Cəfər Cəfərov: “Universitetlər insan kapitalının inkişaf etdirilməsində əsas rol oynamalıdırlar”

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə “İnsan resursları şöbəsinin fəaliyyəti haqqında”, “ADPU-nun Fizikatexnologiya fakültəsinin fəaliyyəti haqqında” və cari məsələlər daxildir.

İclasda rektor Cəfər Cəfərov Fizikatexnologiya fakültəsinin Fizikanın tədrisi metodikası kafedrasının dosenti İsa İsmayılova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə təsdiq edilmiş professor elmi adının attestatını, həmçinin SABAH qruplarının tələbələrinin Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Müəllimlik üzrə Bilik Yarışmasında II yeri tutmuş ADPU-nun SABAH qrupunun tələbəsi Çərkəz Kərimovaya sertifikat təqdim edib.

Rektor çıxışında qeyd edib ki, son vaxtlar Prezident İlham Əliyevin sosial sahə ilə bağlı imzaladığı sərəncamlar və fərmanlar, qəbul etdiyi qərarlar aztəminatlı ailələrdən olan tələbələrin də sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir. ADPU 1340 əlavə təqaüd yeri alıb. Həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu da bu təbəqədən olan tələbələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər gerçəkləşdirir. Biz orta məktəblərlə əlaqələri genişləndirməli, xüsusilə də, şagirdlər üçün psixoloji xidmətin təşkili sahəsində məktəblərlə sıx əməkdaşlıq etməliyik. Azərbaycan rəhbərliyinin strateji kursu ölkənin müasirləşməsidir. Biz öz müsbət fəaliyyətimizlə bu strateji kursa dəstək verməliyik. Müasir dövrümüzdə universitetlərin hədəfi, missiyası dəyişib. Universitetlər insan kapitalının inkişaf etdirilməsində əsas rol oynamalıdırlar. Universitetlər tədris və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqla bərabər, mədəniyyət mərkəzi olmalıdırlar. Biz bunun üçün əzmlə, fədakarlıqla çalışmalıyıq.

İnsan resursları şöbəsinin fəaliyyəti haqqında” şöbənin müdiri Qumral Qədimova məlumat verib. Qumral Qədimova bildirib ki, ADPU-nun 11 iyul 2016-cı il tarixli Elmi Şurasının qərarı ilə universitetin yeni strukturuştat cədvəli təsdiq olunubmövcud olan ştat cədvəlinə dəyişikliklər edilib. Hazırda universitetdə 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili fəaliyyət qaydaları”na əsasən idarəetmə və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra islahatlar həyata keçirilib. Əvvəlki ştat cədvəlində olan 69 nəfər kitabxanaçı ştatı 30 nəfərə, kafedralarda fəaliyyət göstərən 207 laborantböyük laborant ştatı isə 143-ə endirilib. AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq 96 nəfər professor-müəllim heyəti, 76 nəfər tədris-köməkçi heyəti və 40 nəfər Xidmət Şöbəsindən, bütövlükdə 212 nəfər işçi mövcud qanunvericiliyə uyğun olaraq ADPU-da işlə təmin edilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırlması üçün müəllimlərin işə qəbulu yeni prosedurla – müsabiqə yolu ilə həyata keçirilir. Yeni qaydalarda əsas məqsəd professor-müəllim heyətinin tədris və elmi fəaliyyətini gücləndirmək, ədalətli rəqabət mühiti yaratmaqdır. Hazırda 200-dək vakant professor-müəllim üçün 29 mart 2019-cu il tarixində “Azərbaycan müəllimi” qəzetində elan, eyni zamanda ADPU-nun saytında yerləşdirilib. Bugünədək 290 nəfər şəxs sənədlərini İnsan resursları şöbəsinə təqdim edib. Sənəd qəbulu aprelin 29-da bitəcəkdir.

