“Stokholmda
Rəssamlıq qalereyası açmaq
planım var”
Reyhan Əliyeva: “Vətən sevgisi mənim üçün
müqəddəs bir hissdir”
Yaradıcı insanların təkcə özləri deyil, həmçinin əsərləri də bir növ təmsilçilik rolunu oynayır. Elə müsahibimiz Reyhan Əliyeva da İsveçin, necə deyərlər, gözdən, könüldən uzaq bir şəhərində-Umeoda rəssam olaraq əsərləri ilə Azərbaycanı təmsil edir. O, Umeoda yaşadığı evində şəxsi qalereyasını və emalatxanasını açıb. Onun əsərləri burada bəyənilir və satılır. Xatırladaq ki, Əliyeva Reyhan Fərman qızı 1958-ci il mart ayının 31-də Bakının Əmircan kəndində, Əliyev Fərman Kərim oğlunun və Paşayeva Səkinə İbrahiməjdər qızının ailəsində anadan olub. Orta təhsilini kənddəki 84 və 226 №-li məktəblərdə almışdır. Bir il Dzerjinski adına zavodda (indiki Suraxanı Maşınqayırma Zavodu TASC) çalışdıqdan sonra 1976-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbinə daxil olub. Məktəbi yaxşı qiymətlərlə bitirib təhsilini Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmək üçün göndəriş alır. Amma o vaxt bacısı Moskva Dövlət Universitetində oxuduğundan valideynləri ikinci qızlarının da Azərbaycandan kənarda təhsil almasına icazə vermirlər. Reyhan Əliyeva sənədlərini M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna, (indiki ADMİU) verir və qəbul imtahanlarını müvəffəqiyyətlə keçərək Rəssamlıq fakültəsinin Sənaye Qrafikası şöbəsinə qəbul olunur, 1985-ci ildə institutu bitirir. Həmin il də SSRİ Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyinə qəbul edilir. Müxtəlif sərgilərdə və müsabiqələrdə iştirak edir. 1987-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilir. 1991 – 1995-ci illərdə İncəsənət İnstitutunda müəllim, 1995 – 2002-ci illərdə isə indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Evində dərnək rəhbəri vəzifələrində çalışıb. Hələ tələbəlik illərində ailə quran Reyhan Əliyevanın bir oğlu və 3 nəvəsi var.
-Sizi İsveçə aparan nə oldu?
-2002-ci ildə İsveçdə
tərtibatçı rəssam
işinə dəvət
aldım və dekabr ayında bu ölkəyə köçdüm. Əvvəlcə
Ange adlanan qəsəbədə iş
yeriylə əlaqədar
yaşadım. Sonradan
Umeo şəhərinə
köçərək orada
öz sahəmlə yanaşı, 3 dildən (Azərbaycan, rus və türk) İsveç dilinə tərcüməçi, orta
məktəblərdə və
gimnaziyada öz doğma dilimizdən müəllim kimi və əlbəttə ki, öz sənətimdə
rəssam kimi də fəaliyyətmi davam etdirirəm. İsveç Milli Rəssamlar
Təşkilatının (KRO, The Swedish
Artists` National Organization) üzvüyəm.
İndiyə qədər İsveçdə
10-dan artıq fərdi
sərgi keçirmişəm.
-Hər hansı əcnəbi rəssamın İsveçdə
uğur qazanması nə dərəcədə
asandır?
-Əcnəbi rəssamın
İsveçdə uğur
qazanması birdən-birə
baş vermir. İlk öncə
rəssamın aldığı
təhsilin diplomunun təsdiqlənməsinə önəm
verilir. Diplom İsveçin Təhsil
Nazirliyi tərəfindən
təsdiq olunarsa, əcnəbi rəssama artıq sərgilər etməsinə icazə verilir. Rəssam istədiyi yerdə
öz fərdi sərgiləri ilə çıxış edə
bilər. Hər bir
rəssam yaşadığı
regionun Rəssamlar Birliyinin üzvü olmalıdır. Bir neçə
sərgisi ilə əcnəbi rəssam artıq İsveç Rəssamlar İttifaqının
üzvlüyünə müraciət
edə bilər.
