“Ermənistanın növbəti təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb”

Ölkəmizin BMT yanında nümayəndəliyinin məktubu bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq

Azərbaycana qarşı daha bir təxribat törədilib. APA-nın “Armen Press”ə istinadən verdiyi xəbərə görə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb.

İcmal qondarma respublika hökumətinin demokratik və dayanıqlı ölkə qurulmasına, ölkənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyə yönəlmiş ümumi siyasətini təqdim edir.

İcmalda, həmçinin, davamlı inkişaf sahəsində Azərbaycan tərəfindən guya ciddi təhlükəli çağırışlara, təhdidlərə baxmayaraq, xüsusi məqsədlərin həyata keçirilməsi üzrə irəliləyişlər haqda məlumat verilir.

Məlumatda bildirilir ki, icmal qondarma "DQR"-in "Xarici İşlər Nazirliyinin" təşəbbüsü ilə hazırlanıb və qondarma respublikanın "Davamlı İnkişaf üzrə Milli Şurası" tərəfindən təsdiqlənib.

Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunmuş sənəd BMT-nin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, bu ilin aprelində də Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edibbu sənədlər BMT-nin rəsmi səhifəsində yayımlanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib.

Xatırladaq ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatının BMT-də yayılması ilə bağlı KİV-də dərc olunan məlumata münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı KİV-in sualını cavablandıran XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib: Qeyd etmək istərdim ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir.

Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.

Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər

Yeri gəlmişkən, Ermənistanda etirazlar səngimir. Bu dəfə əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar hərbi hissələrdə komandirlərin övladlarına etdikləri təzyiq işgəncələrə son qoymalarını tələb ediblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar Ermənistan ordusunda özbaşınalıq xaosun tüğyan etdiyini bildiriblər. Son altı ayın statistikasına görə, orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 33-ə çatıb. Onlardan 14-ü hərbi hissələrdəki özbaşınalığa dözə bilməyərək intihar edib. Narazı əsgər valideynləri qeyd ediblər ki, qeyri-döyüş şəraitində itkilərin artması hərbi hissələrdəki xaosdan xəbər verir. Bunun nəticəsində əsgəri xidmətdən yayınma halları artıb. Cəmiyyətin orduya inamı yoxdur. Çünki xidmət keçənlərin əksəriyyəti evlərinə, ən yaxşı halda, əlil olaraq qayıdır. Hökuməti isə onların sonrakı taleyi maraqlandırmır. Valideyn Ağban Vardanyan bildirib ki, övladı bir il əvvəl məcburi olaraq Dağlıq Qarabağa hərbi xidmətə göndərilib. Valideynin sözlərinə görə, oğlu bu yaxınlarda hərbi hospitala yerləşdirilib. Övladının hərbi hissənin komandir müavini tərəfindən döyüldüyünü deyən narazı valideyn vurğulayıb ki, həmin şəxs oğluna işgəncə verdikdən sonra onu boğaraq öldürmək istəyib. Etirazçılar bildiriblər ki, müdafiə naziri onları qəbul etməsə aksiyanı dayandırmayacaqlar.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisindən bildirilir ki, orduda baş verən problemlərin kökündə rüşvət korrupsiya dayanır. Ermənistan təhlükəsizlik xidmətinin keçirdiyi istintaq nəticəsində müdafiə nazirliyinin ehtiyacları üçün xərclənməli olan pulların mənimsənilməsi üzə çıxıb. İstintaq məlumatına görə, müdafiə nazirliyinin yüksəkrütbəli şəxsləri təchizatçı şirkətlə cinayət əlaqəsinə girərək dəyəri aşağı olan malları bağladıqları müqavilədə yüksək qiymətə göstərirlər. Məlumatda bildirilib ki, faktlar bağlı cinayət işi açılıb, istintaq gedir.

Azərbaycanın haqq səsinin eşidilməsi sadəcə bir zərurətə çevrilib

Bu arada “Newtimes.az” portalındakı “OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğurusərlövhəli məqalə Dağlıq Qarabağ münaqişəsinə topxunulub. Məqalədə qeyd olunur ki, Azərbaycan müstəqil dövlət quruculuğu strategiyasında əməkdaşlığa, bərabərhüquqlu tərəfdaşlıq prinsipinə, ədalətliliyə qarşılıqlı faydalı əlaqələrin qurulmasına üstünlük verir: “Şübhə yoxdur ki, bu gedişat regional münaqişələrin həllində Azərbaycanın rolu çəkisinin daha da artmasına yeni təkan verir. Onun fonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində forpost ölkənin qarşıya çıxardığı müxtəlif xarakterli təxribatların da ömrünün az olduğu qənaəti yaranır. Bütün dünya üçün böyük əhəmiyyəti olan bir ölkəninAzərbaycanın haqq səsinin eşidilməsi sadəcə bir zərurətə çevrilib. Bunun bütün böyük dövlətlər tərəfindən dərk edilməsinin vacibliyi vurğulanmalıdır. Həmin mənada “OPEC+” formatı bütövlükdə dünya üçün mühüm bir müzakirə platforması kimi qiymətləndirilir”.

“Newtimes.az” portalındakı "Böyük Avrasiya": "sabitsizlik qövsü" yeni təhlükəsizlik sistemibaşlıqlı yazıda isə qeyd olunur ki, ekspertlər geosiyasi risklərdən danışanda, nədənsə, Cənubi Qafqazdakı təhlükəni unudurlar: “Konkret olaraq, erməni terroru separatizmi olduqca ciddi riskləri ortaya çıxarır. Ermənistan real olaraq dövlət terroru həyata keçirir. Qonşu ölkənin ərazisinin bir hissəsini havadarlarının köməyi ilə işğal edən Ermənistan dünyaya meydan oxumaqda davam edir. Bu baxımdan Cənubi Qafqazda geosiyasi sabitlik üçün ən böyük təhlükəni Ermənistanın yaratdığını etiraf edib onu aradan qaldırmaq gərəkdir”.

Məqalədə bildirilir ki, böyük bir geosiyasi məkanda "sabitsizlik qövsü" mövcuddur: “Bunun fonunda "Böyük Avrasiya"nı necə yaratmaq olar? Bir sıra ekspertlər hesab edirlər ki, həmin vəzifəni Rusiya yerinə yetirməlidir. Yəni, Moskva obyektiv olmalı başqalarının da hüququnu gözləməklə yeni bir təhlükəsizlik sistemi qurmalıdır

Əslində, nəzəri olaraq yaxşı ideyadır. Ancaq məsələ ondan ibarətdir ki, Rusiyanın tam obyektiv mövqe tutaraq hamıya uyğun olan təhlükəsizlik sistemi yarada biləcəyinə inam azdır. Məsələn, Ermənistanla bağlı Moskva obyektiv olacaqmı? Sirr deyil ki, Ermənistan Rusiyanın Cənubi Qafqazda forpostudur. Bundan başqa, Abxaziya, Cənubi Osetiya, Donbas, Krım kimi məsələlər necə həll ediləcək? Digər məsələlər var ki, hazırkı mərhələdə hansısa supergücün tam obyektiv, beynəlxalq hüquq normaları çərçivəsində onlara yanaşa biləcəyinə inam çox azdır”.

 

Fuad Hüseynzadə

Palitra  2019.- 23 avqust.- S.7.