Təhsil nazirinin 9 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmişAli təhsil müəssisələrində kafedra müdiri, dekandekan müavini vəzifələrinin tutulması qaydaları”nı rəhbər tutaraqXalq qəzeti” və “Azərbaycan müəllimi” qəzetlərində fakültə dekanı və kafedra müdiri vəzifələri üzrə müsabiqələr keçirilib. 2017-ci ildə 4 fakültə dekanı, 14 kafedra müdiri müsabiqə yolu ilə müvafiq vəzifələrə təyin olunublar. 14.12.2018-ci ildə verilən növbəti elana əsasən 6 nəfər müvafiq kafedralara seçilərək müdir təyin edilibər.

Azərbaycan Respublikası PrezidentininGender (kişi və qadınların) bərabərliyinin təminatları” ilə bağlı 7 may 2008-ci il tarixli Sərəncamının nəticəsi olaraq 2016-ci illə müqayisədə hazırda ADPU-da 32 qadın struktur rəhbəri təyin edilib. Qeyd edək ki, 20 nəfər qadın rəhbər 2016-cı ildən sonra təyin olunub. Universitetdə kadrların gəncləşdirilməsi məqsədilə ADPU-nu fərqlənmə diplomu ilə bitirmiş magistr, doktorant, dissertantlareyni zamanda xaricdə təhsil almış peşəkar gənclərin işə cəlb olunması nəzərdə tutulub. İnzibati vəzifələrin tutulması üzrə Müsabiqə Komissiyası yaradılıb və vakant vəzifələr üzrə müsabiqə elan edilib. Müsabiqə barədə ilk elan 9 oktyabr 2017-ci il tarixdə “Azərbaycan müəllimi” qəzetində, eyni zamanda ADPU-nun saytında yerləşdirilib. Həmin vaxtdan bugünədək 7 dəfə müsabiqə elan edilib. Vakant vəzifələrin tutulması üçün verilmiş elanlara əsasən İnsan resursları şöbəsi tərəfindən ümumilikdə 281 nəfər namizədin sənədi qəbul edilib. Onlardan 64 nəfəri müxtəlif vəzifələrə seçilərək işlə təmin ediliblər. İşlə təmin olunan 64 nəfərin 44 nəfəri ADPU-nun məzunlarıdır. Məhz bu cür əməkdaşların sayəsində ADPU-nun kadr heyətinin peşəkarlıq qabiliyyətini yaxşılaşdırmaq, idarəetmə sistemini təkmilləşdirmək, tədrisin keyfiyyətini yüksəltmək, müasirləşdirmək və bütövlükdə universitetin hərtərəfli inkişafına yönələn tədbirləri davam etdirmək nəzərdə tutulub.

Universitetin professor-müəllim heyətinin müasir dövrün tələblərinə uyğun motivasiya sisteminin qurulması üçün Reytinq Qiymətləndirmə sistemi yaradılıb, 2018-ci maliyyə ilinin nəticələrinə əsasən reytinq qiymətləndirməsi aparılıb və ən yaxşı nəticə toplamış 100 nəfər müəllimin aylıq əməkhaqqına 100 manat əlavə hesablanmasına qərar verilib. Həmçinin ADPU-nun müəllimlərinin bacarıqlarının artırılması istiqamətində universitet bir çox layihələr həyata keçiribbu hazırda da davam edir. Əməkdaşların əmək hüquqlarının və əmək intizamının qorunması istiqamətində də işlər davam etdirilir. İnsan resurslarının idarə olunmasının optimallaşdırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün bəzi istiqamətləri üzrə xidmətlərin şirkətlər tərəfindən həyata keçirilməsi yolu ilə heyətin peşəkarlığı və intizamı artırılıb. Əməkdaşların əmək intizamının artırılması, əmək öhdəliklərinin vaxtında və qüsursuz icra edilməsi üçün İntizam Komissiyası fəaliyyət göstərir və inzibati tənbeh tədbirləri görülür.

