BMT qərargahında işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyətindən danışılıb

 

Aprelin 9-da BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfrans təşkil edib. AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və tədbirin həmtəşkilatçısı olan BMT-nin Sülh Universitetinin rektoru Fransisko Roxas Aravena açılış nitqləri ediblər.

Fransisko Roxas Aravena çıxışında təmsil etdiyi ali təhsil ocağının humanizm, beynəlxalq hüquqsülhün təbliği istiqamətində göstərdiyi akademik fəaliyyətə toxunub. O, davamlı inkişaf üçün sülhün ən vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, eyni zamanda, işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyəti barədə danışıb.

Beynəlxalq konfrans işçi sessiyalarla davam edir. Birinci sessiyada münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin onun insan hüquqları üzərində təsirlərinin aradan qaldırılması ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivə müzakirə edilir. İkinci sessiyada isə münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlə bağlı üçüncü tərəflərin öhdəliklərindən bəhs ediləcək bu xüsusda Azərbaycanın, eləcə bir sıra digər ölkələrin üzləşdiyi problemlər iştirakçıların diqqətinə çatdırılacaq.

 

“Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması üçün səylər daha da gücləndirilməlidir”

Yeri gəlmişkən, AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva birgə müzakirələr zamanı qrup adından çıxış edib (AZƏRTAC).O deyib ki, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün üzv ölkələr səylərini daha da genişləndirməli, fəaliyyətlərini sürətləndirməlidirlər. O, bütün üzv ölkələri əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna daha çox diqqət ayırmağa çağırıb.

Deputat bildirib ki, Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi qadınlara səlahiyyət verilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə hələ çox işlərin görülməsinə böyük ehtiyac var. Gender bərabərliyi təkcə təməl insan hüquqlarından biri deyil, həm sülhün hökm sürdüyü, çiçəklənən dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməli olduğunu vurğulayan deputat Davamlı İnkişaf Məqsədlərində gender amilinə xüsusi diqqət verildiyini diqqətə çatdırıb. Bildirib ki, mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan inkişafı indeksi ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var bu sahədə cəmiyyətin maarifləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi gücləndirilməlidir.

Q.Paşayeva Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsinin, gender zorakılığı uşaqlara qarşı zorakılıq, eləcə insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməyin əhəmiyyətinə toxunub.

Deputat Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın məcburi köçkün probleminə diqqəti daha çox artırmağa çağıraraq deyib: “Mən torpaqlarının 20 faizi 25 ildən artıqdır Ermənistanın işğalı altında olan 1 milyon qaçqın məcburi köçkünü olan bir ölkənin təmsilçisi kimi, yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələr, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalmasını anlayıram. Bu məsələ hamımızı ciddi narahat etməlidir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqamətində ümumi səyləri daha da gücləndirməliyik. Vərəm, hepatit digər bu kimi xəstəliklərlə mübarizənin daha da güclənməsinə ciddi ehtiyac var”.

Q.Paşayeva Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çoxlu işlər görüldüyünü, layihələr, islahatlar həyata keçirildiyini nəticədə bir çox uğurlar əldə edildiyini diqqətə çatdırıb.

“Ümid edirik ki, bu cür müzakirələr müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artıracaq”, - deyən deputat üzv ölkələri qətnamə layihələrində qeyd edilən məsələlərə daha çox diqqət yetirməyə çağırıb.

 

“Ermənistan müdafiə nazirinin beynəlxalq terrorçu kimi çıxış etməsi anormal düşüncəli şəxsin sayıqlamasıdır”

“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bu fikri isə Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri AZƏRTAC-a şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir.

İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir.

Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - deyə polkovnik V.Dərgahlı qeyd edib.

 

BQXK nümayəndələri Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər

Bu arada Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov Şahbaz Quliyevə növbəti dəfə martda baş çəkiblər. Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən özəl olaraq Trend-ə məlumat verilib.

Qurumdan bildirilib ki, komitə nümayəndələri sonuncu dəfə martda başçəkmə həyata keçirib: “Başçəkmə zamanı həmin şəxslərin saxlanma şəraiti onlarla rəftarla bağlı monitorinq keçirilib”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 10 aprel.- S.11.