“Vətənimizi uzaq bir ölkədə təmsil
etmək mənə qürur verir”
Lalə Aydəmirova: “Gözəl
nəticələr əldə edə bilmək
üçün bərabərlik, qarşılıqlı
hörmət və işgüzarlıq nümayiş etdirməliyik”
Yeni mövsümdə bir çox diaspor təşkilatları kimi,
“Hollandiya Azərbaycan Evi”
yeni layihələr həyata keçirəcək.
Təşkilatın idarə heyətinə yeni
seçilən üzvlər də öz
potensiallarını nümayiş etdirəcəklər.
Təşkilatın idarə heyətinin yeni
üzvi, həmçinin mətbuat katibi Lalə Aydəmirova qəzetimizə
müsahibəsində görüləcək işlər haqda danışdı. Xatırladaq ki, Lalə Aydəmirova 1970-ci ildə Bakı
şəhərində anadan olub. Ali təhsillidir, ixtisasca ibtidai sinif müəlliməsidir. Hazırda
Niderlandın Hertogenbosch şəhərində
yaşayır. Bir neçə ildir ki, yerli
icra hakimiyyətinin nəzdində Sosial yardım şöbəsində məsləhətçi
kimi çalışır. O, ailəsi ilə
birlikdə 2001-ci ildə Nederlanda köçüb. 2 övladı var.
- Niderland
dövləti vətəndaşlarına nə kimi sosial yardım edir?
-Burada əmək
qabiliyyəti olmayanlar və ya əmək qabiliyyətini itirən gəlmələr
bir neçə müddət sosial yardım ala bilərlər.Bizim
şöbəyə gələn insanlar,
həmçinin öz
hüquqlarının bərpası, borclarının hissə-hissə
ödənilməsi,hər hansı idarəyə məktub göndərmək və tərcümə
kimi problemlərlə bağlı
müraciət edirlər.Mən özüm,
həm də tərcüməçi kimi
də fəaliytət göstərirəm.Mənim
çalışdığım şöbədə sırf
məsləhət, yönəltmə və tərcümə
məsələlərinə baxılır.
- Hər hansı
xanım üçün Niderlandda
diaspor işi görmək
nə dərəcədə asandır?
-Diaspor işində
çalışmaq üçün kişi və ya qadın olmaq vacib deyil.
Doğulub, boya- başa çatdığımız Azərbaycanımızı
sevmək yetərlidir və bu işdə
heç bir qüvvə
bizə mane ola bilməz.
Vətənimizi uzaq bir
ölkədə təmsil edib, onun mədəniyyətini, tarixini,
musiqisini, mətbəxini və s. yüksək səviyyədə tanıtmaq
mənə qürur verir.
- “Hollandiya Azəbaycan Evi”nin fəaliyyətində nə kimi yeniliklər etmək istərdiz?
-“Hollandiya Azəbaycan Evi” artıq neçə illərdir öz uğurlu fəlaiyyətini davam etdirir. Mənim də adıgedən quruma, yəqin ki, bir qatqım olar. Qurumun rəhbəri Elxan Mirhəşimli ilə yeni layihələr düşünürük və çalışacağıq ki, qısa bir zamanda planlarımızı yüksək səviyyədə həyata keçirək. Təbii ki, məqsədimiz Azərbaycan mədəniyyətini, tarixini Avropada təbliğ etmək, Azərbaycanın xarici siyasətini, Qarabağla bağlı siyasətini dəstəkləməkdir. Bunun üçün də yerli siyasi partiyalarla, media ilə, yerli təşkilatlarla əlaqə saxlayır, informasiya veririk. Düşünürəm ki, qısa bir zamanda qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün bərabər işlərə start verəcəyik. Təbii ki, özəl nəticələr əldə edə bilmək üçün bərabərlik, qarşılıqlı hörmət və işgüzarlıq nümayiş etdirməliyik.
Fuad Hüseynzadə
Palitra 2019.- 27 avqust.- S.6.