Amma bu şərtlə ki, artıq o, İsveç vətəndaşlığını
qəbul etməlidir.
O zaman rəssamın böyük imtiyazları olur, yəni emalatxana verilir və avadanlığıyla
münasib qiymətdə
almaq imkanını qazanır. Bundan başqa, İsveç
Rəssamlar İttifaqı
əcnəbi rəssama
digər ölkələrdə
də sərgilərin
təşkilində maddi
cəhətdən yardım
edir.
-İsveçə
sizi bağlayan nəsə varmı?
-İsveçə məni
bağlayan mənim oğlumun ailəsi və onun həyat
yoldaşının ailəsi,
yəni qohumlardır. Bir də,
əlbəttə ki, mənim fəaliyyətimdir.
-Azərbaycanla bağlı ən çox nədən ötrü darıxırsız?
-Əlbəttə ki,
Vətənim, doğma
Əmircan kəndim, əzizlərim, sevimli dostlarım üçün
darıxıram. Hərçənd ki, indi
virtual görüşmələrimiz tez-tez olur, amma
Vətən sevgisi mənim üçün müqəddəs bir hissdir.
-Diaspor tədbirlərinə qatıla
bilirsizmi?
-Təəssüflə deməliyəm
ki, diaspor tədbirlərinə qatılmamışam.
Çünki diasporumuzun əsasən
Stokholm şəhərində
fəaliyyət göstərir.
Mən isə paytaxtdan 600 km aralıda yaşayıram və əlbəttə ki, işimlə əlaqədar oraya tez-tez gedə bilməmişəm.
-İsveçdə
tanıdığınız, əməkdaşlıq etdiyiniz
rəssam varmı?
-İsveçdə tanıdığım
və əməkdaşlıq
etdiyim "Konstrunda"
rəssamların birgə
fəaliyyəti cəmiyyəti
adlanan regional rəssamlar
birliyində əməkdaşlıq
etdiyim rəssamlar bunlardır: Backman Lena Från, Ulf Pålsson, Backman Lena, Andersson Anna, Andersson Isabell, Andersson Per-Åke, Andersson Anna Bengt, Bysmed Anneli, Näsman Arnbrix, Badman Ann Bergström, Hanna Bergström, Sara Bjelkström,
Lena Blomberg, Maria Brändström,Putte
Cantzler, Lisa Dahllöw,
MalinDegerfeldt, Dick Edlund,
Mats Edlund,Tomas Ekelund, Kirstie Erikssson,Tomas Håkki, Granlund Micke, Green Mikael, Grubbström Annhild, Hellhoff Åsa, Huss
Kristina, Högberg Annki,
Jeschke Kicki, Johansson Ewa, Jägers Erika -Jägers Renske Yoru, Kankainen Erik,AngjiKronholm Heléne,
Lilja Jimmy Luksepp Maria, Lundell Sven, Lundgren Ingrid, Lundgre,
Birgit, Lundqvist Johanna, Malmström
Anna, Mattsson Mona, Milling Leif, Norell Bengta, Näsman Åsa, Olsson Gunne, Olsson Helén, Persson Anna-Maria, Persson-Livh Reneé, Sandström Eva,
Sellstedt Lejf, Sjödin Anna-Karin, Sollander
Eva, Stierna Sara, Strömgren
Sven-Arne, Swedberg Ingela,
Söderberg Evelina, Vallsten Jens, Westin Anders, Winkler Fia,
Wyöni Leif, Zidén
Wennberg Mari, Åkerman
Stefan Ödmark Annalena,
Öfvergren Lena.
-İsveçdə
Azərbaycanın tanıtımı,
eləcə də rəssamlıqla bağlı
nə kimi planlarınız var?
-İsveçdə Azərbaycanın
tanıtımı və
rəssamlıqla bağlı
bir neşə planım var.Bunlardan ən başlıcası Stokholmda Rəssamlıq qalereyasını aşmaq
və ölkəmizdən
rəssamları dəvət
edib onların satış sərgilərini
etmək, mətbuatda onları geniş yaymaq və ölkəmizə də İsveç rəssamlarının
sərgilərinin açılmasına
yardımçı olmaqdır.
Fuad Hüseynzadə
Palitra 2019.- 21 avqust.- S.6.