Maria Suvorovskaya: “Bakı haqqında yazmaqoxumaq istəyirəm“

 

“Azərbaycanla bağlı kitab, klip və sərgilər bizim həyata keçirdiyimiz son ideyalar olmayacaq

 

Maria Suvorovskaya adamı, jurnalist, ictimai xadim, yazıçı kimi tanınır. Məlum olduğu kimi, ötən ilin sonlarında onun Rusiyada "Xəzər üzərində yelləncək" kitabı nəşr olundu. Bu kitabın əks-sədası yalnız jurnalistin doğma ölkəsində deyil, həm Azərbaycanda ürəklərdə yayıldı. Buyaxınlarda povest Azərbaycan dilində nəşr ediləcək elə Mariya Suvorovskayanın iştirakı ilə kitabın Bakıda təqdimatı olacaq. Mariya Suvorovskaya kitabı haqqında, eləcə Azərbaycan sevgisi, ilham mənbələri planları ilə bağlıPalitra”ya müsahibə verib.

 

- Mariya xanım, bu ilin mart ayında Azərbaycanda səfərdə olmusunuz. Öncə, bu səfərinizlə bağlı təəssüratlarınızı bilmək istərdik...

 

- Şübhəsiz ki, Azərbaycana hər bir səfərim xoş təəssüratlar, işgüzar görüşlər yeni tanışlıqlarla yadda qalır. Belə ki, Azərbaycana son səfərim çox məhsuldar oldu. Birincisi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovla görüş keçirildi. Əli Həsənov bizim Azərbaycanla bağlı təşəbbüslərimizi dəstəklədi yüksək qiymətləndirdi. Fürsətdən istifadə edib, səmimi qəbula görə Əli Həsənova təşəkkür edirəm.

Qərara gəldik ki, jurnalımızın "Dünya Biznes Bələdçisi. Azərbaycan" adlı xüsusi buraxılışını nəşr edək. Bu jurnal Azərbaycanın Rusiya digər ölkələrlə olan işgüzar əməkdaşlığına həsr olunacaq. Görüşdə, həmçinin Rusiya Azərbaycan xalqları arasında dostluğa yönəldilmiş "Biznes Dialoq Media" təşkilatının humanitar layihələrinin davam etdirilməsi inkişafı barədə razılığa gəlindi.

İkincisi, “Rossotrudniçestvoilə birlikdə Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirlən "Moskva-Bakı. Qadın baxışı" sərgisini açdıq. Rusiyan İnformasiya Mədəniyyət Mərkəzi bazasında təşkil olunan sərgidə gözəl, fəal, işğüzar yaradıcı qadınları göstərdik. Bu qadınlar Azərbaycanda doğulsalar da Rusiyada müxtəlif sahələrdə çalışırlar. Bu sərgi "Moskva-Bakı" 2018 sərgisinin davamı idi.

Biz Bakıda Azərbaycan Yazıçılar Birliynin sədri Anar Rzayevlə görüşük. Çox səmimi görüş oldu. Onunla mənim "Xəzər üzərində yelləncək" kitabımın Azərbaycan dilinə tərcüməsi barədə danışdıq. Yeri gəlmişkən, çox şadam ki, may ayında "Xəzər üzərində yelləncək" kitabımın Bakıda təqdimatını edəcəm.

Bakıda tanınmış müğənni Rüstəm Zeynallı ilə "Mən Bakı ilə nəfəs alıram" mahnısı üçün klip çəkdirdik. Tezliklə, Azərbaycanın televiziya kanallarında bu klip yayımlanacaq. Bu mahnı Bakı, sevgi, saf ülvu duyğular haqqındadır. Mart səfəri yeni layihələr, yeni üfüqlər yeni planlar üçün böyük yol açdı. Ümid edirəm ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında isti münasibətlərin inkişafına kömək edəcək.

 

- Dediniz ki, yaxın zamanlarda bizim ölkəyə növbəti səfərinizi planlayıbsız. Növbəti səfərinizin məqsədi nədir?

