıların sevimli içkisi olan şərab qədim tarixi ilə də maraq doğurur. Son illər Gürcüstanın arxeoloqlarının Avropa və Şimali Amerikalı tədqiqatçıları ilə birgə Tbilisidən 50 km cənubda yerləşən iki kənddə apardığı tədqiqatlarda aşkar edilmiş e.ə 6000-ci ilə aid olan küpələrdə dünyanın ilk şərab istehsalına aid sübutlar ortaya çıxıb. Bu tapıntı üzüm şərabının istehsalının məlum olduğundan min il əvvəl başladığını göstərir. Son kəşfə qədər dünyanın ən qədim şərab istehsalı 7 min öl öncəyə hesablanırdı. 1968-ci ildə İraqın şimalındakı Zaqros dağlarında aşkar edilən 6 ədəd küpə üzərində aparılan kimyəvi analizlər nəticəsində keramikada şərab qalıqları aşkarlamışdı. Gürcüstandakı yeni kəşf şərab istehsalını məlum tarixdən təxminən min il əvvələ aparır.
46 ölkənin, o
cümlədən Azərbaycanın da üzv olduğu Beynəlxalq
Üzümçülük və Şərabçılıq
Təşkilatının (OİV) məlumatına görə,
dünyada hər il
2,7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal
edilir. Ən çox
şərab istehsal edən ölkələr
İtaliya, Fransa, İspaniya, ABŞ, Avstraliya,
Argentina, Çin, CAR,
Çili, Almaniya və
Portuqaliyadır. Son dövrdə şərab
istehsalında 1-2% civarında azalma
müşahidə edilir. Beynəlxalq tədqiqatların
əksəriyyətində bunun səbəbi
kimi dünyada baş verən kəskin iqlim
dəyişiklikləri göstərilir. Dünya
üzrə şərab və şərabçılıq məhsullarının
ixracı təqribən 1 milyard dekalitr təşkil edir.
Ən çox məhsul ixrac
edən ölkələr isə İspaniya,
İtaliya, Fransa, Çili, Avstraliya, CAR,
ABŞ, Almaniya, Portuqaliya,
Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Eyni zamanda,
son onillikdə Almaniya,
Böyük Britaniya,
ABŞ, Fransa, Çin,
Kanada, Rusiya, Niderland, Belçika, Yaponiya, İsveç və
İsveçrə yüksək idxal həcmləri
ilə seçilir. Şərabın orta qiyməti, mənşə ölkəsindən
asılı olaraq, kifayət qədər
fərqlidir. Belə ki,
dünyanın əsas şərab ixracatçısı olan Fransadan ixrac edilmiş 1 ton şərabın (HS 2204) orta
FOB qiyməti təqribən 6,3 min dollar, İtaliyada 3 min dollar, İspaniyada
1,3 min, Çilidə 2 minr,
Avstraliyadan 1,7 min, ABŞ-da 4,1 min , habelə
Gürcüstanda 3 min,
Moldovada 0,8 min,
Türkiyədə 2,4 min, Rusiyada 1,1 min, Belarusda 1,9 min və
Qazaxıstanda 3,2 min dollar
olduğu halda, Azərbaycandan
ixracda bu göstərici
1,2 min dollar təşkil
edib.
Türkiyə
istehsalı və ixracı artırmağı hədəfləyir
Dünyanın ən böyük üzüm istehsalçılarından olan Türkiyədə şərab ixracının çox aşağı olduğunu deyən Ege Təzə Meyvə - Tərəvəz İxracatçıları Birliyi İdarə heyətinin başçısı Hayrettin Uçak, Türkiyədə şərab ixracının inkişafa açıq bir sektor olduğunu bildirib. Urlada fəaliyyət göstərən Urla Şərabçılığını ziyarət edən H. Uçak, Fransanın ildə 15 milyard dollarlıq şərab ixrac etdiyini, Türkiyədən daha kiçik olan Çilinin şərab ixracından illik 2 milyard avro gəlir əldə etdiyini söyləyib: “Türkiyədə şərab istehsal olunan 120 fərqli üzüm növü var. Bu sektora dəstək olduğumuz təqdirdə hazırkı 10 milyon dollar səviyyəsində olan ixracını milyard dollar səviyyəsinə qısa müddətdə çıxara bilərik. İzmirdə xüsusilə, Urla və ətrafında şərab sektoru ilə əlaqədar bir ekosistem yarandı. Bu ekosistem önümüzdəki dövrdə ixracımızda sürətli bir artım təmin edəcək”. Urla Şərabçılığın İdarə heyətinin sədri Can Ortabaş 18 il ərzində Anadoluya aid çeşidlərin və yerli üzümlərinin seçilərək yetişdirildiyini, illik 300 min şüşə istehsal etdiklərini deyib. Hazırda 10 çeşiddə şərab istehsal etdiklərini, Urla Karasının Dünya Üzüm Atlasına daxil olduğunu və Urla Şərabçılıq Bağlarına təxminən 100 min ziyarətçi gəldiyini qeyd edib. 2018-ci ildə Türkiyədə 51 firma, 27 ölkəyə 10 milyon 225 min dollarlıq şərab ixrac edərkən ilk sıranı 1,8 milyon dollar ilə Şimali Kipr Türk Cümhuriyyəti alıb. Belçika 1,6 milyon dollar dəyərində türk şərabını seçsə də, İngiltərə 1,5 milyon dollar şərab ixracatı ilə zirvənin üçüncü pilləsində yer alıb.
Bu il
Rusiyanın 3 şəhərində Azərbaycan ticarət və
şərab evlərinin açılması gözlənilir
Ölkəmizdə
də bu sahənin inkişafı ilə bağlı təsdiqlənən
Dövlət Proqramının məqsədi də şərab
və şərabçılıq məhsullarına tələbatın
ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat
imkanları nəzərə alınmaqla ödənilməsi,
şərab istehsalı müəssisələrinin fəaliyyətinin
genişləndirilməsi və müasir texnologiyalar əsasında
qurulması, xammal təminatının
yaxşılaşdırılması, şərabçılıq
məhsullarının ixracının artırılması və
kənd əhalisinin məşğulluq səviyyəsinin
yüksəldilməsi üçün ölkədə
üzümçülüyün və şərabçılığın
inkişafını stimullaşdırmaqdan ibarətdir.
Dövlət Proqramının icrasından gözlənilən
nəticələrə əsasən şərabçılıq
müəssisələrinin istehsal potensialından maksimum səviyyədə
istifadə etməklə ölkədə şərab
ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq.
Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, cari
ildə Rusiyanın 3 şəhərində Azərbaycan ticarət
və şərab evlərinin açılması gözlənilir.
Belə ki, bu il Rusiyanın Moskva, Sankt-Peterburq və
Yekaterinburq şəhərlərində “Azərbaycan Ticarət
Evi” və şərab evlərinin açılması nəzərdə
tutulur. Nazir qeyd edib ki, gələcəkdə Rusiyanın digər
şəhərlərində də ticarət və şərab
evlərinin açılması planlaşdırılır:
“Rusiyada yaradılacaq Azərbaycan ticarət və şərab
evləri yerli məhsulların tanıdılması və
ixracın artırılması istiqamətində fəaliyyət
göstərəcək”.
Nigar Abdullayeva
Palitra 2019.- 5
aprel.- S.5.