Macarıstanda Qarabağla
bağlı təqdimatlar və kitab sərgiləri
keçirilib
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Konflikt ərazilərində tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin nəzərində” adlı layihə çərçivəsində Macarıstanda təşkil olunmuş “Avropa Gənc Alimlərinin Yay Məktəbi”ndə təqdimat və kitab sərgisi təşkil edilmişdir. Müxtəlif ölkələrdən tarixçi, politoloq, konfliktoloq və arxeoloq gənc alimlərin qatıldığı təqdimat mərasimində Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 27 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini dağıtması, tarixi faktları saxtalaşdırması, özününküləşdirməsi faktları iştirakçıların diqqətinə çatdırılmışdır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondunun birgə hazırladıqları sənədli film vasitəsilə Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış durumunu əks etdirən görüntülər iştirakçılara nümayiş etdirilmişdir.
Avropalı gənc alim və tədqiqatçılara münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmamaqla bağlı və bu kimi vandalizm aktlarına qarşı mübarizə aparmaqla bağlı müraciət olunmuşdur.
Ketsxey şəhərindəki Pannoniya Universitetində təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunmuşdur. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunacaq, eyni zamanda iştirakçılar arasında paylanmışdır.
“Ermənistanın Türkiyə və Azərbaycanla
münasibətləri normallaşdırmağın yeganə yolu Dağlıq Qarabağ
münaqişəsinin həllindən keçir”
Yeri gəlmişkən,
““Amerikanın səsi” radiostansiyası Ermənistanın BMT Baş Assambleyasında müzakirələr
zamanı iştirakını tədqiq edib.
Ermənistan 114 qətnamənin səsverməsində iştirak edib. Azadinform xəbər verir ki, politoloq Mübariz
Əhmədoğlu bildirib ki,
bu zaman onun iştirakı daha çox Azərbaycan, Türkiyə və
Rusiyanın mövqeyi ilə
üst-üstə düşüb,
ABŞ-ın mövqeyinə uyğun
olmayıb. O qeyd edib ki, 114 qətnamədən 76-sına Ermənistan
və Azərbaycan eyni, cəmi 2-sinə fərqli
səs veriblər: “Ermənistan və Gürcüstan
75 qətnaməyə eyni, 10-una fərqli
səs veriblər. Ermənistan və Türkiyə 114 qətnamədən
69-na eyni, cəmi 9-na isə fərqli cavab veriblər. Ermənistanın səsverməsi
77 dəfə Rusiyanın mövqeyi ilə
üst-üstə düşüb, 5 dəfə
bir-birinə zidd olub,
ABŞ-ın mövqeyi ilə isə cəmi
17 dəfə üst-üstə düşüb.
Ermənistanın ABŞ, Rusiya, Gürcüstan istiqamətində səsvermələrdə
iştirakı bizim indiki
yazımızın müzakirə mövzusu
deyil. Müzakirə mövzusu
odur ki, regional siyasi arxitektura Ermənistanı əsas parametrlərini
Azərbaycan və Türkiyənin müəyyənləşdirdiyi
paradiqmaya yönəldir. Bu, regional siyasi
proseslərin Ermənistana
kifayət qədər
mühüm strateji mesajıdır. Ermənilər təhtəlşüurda bu addımları atır, amma düzgün nəticə
çıxara bilmir.
Həm də Ermənistanın rəhbərliyi erməni xalqının genetik yaddaşını da inkar edir”.
Politoloq
əlavə edib ki, yaranmış vəziyyətdə Ermənistanın
öz təhtəlşüurunu
və öz xalqının genetik yaddaşını anlaması
zərurətə çevrilir:
“Genetik yaddaşda əsas aparıcı parametr Azərbaycan və Türkiyə faktorudur. Əlbəttə,
kimsə deyə bilər ki, Ermənistanın ABŞ-ın
əleyhinə səs
verdiyi qətnamələrdən
biri İsrail səfirliyinin Qüdsə
köçürülməsi ilə bağlı idi və burada
Ermənistanın tutduğu
mövqe daha çox İranla əlaqəli ola
bilər. Bu amil
özü də
regional paradiqmada Azərbaycan
və Türkiyənin
mövqeyinin daha da təsirli olduğunu göstərir.
