Odlar Yurduansamblı növbəti dəfə Rusiya birincisi oldu

 

 

Rusiya Mədəniyyət Təşəbbüsləri Mərkəzində "Xalq rəqsləri üzrə Rusiya Çempionatı: Sibir Federal Region Kuboku" xoreoqrafik qrupunun illik müsabiqəsi keçirilib. Milli rəqs çempionatı Rusiyada 2015-ci ildən etibarən səkkiz federal regionda keçirilir. 2016-cı ildən müsabiqənin münsiflər heyətinə SSRİ Xalq artisti, "Berezka" Dövlət Akademik Xoreoqrafiya Ansamblının bədii rəhbəri baş xoreoqrafı Mira Mixailovna Koltsova, eləcə Rusiya Federasiyasının bir neçə əməkdar artistləri üzv olub. Sibir Regin Kuboku iki hissəyə bölünür. Birincisi, "Milli stil tərzi" nominasiyası, ikincisi isə "Xalq rəqsi" nominasiyasıdır.

Yarışda fərqli şəhərlərdən- İrkutsk, Novosibirsk, Tomsk, Tıva Krasnoyarskdan əməkdar, xalq nümunəvi qruplar iştirak edib. Krasnoyarsk şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" Azərbaycan xalq mahnı rəqs ansamblı yarışımada "Yallı-Zorxana" "Odlar Yurdu" rəqslərini nümayiş etdirib. Hər bir rəqs üçün ansambl maksimum xal qazanaraq "Xalq rəqsi" nominasiyasında 1-ci dərəcə laureatı adına layiq görülüb. Bundan əlavə, ansambl "Xalq Rəqslərinin qorunması" xüsusi mükafatına layiq görülüb. Bununla daOdlar Yurduönümüzdəki il Moskvada keçiriləcək "Xalq rəqslərində Rusiya Çempionatı"nda Rusiyanın ən güclü rəqs kollektivləri ilə qarşılaşacaq.

Xatırladaq ki, "Odlar Yurdu" Azərbaycan xalq mahnı rəqs ansamblı 2007-ci ildə Səadət Qarayeva Ələkbər Qarayevin təşəbbüsləri ilə Krasnoyarskda yaradılıb. Ansamblın direktoru Səadət Qarayeva, bədii rəhbəri Aqil Cəfərov, baletmeysteri isə Rauf Zeynalovdur. Ansambıl bir neçə dəfə beynəlxalq bir çox Rusiya festivallarının qalibi olub.

 

Fuad Hüseynzadə

 

Palitra  2019.- 30 aprel.- S.7.