Cəfər Cəfərov: “Hədəfimiz müasir tələblərə cavab
verən mütəxəssislər
hazırlamaqdır”
Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) Avropa
Komissiyasının maliyyə
dəstəyi ilə
Erasmus+ proqramı çərçivəsində
həyata keçirilən
EQAC (“Azərbaycan universitetlərində
Keyfiyyətin Təminatı
Mərkəzlərinin yaradılması
və inkişaf etdirilməsi”) layihəsinin
professor-müəllim heyəti
üçün geniş
təqdimatı keçirilib.
Qeyd edək ki, təqdimat
layihənin koordinatoru
olan Bakı Biznes Universitetinin (BBU)
ADPU-da layihənin yerinə yetirilməsi ilə bağlı monitorinqi çərçivəsində
gerçəkləşib.
Təqdimatdan öncə ADPU-nun rektoru,
professor Cəfər Cəfərov layihə iştirakçıları ilə
görüşüb. Görüşdə
BBU-nun rektoru, professor İbad
Abbasov, ADPU-nun Tədris
işləri üzrə
prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr
üzrə prorektoru Nigar Abbaszadə, Keyfiyyətin təminatı
şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə
doktoru Rəşad Sadıqov, Beynəlxalq əlaqələr şöbəsinin
mütəxəssisləri Günay Məhərrəmova,
həmin şöbənin
mütəxəssisi və
layihənin universitet üzrə koordinatıru Lətif Kəngərli, Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə
prorektoru Eşqin Bayramov, Layihələrin idarə olunması şöbəsinin müdiri
Gülşən Bayramova
iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov
bildirib ki, universitet 100 illik yubileyinə hazırlaşır.
Bu münasibətlə universitetdə islahatlar, yeniliklər, müxtəlif
layihələr həyata
keçirilir. Ali təhsil müəssisəsinin
inkişafı beynəlxalq
əlaqələrin yaradılması
və genişləndirilməsi
ilə sıx bağlıdır. Erasmus+
EQAC layihəsi qabaqcıl
beynəlxalq təcrübənin
öyrənilib tətbiq
edilməsi baxımından
xüsusi əhəmiyyət
kəsb edir. Avropa Komissiyasının maliyyələşdirdiyi
layihə 2017-2020-ci illəri
əhatə edir.
Bu layihə çərçivəsində
ötən bir il ərzində
ADPU-da cari vəziyyət öyrənilib,
müvafiq sorğu keçirilib, hesabat hazırlanıb, əməkdaşlarımız
layihə ilə bağlı müxtəlif
respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak
ediblər. Universitetdə Keyfiyyətin təminatı
şöbəsi yaradılıb,
professor-müəllim heyətinin
illik fəaliyyətinin
Reytinq Qiymətləndirməsi
tətbiq edilir və bu, müəllimlər
üçün motivasiya
yaradır. ADPU-da insan resurslarının
inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu ilə, tədris-köməkçi heyətin
işə qəbulu isə müsabiqə yolu ilə həyata
keçirilir. Həm seçki,
həm də müsabiqə şəffaf,
ədalətli və obyektiv keçirilir.
Hədəfimiz təhsilin keyfiyyətinin
yüksəldilməsi, müasir
tələblərə cavab
verən mütəxəssislər
hazırlamaqdır.
BBU-nun rektoru, professor İbad
Abbasov çıxış
edərək səmimi
və işgüzar görüşə görə
təşəkkür edib. Professor İ.Abbasov qeyd edib ki, ADPU-da
yeni komanda formalaşıb. Bu komanda universitetdə islahatların aparılmasında,
həmçinin Erasmus+EQAC
layihəsində fəal
iştirak edir. Bizim Avropa ali təhsil məkanına inteqrasiya etməyimiz həm də dünyaya inteqrasiya etməyimiz deməkdir. Təhsil daim təkmilləşən,
yeniləşən, inkişaf
etməkdə olan sahədir. Bu sahədə işin yenidən qurulması, islahatların aparılması
olduqca vacibdir. Ali təhsilin beynəlmiləlləşməsi,
rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması
qarşımızda dayanan
əsas vəzifədir.