Çünki ABŞ-ın Qüdslə
bağlı qətnaməsində
Türkiyə, Azərbaycan
və İran eyni mövqedən çıxış etdi.
Regionda ciddi proseslər gedir. N.Paşinyanın
özü radikal islamçıların regiona
daxil ola
biləcəyini etiraf
edir. Ermənilər bir neçə
dəfə bu parametrdən Azərbaycanın
əleyhinə istifadə
etməyə çalışıblar.
Elə proseslər var ki, Ermənistan onlardan yan keçə
bilməyəcək. Ermənistan dövlətçiliyinin
bu proseslərdən salamat çıxması üçün o, Türkiyə
və Azərbaycanın
paradiqmasında özünü
rahat hiss etməlidir.
Bunun üçün o həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmalıdır.
Türkiyə və Azərbaycanla
münasibətləri normallaşdırmağın
yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllindən
keçir”.
Borsunlu vaxtaşırı düşmənin
atəşinə məruz
qalsa da, bu, yurda, torpağa
bağlı kənd sakinlərini qorxutmur
Nəzərə çatdıraq ki, Borsunlu kəndi Tərtər rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən
yaşayış məntəqələrindəndir. Yüksək olmayan dağ silsiləsinin əhatəsində
və İncə çayının sahilində
düzənlikdə yerləşən
bu kənd Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü başlayandan
düşmən qarşısında
məğrur dayanıb.
Düşmənə qarşı igidliklə
döyüşən kənd
sakinlərindən 6 nəfəri
şəhid olub.
İşğal altında olan
Talış kəndinin
yaxınlığında yerləşən
Borsunlu vaxtaşırı
düşmənin atəşinə
məruz qalsa da, bu, yurda,
torpağa bağlı
kənd sakinlərini qorxutmur. Kənddə həyat öz
axarı ilə davam edir. AZƏRTAC-ın bölgə
müxbiri Borsunluya gedərək, qəhrəman
kənd sakinləri ilə həmsöhbət
olub.
Tərtər rayonunun digər cəbhəyanı kəndləri
kimi Borsunluda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə
ardıcıl tədbirlər
həyata keçirilir.
Cəbhə kəndi dövlətin
hərtərəfli qayğısı
ilə əhatə olunub
Kəndin
icra nümayəndəsi
Xaləddin Qarayev söhbət zamanı bildirib ki, əhalisi
1200 nəfər, ərazisi
3175 hektar olan kənddə poçt, klub, kitabxana, tam orta məktəb fəaliyyət göstərir.
Kənddə evlərə içməli
su xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Mənzillər telefon xətləri
və internetlə təmin olunub. Kəndin mərkəzi küçəsində
gecə işıqlandırma
sistemi quraşdırılıb.
Bu il əhalinin
rayon mərkəzinə və
digər rayonlara gediş-gəlişini yaxşılaşdırmaq
üçün kənd
ilə Gəncə-Tərtər
magistral yolunu birləşdirən avtomobil
yolu yenidən qurulub. Əkinlərin suvarma suyuna
tələbatının ödənilməsi
üçün subartezian
quyusu qazılıb.
Borsunlu kəndi
Tərtər rayonunun ən qədim yaşayış məskənlərindəndir. Kənd sakini
Fazil Qədimov deyib ki, Borsunlu
kəndinin adı qədim barsil–xazar boyları ilə bağlıdır. Borsunluda əhalinin
məskunlaşması tarixi
1000-1200 ildən çoxdur.
Kənddəki XIII-XIV əsrlərə aid qəbirüstü abidələr
buranın yaşayış
məskəni kimi qədimliyini sübut edir. Dünya əhəmiyyətli Borsunlu kurqanlarının tarixi isə daha qədimə - tunc və ilk dəmir dövrünə
aid edilir.
Fuad Hüseynzadə
Palitra 2019.- 27 avqust.- S.7.