Q.Qədimova çıxışının sonunda qeyd edib ki, qarşıdan gələn dövrdə professor-müəllim və tədris-köməkçi heyətin qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilməsi üçün sistemli tədbirlər davam edəcəkdir. Xüsusilə kafedraların dərs yükünə uyğun olaraq tədris-köməkçi heyətin sayının uyğunlaşdırılmasına, tyutorların sayının tədricən universitet tərəfindən təşkil olunmağa başlamış tyutorluq kursunu uğurla bitirmiş müdavimlər hesabına artırılmasına, xarici dilkompüter bilikləri yüksək olan gənclərin işə cəlb olunmasına, əməkdaşların universitetdəki fəaliyyətinə görə əməkhaqqı siyasətinin təkmilləşdirilməsinə, professor-müəllim heyətinin daha da gücləndirilməsi işlərinə diqqət artırılacaqdır.

Elmi Şura Q.Qədimovanın hesabatını qəbul edib.

ADPU-nun Fizikatexnologiya fakültəsinin fəaliyyəti haqqında” hesabatla çıxış edən fakültənin dekanı, dosent Arzu Daşdəmirov qeyd edib ki, fakültədə 3 kafedra-Ümumi fizika kafedrası, Fizikanın tədrisi metodikası kafedrası, Texnologiyaonun tədrisi metodikası kafedrası və 1 elmi-tədqiqat laboratoriyası- Nadir torpaq materialları fizikası elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Hazırda fakültədə 79 nəfər çalışır. Onlardan 52 nəfəri professor-müəllim heyəti, 27 nəfəri isə tədris-köməkçi heyətidir. 1 professor Əməkdar müəllimdir. Fakültədə ali təhsilin bakalavriat səviyyəsində 2 ixtisas üzrə-“Fizika müəllimliyi” ixtisası və “Texnologiya müəllimliyi” ixtisası üzrə kadr hazırlığı aparılır. Fizika müəllimliyi” ixtisasında 368 nəfər tələbə, “Texnologiya müəllimliyi” ixtisasında 299 nəfər, ümumilikdə 667 nəfər tələbə təhsil alır. 2018-2019-ci tədris ilində fakültəyə ali təhsilin magistratura səviyyəsində 19 nəfər magistr qəbul olunub. Hazırda fakültədə 37 nəfər magistr təhsili alır. Fakültədə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, yeniliyinmüasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir. Fakültədə universitetdə ilk dəfə olaraq Eksperimental qruplar yaradılıb. Onlara tədris planında nəzərdə tutulan fənlərdən əlavə STEM, Science, Engeenering, xarici dillər də tədris olunur. Fakültədə həmçinin Praktik Bacarıqlar Mərkəzi yaradılıb.Fakültənin tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsində fakültənin əməkdaşlarının AMEA-nın Fizika İnstitutu ilə birlikdə təqdim etdikləri “Kationları nadir torpaq elementləri ilə qismən əvəz edilmiş mis xalkogenidlərinin quruluşdielektrik xassələrinə qamma-şüalanmanın təsiri” mövzulu layihə qalib layihələr sırasındadır.

Professor Nizami Xudiyev, professor Malik Cəbrayılov, professor Himalay Qasımov, professor Zahid Xəlil, professor İramin İsayev, professor Nailə Verdizadə, dosent Şahin Pənahov, dosent Gülçöhrə Alıyeva və başqaları tədris prosesinin daha səmərəli qurulması, tədris planlarının təkmilləşdirilməsi və xarici dillərin tədrisinin səviyyəsinin yüksəldilməsi üçün təkliflərlə çıxış ediblər.

Cari məsələlərin müzakirəsi zamanı Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU-da professor-müəllim heyətinin seçki müsabiqəsində iştirak edəcək iddiaçıların fəaliyyətini qiymətləndirmə meyarları haqqında məlumat veriblər.

 

Nigar

 

Palitra  2019.- 26 aprel.- S.12.