Heydər Əliyev Fondu Moskvada
xüsusi mükafata layiq görülüb
Heydər Əliyev Fondu Moskva hökumətinin “Moskva
restavrasiyası - 2019” müsabiqəsinin xüsusi
mükafatına layiq görülüb.
APA-nın
xəbərinə görə, bu mükafat Fonda Rusiya
paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində “Azərbaycan” pavilyonunun əsaslı bərpa
və təmirinin yüksək səviyyədə təşkilinə
görə təqdim edilib.
Mükafatı
Moskva şəhərinin meri Sergey Sobyanin təqdim edib.
“Moskva
restavrasiyası - 2019” mədəni irs obyektlərinin
qorunması və təbliği sahəsində ən
yaxşı layihə müsabiqəsi artıq 9-cu dəfədir
keçirilir. Bu il təşkilatçıya
48 obyekt üzrə 96
ərizə daxil olub.
Qeyd edək
ki, Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində “Azərbaycan”
pavilyonu 1939-cu ildə
inşa olunub. Moskva hökuməti
keçmiş sovet respublikalarına milli pavilyonların bərpası
təklifini irəli sürdükdən sonra
2017-ci ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə
təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb.
Noyabrın 23-də pavilyonun bərpa işlərindən
sonra açılış
mərasimi keçirilib.
Milli pavilyonumuzda
bərpa işləri
onun binasının tarixi görünüşü,
memarlıq-etnik özünəməxsusluğu
saxlanılmaqla həyata
keçirilib. Azərbaycan və Rusiya tərəfindən peşəkar
memar, bərpaçı-rəssamların
iştirakı ilə
həyata keçirilən
işlər divarlar, mərmər döşəmə,
tavan, pəncərə
və qapılar, fənərlər və mərmər sütunlar, dekorativ elementlər və digər detallar daxil olmaqla eksteryer və interyeri, bütün sərgi zallarını əhatə
edib.
Burada yeddi zalda
xalqımızın qədim tarixini, mədəniyyətini,
ənənələrini əks etdirən eksponatlarla
yanaşı, müstəqil Azərbaycanın tarixi,
ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri,
turizm potensialı barədə məlumatlar
əldə etmək mümkündür.
Tural
Palitra 2019.- 6 dekabr.- S.2.