 

- Qeyd etdiyim kimi, may ayında Bakıda "Xəzər üzərində yelləncək" kitabının Azərbaycan dilində nəşrinin təqdimatını edəcəyik. Həmçinin ikinci bir klip çəkməyi planlaşdırırıq. Ümumiyyətlə, önümüzdəki səfərdə bir çox görüşmələri təşəbbüslər var.

 

- "Xəzər üzərində yelləncək" kitabınız Azərbaycanda böyük maraqla qarşılanıb. Azərbaycan haqda növbəti kitab yazmağı düşünürsüzmü?

 

- Bəli. Bu ideyanı mənə Azərbaycanın Rusiyadakı səfirliyində ticarət nümayəndəsi Ruslan Əliyev verdi. O, indi Azərbaycan şərablarının bizim ölkəyə aktiv şəkildə eksportuna dəstək göstərir. Biz bilirk ki, Azərbaycanda yaxşı üzüm bağları, şərabçılıq var. Yeni əsərim həyat, insan, sevgi şərabçılıq haqqında olacaq. Burada şərabın hazırlanması, şərabçılıq ənənələrindən söhbət açılacaq. Hələlik, bütün sirləri açmayacağam, amma ümid edirəm ki, 2019-cu ilin sonuna qədər kitabı yazıb bitirəcəm.

 

- Ümumiyyətlə, Sizdə Azərbaycana qarşı xüsusi sevgi hiss olunur. Sanki Azərbaycanı bir azərbaycanlı kimi sevirsiz. Bu nədən irəli gəlir?

 

- Moskvanın yaxınlığındakı Kolomna şəhərində mənim nənəm babamın bir azərbaycanlı qonşusu var idi - Zinaidə Samsonovna. O, VətəniniBakını çox sevirdi. Zinaidə Samsonovna, həmişə doğma şəhəri ilə bağlı tez-tez böyük sevgi ilə danışırdı.

Uzun müddətdir mən Bakını görmək istədim. yeddi il əvvəl Bakıya ilk dəfə gəldim mən bu şəhəri sevdimSonradan həyata keçirmək istədiyim layihələr təşəbbüslər məni təkrar Bakıya gətirdi. Bura ilə əlaqələrim hər il daha da güclənir. İndi isə mənim üçün Bakı praktik olaraq doğma şəhərdir. Mən Bakı haqqında yazmaq oxumaq istəyirəm.

 

- Azərbaycana son səfərinizdəŞeronqrupunun bədii rəhbəri solisti Rüstəm Zeynallı ilə birgə tanıtım klipi çəkmişdiz. Bu kliplə bağlı işlər tamamlanıbmı?

 

- Bəli, klip bugünlərdə hazır olunacaq. Rüstəm ilə birlikdə çalışmaqdan çox məmnun oldum. O, sonsuz istedadlı maraqlı musiqiçi, bəstəkar müğənnidir. Həqiqətən, gözəl mahnı alındı. Bizim klip kiçik bir filmdir.

Rüstəm Zeynallıya klipin çəkilişlərində iştirak edən məşhur aktyor Bəhram Bağırova çox minnətdaram.

 

- Rusiyada Azərbaycanın təbliği ilə bağlı kimi planlarınız var?

 

- "Dünya Biznes Bələdçisi. Azərbaycan" jurnalı Azərbaycan oxucuları üçün nəşr olunacaq. Bundan əlavə, jurnal Rusiyada da paylanacaq. Ölkəmizin işgüzar dairələri ola bilər Azərbaycanla geniş əməkdaşlıq etsinlər. Biz humanitar layihələri davam etdirəcəyik. Hesab edirəm ki, Azərbaycanla bağlı kitab, klip sərgilər bizim həyata keçirdiyimiz son ideyalar olmayacaq.

 

- Sizin ilham mənbəyiniz haradadır?

 

- Mənim ailəm, yaxın insanlarım - bunlar mənim ilham mənbəyimdir. Mən, həyat yoldaşım Konstantinə təşəkkür edirəm. O mənim övladlarım işgüzar səfərlərimdə mənimlə olurlar, eləcə bütün ideya arzularımı dəstəkləyirlər. Yeri gəlmişkən, mənim Azərbaycana olan sonsuz məhəbbətim onlara da keçib.

 

Fuad Hüseynzadə

 

Palitra  2019.- 23 aprel.- S.7.