BBU Avropanın 15 ölkəsinin 20-yə yaxın
universiteti ilə sıx əlaqə qurub. Belə layihələr bizə
qarşımıza qoyduğumuz
məqsədlərə çatmağa
kömək edir.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr
üzrə prorektor Nigar Abbaszadə layihənin uğurlu və kreativ olduğunu bildirərək
əməkdaşlığın gələcəkdə də
davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonra tədbir
Heydər Əliyev məktəbinin lektoriyasında
davam edib.
BBU-nun Layihələrin idarə olunması şöbəsinin
müdiri Gülşən
Bayramova çıxış
edərək təmsil
etdiyi ali
təhsil müəssisəsinin
beynəlxalq əlaqələri,
yerli və xarici layihələrdə
iştirakı, təhsilin
keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması üçün görülən
işlər barədə
ətraflı məlumat
verib. O, sözügedən
layihənin yaranma səbəbini, bununla bağlı aparılmış
tədqiqatların nəticələri,
layihənin detalları
və tərəfdaş
universitetlər üçün
gələcək töhfəsi
haqqında danışıb.
ADPU-nun Keyfiyyətin təminatı
şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə
doktoru Rəşad Sadıqov Erasmus+EQAC layihəsi haqqında təqdimatla çıxış
edib. R.Sadıqov təqdimatında
bildirib ki, layihənin Avropa üzrə tərəfdaşları
Alikante Universiteti (İspaniya), Kral Texnologiya İnstitutu (İsveç), SMK Tətbiqi
Elmlər Universiteti (Litva), Midlsaks Universiteti (Böyük Britaniya), EKT Akkreditasiya Təşkilatı (Litva),
Azərbaycan üzrə
isə Təhsil Nazirliyi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Universiteti,
Sumqayıt Dövlət
Universiteti, Mingəçevir
Dövlət Universiteti,
Azərbaycan Memarlıq
və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti, Odlar Yurdu Universitetidir.
Təqdimatda Erasmus+EQAC layihəsi ilə bağlı həyata keçirilmiş tədbirlər, ali təhsil müəssisələrində keyfiyyətə təsir edən əsas amillər, keyfiyyətin artırılması sahəsində Avropa təcrübəsi, keyfiyyətin artırılması ilə əlaqədar ADPU-da görülmüş işlər, eləcə də universitetdə layihə ilə bağlı həyata keçirilmiş işlərdən danışılıb. Bildirilib ki, Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etidirilməsi, universitetlərdə keyfiyyətin artırılması və iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılması, təlimlərin keçirilməsi, yerli və xarici səfərlərin təşkili, ən əsası isə layihənin sonunda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platformanın yaradılaraq tətbiq edilməsi layihənin əsas məqsədlərini təşkil edir. Təqdimatda keyfiyyətin təminati üçün şəraitin yaradılması, keyfiyyətli öyrətmə və öyrənmə, keyfiyyətli idarəetmənin inkişaf etdirilməsi, universitetlərdə Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə mövcud olan standartların və təlimatların tətbiqinin genişləndirilməsi, tədrislə tədqiqatın vəhdəti, Avropa universitetləri ilə uzunmüddətli əməkdaşlığın yaradılması yolu ilə təcrübə mübadiləsi və digər vacib məqamlar öz əksini tapıb.
R.Sadıqov qeyd edib ki, inzibati heyət, professor-müəllim heyəti və təlimçilər üçün inkişaf proqramının təşkili, təlimlərin keçirilməsi, keyfiyyətin təminatı prosesinin dəstəklənməsi üçün resursların inkişafı, keyfiyyətin təminatı məqsədilə onlayn platformanın tətbiq edilməsi və genişləndirilməsi (QPR proqramı), avropalı tərəfdaşlarla beynəlxalq əlaqələrin inkişaf etdirilməsi olduqca vacibdir. Layihənin sonunda gözlənilən nəticələrə layihədə iştirak edən hər bir universitetdə Keyfiyyətin təminatı şöbəsinin yaradılması, sözügedən şöbənin strukturunun və heyətinin, eləcə də prosesə cəlb edilən əməkdaşların təcrübəsinin inkişaf etdirilməsi, nailiyyətlərinin təkmilləşdirilməsi, tədqiqatın, akademik və inzibati heyətin və tələbələrin bacarıqlarının inkişaf etdirilməsi, Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatların (ESG) tətbiqinin genişləndirilməsi daxildir.
Nigar
Palitra 2019.- 12 aprel.- S.10.