“Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”

 

Aprelin 18-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası və “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Konfransı açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko terrorizmlə mübarizənin hamılıqla aparılmasının vacibliyini vurğulayaraq bildirib ki, heç kim təkcə özü üçün təhlükəsiz şərait qura bilməz. Bu işdə milli parlamentlər və parlamentlərarası təşkilatların əməkdaşlığının səmərə verə biləcəyini söyləyən Federasiya Şurasının sədri internet vasitəsilə ekstremizmlə mübarizə aparılması məsələsini önə çəkib. O deyib ki, Rusiyada 20 milyona yaxın müsəlman yaşayır və tarixən bu torpaqlarda heç zaman dinlərarası müharibə baş verməyib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.

Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir.

Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ATƏT-in baş katibi Tomas Qremingerlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmi nümayəndəsinin sözlərinə görə, S.Lavrovun ATƏT baş katibi ilə görüşü aprelin 24-də Beynəlxalq təhlükəsizlik üzrə VII Moskva konfransı çərçivəsində nəzərdə tutulub.

 

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşü Vaşinqtonda keçirməyi təklif edib

 

Yeri gəlmişkən, ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib. Trend-in məlumatına görə, görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

XİN rəsmisi daha öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrov, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN rəhbəri ilə keçirilən sonuncu görüşü də xatırlayıb.

Nazir deyib: "Demək olar ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinın həlli ilə bağlı bizim səylərimizi diqqətə çatdırdım və qeyd etdim ki, biz bu məsələdə irəliləyişə nail olmalıyıq. Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

 

 

Sarkisyana danışıqlar masasında sakit oturmaq kifayət edirdi. Paşinyana isə bu, kifayət etmir…”

 

ATƏT Minsk qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər. BunuAzernews”a müsahibəsində rusiyalı ekspert Qriqori Trofimçuk N.Paşinyanın danışıqların formatının dəyişdirilməsi təklifini şərh edərkən deyib. O bildirib ki, bu, sadəcə həll yolunun uzadılması deyil:

Faktiki olaraq bu, danışıqların formatının dəyişdirilməsi cəhdidir. İlk növbədə buna ATƏT Minsk qrupunun həmsədrləri diqqət verməlidir. Qəribədir ki, onlar sanki Ermənistan baş nazirinin bəyanatlarını qulaqardına vurmağa çalışırlar. Bu, pis nəticələnə bilər, çünki Azərbaycan elə düşünə bilər ki, onu bilərəkdən kəskin addım atmağa sürükləyirlər. Xatırladım ki, Paşinyanın əsas açıqlamalarından biri belə idi: sülhü ərazilərə dəyişmirik. Ona görə, sual yaranır: bəs o zaman 1994-cü ildən başlayaraq bu prosesdə iştirak edən insanlar nəyi müzakirə edirdi? Ərazilər əvəzinə sülhə çalışmırdılarmı?”

Q.Trofimçuk qeyd edib ki, Qarabağ prosesinin mülahizəsində N.Paşinyan kabineti ilə S.Sarkisyan administrasiyası arasında prinsipial fərqlər mövcuddur:

Sarkisyana danışıqlar masasında sakit oturmaq kifayət edirdi. Paşinyana isə bu, kifayət etmir Qarabağ məsələsi onun üşün əsas məsələlərdən biridir”.

Ekpsert həmçinin Rusiya xarici işlər nazirinin iştirakı ilə baş tutmuş Azərbaycan Ermənistan XİN rəhbərlərinin görüşünə toxunub. O bildirib ki, Rusiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb:

Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzər almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə əvvəlki kimi eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir tam aydın başa düşmək istəyir ki, əraziləri ona zaman qaytarmağa başlayacaqlar”.

Bu arda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil peşəkar təlim, milli tarix ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə ortaq dəyərlərə malik Azərbaycan Pakistanın təlim-təhsil, eləcə milli irs sahələrində əməkdaşlıq etdikləri, beynəlxalq regional təşkilatlar çərçivəsində hər zaman bir-birlərini dəstəklədikləri vurğulanıb, birgə layihələrin qarşılıqlı səfərlərin artırılmasının önəmi qeyd edilib.

Səfir müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz çətinliklərə baxmayaraq, bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb.

 

Fuad Hüseynzadə

 

Palitra 2019.- 19 aprel.- S.11.