“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq
“düşünən beyin” komandası
qurmaqdır”
Samir İsgəndəroğlu:
“DAP-ın yaranmasını zəruri edən hər kəsin özünü sərbəst ifadə edə
biləcəyi bir tribuna
ehtiyacı oldu”
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi hər zaman prioritetdir. Bunun üçün atılan hər bir addım alqışlanmalıdır. Türkiyədəki soydaşlarımızın təşəbbüsü ilə yaradılan Dünya Azərbaycanlıları Platforması (DAP) da bu baxımdan təqdirə layiqdir. DAP ilk layihəsi olaraq 25 avqust-1 sentyabr tarixində Türkiyədə “Dünya azərbaycanlılarının türk həmrəyliyi” tədbirini keçirəcək. DAP-ın sədri Samir İsgəndəroğlu “Palitra”ya müsahibəsində məqsəd və məramlarından danışıb.
-Dünya Azərbaycanlıları Platforması təşkilatının yaradılmasını zəruri edən nə oldu?
-Uzun zaman idi Türkiyədə belə bir təşkilat yaratmaq düşüncəsi var idi. Türkiyədəki mövcud təşkilatların çoxu, demək olar ki, bəyanat verməklə məşğuldurlar. Artıq insanlarımız, özəlliklə də ziyalılarımız yenilik istəyir. DAP-ın yaranmasını zəruri edən də bu yenilik istəyi ilə hər kəsin özünü sərbəst ifadə edə biləcəyi bir tribuna ehtiyacı oldu.
-Platforma olaraq qarşınıza əsas nə məqsəd qoyubsuz?
-Platforma olaraq qarşımıza qoyduğumuz əsas məqsədimiz diasporumuza yeni nəfəs, yeni simaların gəlməsidir. Bu proses Cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə Fuad Muradov tərəfindən bəzi əksiklikləri olsa da çox gözəl bir şəkildə aparılmaqdadır. Bu əksikliklər də diaspor fəaliyəti adı altında fərqli fəaliyyətlər göstərən bəzi insanlar tərəfindən yaradılmaqda olan süni əngəllər, maneələr nəticəsində yaranır.
Hər kəsin yer ala biləcəyi daha çox yeni simalardan ibarət bir təşkilatın qurulması ilə bağlı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin edildikdən sonra İstanbulda ilk görüşümüz zamanı geniş müzakirəmiz olmuşdu.
Bu təşkilatın əsas məqsədi öncəliklə elm xadimlərini və tələbələri bir araya toplayaraq "qərarverici düşünən beyin" komandası qurmaqdır. Bu istiqamətdə də bəzi layihələrimiz qarşıdakı zamanlarda həyata keçəcəkdir.
İlk layihəmiz də 25 avqust-1 sentyabr tarixində Türkiyədə ilkin düzənləyəcəyimiz "Dünya azərbaycanlılarının türk həmrəyliyi" tədbirini keçirməkdir. Proqram çərçivəsində İstanbulda konfrans, Fethiyedə Qarabağ küçəsinin açılışı, konfranslar və gəmi turu, Antalyada konfranslar, şəhər gəzintiləri olacaq. Əsasən Ankarada yüksək səviyyəli rəsmilər, diaspor nümayəndələri və iş adamlarının iştirakı ilə çox önəmli bir konfrans olacaq.
Qeyd edim ki, biz hər il belə bir formatda tədbir keçirməyi planlayırıq.
-"Dünya azərbaycanlılarının türk həmrəyliyi" tədbirinizin əsas hədəfi nədir?
-Əsas hədəf həmvətənlilərimiz arasında, özəlliklə də iş adamlarımız və elm xadimlərimiz arasında daha sıx əlaqələrin, iş birliklərinin yaranması və bu tədbiri ənənə halına salaraq hər il bir ölkədə təşkil etməkdir.
-Bu tədbirə Azərbaycan və Türkiyədən hansı səviyyədə dəstək göstərilir?
-Tədbirimizə çox böyük maraq var. Xüsusilə Türkiyə, Azərbaycan və Rusiya başda olmaqla digər ölkələrdə yaşayan həmvətənlilərimiz tərəfindən. İlk olmasına baxmayaraq, həm Türkiyəmizin, həm də Azərbaycanımızın rəsmi orqanları tərəfindən böyük maraq vardır. İnanırıq ki, rəsmi şəxslər tərəfindən yüksək səviyyədə qatılımlar olacaq.
Çox önəmli əhəmiyyətə malik bir tədbirdir. Azərbaycanlılar Türkiyə - Rusiya və Türkiyə ilə türkdilli dövlətlər arasında olan münasibətlərdə önəmli rola sahibdirlər. Bu baxımdan Türkiyədə də maraq böyükdür.
Güc birliyimizdədir. Bir olduğumuz müddətcə güclü olacağıq. Əks təqdirdə yox olacağıq. Birini şikayət edib qaralarkən, unutmasınlar ki, ilk öncə özlərini, əslində pisləyirlər... Toplantılarımıza qatılmaq istəyən hər kəsə qapılarımız açıqdır.
-Hazırda tədbirlə bağlı işlər hansı mərhələdədir?
-Hazırda tədbirlə bağlı hazırlıqlar, demək olar ki, yekunlaşıb. Sadəcə xırda bir neçə təşkilatı işlər qalıb, onlar da qısa zamanda yekunlaşacaq. Çox təəssüflər olsun ki, bir çox həmvətənlilərimiz tərəfindən bizlərə tədbirin baş tutmaması üçün fərqli yollarla əngəllər çıxarıldı. Bu, bizi üzsə də, sadəcə öz yolumuza, işimizə baxdıq. Qısqanclıqların olmasına da normal baxırıq. Amma diasporda birlik, bərabərlik olmalıdır. Qısqanclıqlar mənə görə doğru deyil. Məndə şəxsən bu sahədə fəaliyət göstərən heç kəsə qarşı xırda da olsa qısqanclıq yoxdur. Ona görə də, sadəcə bəzən bu qısqançlıqlara anlam verə bilmirəm.
O insanlar hər hansı dövlət orqanlarına telefonla bizləri şikayət etməklə nə qazandıqlarını hələ də anlaya bilmirəm. Amma biz heç kəsi özümüzə rəqib bilmirik və hər kəsi birliyə, həmrəyliyə səsləyirik.
-Xaricdəki soydaşlarımız arasında həmrəyliyin güclənməsində bu tədbirin nə kimi rolu ola bilər?
-İnanıram ki, bu tədbir bir çox işlərin başlanğıcı
olacaqdır. Yeni bir addım yeni bir nəfəs olacaqdır. Ən əsası isə
birlik və bərabərliyin möhkəmlənməsi
istiqamətində önəmli
bir addım olacağına inanıram.
Bizlər təklikdə güclü
olsaq da, üzülərək qeyd
etmək lazımdıır
ki, birləşdiyimiz
zaman, sadəcə bir-birimizlə mübarizə
apardığımız üçün
zəif oluruq. Nəticə
etibarı ilə bir-birmizi fərd olaraq da zəiflədirik.
Güclü ola bilməmiz üçün
bir olmağa məcburuq. Bir-birimizə qara yaxmağı
kənara qoymalıyıq.
Unutmamalıyıq ki, biz bir olmadığımız müddətcə
yaşadığımız ölkələrdə digər
millətlər bizləri
əzəcəklər.
Fuad Hüseynzadə
Palitra 2019.- 20 avqust.- S.6.