Azərbaycanın 10 milyonuncu
sakininin valideynlərinə mənzil hədiyyə
edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. Dövlət başçısı və xanımı uşağın valideynləri ilə söhbət ediblər.
Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.
Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
Rauf Həsənov: Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.
Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.
Rauf Həsənov: Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.
Prezident İlham Əliyev: Bəli, bəli.
Rauf Həsənov: Çox sağ olun, çox minnətdarıq.
Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır.
Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır?
Rauf Həsənov: Bəli, ilk övladımızdır.
Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır?
Nigar Ocaqova: Bəli, ilk uşağımızdır.
Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah qorusun.
Rauf Həsənov: Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.
Nigar Ocaqova: Siz də
xeyir-duasını verin.
Birinci xanım Mehriban Əliyeva: Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.
Prezident
İlham Əliyev: Bu hadisəni bütün xalqımız bayram edir.
Rauf Həsənov: Bəli, bütün ölkəmiz
bayram edir. Biz də çox
sevincliyik, çox sevinirik.
Nigar Ocaqova: Biz də şəhərimizin belə
gözəl tibb ocaqlarının olmasına
sevinirik. Perinatal Mərkəzin direktoru
Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya
gəlməsinə görə
Rübabə xanıma
təşəkkürümüzü bildiririk. Sağ olsunlar.
Prezident
İlham Əliyev: Bu mərkəz çoxdan fəaliyyət göstərirdi.
Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən
quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir.
Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri,
xəstəxanalar tikilir.
Yəni,
indi tibbi xidmət almaq üçün bütün
şərait var.
Birinci xanım Mehriban Əliyeva: Götürmək
olar balacanı?
Rauf Həsənov və Nigar Ocaqova: Buyurun.
Birinci xanım Mehriban Əliyeva: Maşallah.
Nigar Ocaqova: Maşallah gününüz olsun.
Birinci xanım Mehriban Əliyeva: Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!
Rauf Həsənov: Çox sağ olun
ki, gəldiniz.
Prezident
İlham Əliyev: Bu,
Həsənova Mehriban
Rauf qızının
sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.
Rauf Həsənov: Çox sağ olun.
Prezident
İlham Əliyev: Bu həmin sertifikatın başqa variantıdır.
Sizə dövlət tərəfindən
mənzil hədiyyə
olunur. Bu da mənzilin çıxarışıdır.
Rauf Həsənov: Çox sağ olun.
Prezident
İlham Əliyev: Gözəl balanızın
hesabına vəsait də köçürülür.
Rauf Həsənov: Çox sağ olun.
Allah Sizdən razı olsun.
Prezident
İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.
Rauf Həsənov: Çox sağ olun. Sizə minnətdaram.
Birinci xanım Mehriban Əliyeva: Çox
sağ olun. Təbrik edirik.
Palitra 2019.- 10 aprel.- S.3.