Şamil Tağıyev:
“Rusiyadakı diasporun
şəffaflığa ehtiyacı var”
Bugünlərdə Diasporla
İş üzrə Dövlət Komitəsinin
rəhbərliyinin Rusiya səfəri oldu. Bəs bu səfərin
Rusiyadakı diasporumuzun fəallığının
artmasında nə kimi rolu
ola bilər? Moskva Azərbaycanlıları
İcmasının sədri Şamil
Tağıyev bu mövzuda
“Palitra”ya müsahibə
verib:
-Bildiyiniz kimi,
noyabırın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Moskvada yaşayan diaspor nümayəndələri ilə görüş keçirdi.
Bu görüş diaspor tarixində ilk dəfə
idi ki, sərbəst və
açıq dialoq şəkilində keçirilirdi. Bunu komitə
sədri Fuad Muradovun
bizimlə açıq və şəffaf əməkdaşlığa
çağrışı kimi dəyərləndirmək
olar. Bu görüşdən bir çox fəallar, hansısa qəti
addımların atılmasını gözləyirdilər, çünki hələ də bəziləri
belə bir düşüncədədir ki, Bakıdan kimsə gəlib, burada
diasporun problemlərini həll edəcək
və yeni rəhbəri təyin edib gedəcək. Amma komitə sədri və
görüşdə iştirak edən səfir
Polad Bülbüloğlu
bir daha açıq və
aydın şəkildə hər kəsə
çatdırdılar ki, Bakıdan gəlib
nəyisə həll etmək məsələsi ola bilməz. Buna cəhdlər
isə çox acı bir
nəticələrlə artıq özünü
göstədib, elə Ümumrusiya Azərbaycanlıları
Konqresinin (ÜAK) bağlanma
səbəblərində biri də elə
bu kimi məsələlər
idi.
- Bu
gün Rusiyadakı diaspor
gənclərinin aktivliyi hansı səviyyədədir?
-Ümumiyyətlə, Rusiyadakı yeni diaspor tariximiz
1996-cı ildən başlayır. İlk yerli təşkilat elə bu
ildə açılıb və sonradan,
1999-cu ildə AzerRos, 2001-ci ildə isə
ÜAK fəaliyətə başlayıb. Həqiqətən
də bu təşkilatların ilkin fəaliyətlərinə bir çox insanlar böyük
ümidlər bəsləyirdilər. Buna
isə həm siyasi, həm də maiddi imkanlar yol verirdi. Təəssüflər
olsun ki, bu təşkilatlardan ümumi
yox, şəxsi maraqlar
üçün istifadə olunması bu gün diasporadakı
böhranın yaranma səbəblərindən
biridir. Kimin nə etdiyini mən özüm
şəxsən yaxşı görmüşəm, çünki 17 yaşımdan bu
təşkilatların içindəyəm. Qaldı ki, gəncliyə yol açmaq və ya dəstək
olmaq məsələlərinə, bu proses də çox çətin gedir.
- Ümumiyyətlə,
Rusiyada diaspora yenə
nəfəs vermək üçün nəyə
ehtiyac var?
-Rusiyada diasporun
yenidən sağlamlaşması üçün
ora yeni sağlam qüvvələrin gəlməsinə,
böyük modernizasiyaya
və şəffaflığa ehtiyac var. Bu proses
qaçılmazdır və gec-tez olacaq.
- Məlumdur ki, hər hansı diasporun
fəaliyyəti yaşadığı dövlətin də
marağında olmalıdır. Bu
baxımdan Rusiyadakı hansı Azərbaycan diaspor
təşkilatını qeyd edə bilərsiz?
-Nəinki yaşadığı dövlətin də marağını qorumalıdır, yaşadığımız dövlətin marağı ilk növbədə qorunmalıdır. Çünki biz bu dövlətin vətəndaşlarıyıq, bu dövlətin qanunvericiliyi ilə yaşayırıq və fəaliyyət göstəririk. Qaldı ki, təşkilatların qanunvericiliyi qoruyub ənin-amanlıqla fəaliyyət göstəməsinə, kim bu dəyərlərə qiymət verdisə, indi o təşkilatlar fəaliyyət göstərirlər. Bunlardan federal səviyyədə olanları- Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatını (AzerRos), Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını (RAGT) və bir çox regional təşkilatları, həmçinin mənim rəhbərlik etdiyim Moskva Azərbaycanlıları İcmasını göstərmək olar.
Fuad Hüseynzadə
Palitra.-2019.-4 dekabr.-S.7.