Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib

Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya Yüksək Texnologiyalar Sərgisi uğurla başa çatıb.

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il 4 gün ərzində xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 mini uşaqlar olub. Bir sıra orta məktəblərin şagirdlərinin, uşaq evlərindən olan, autizmli, görmə eşitmə məhdudiyyətli uşaqların sərgiyə ekskursiyası, eyni zamanda, onların iştirakı ilə tədbirlər təşkil edilib. Yubiley sərginin digərlərindən əsas fərqi builki sərgiyə qatılan izləyicilərin, xüsusilə gənc sahibkarlar, tələbələr uşaqların çox olmasıdır.

Bakutel 2019” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xorvatiya digər ölkələrin ticarət palataları səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. Ümumilikdə sərgidə 11 xarici milli pavilyon təmsil edilib.

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar NazirliyiBakutel 2019” 25-ci yubiley sərgisində 10 qurumu ilə iştirak edib. İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom), “Bakı Taksi Xidməti” MMC, “Azərpoçt” MMC, “Azərmarka” MMC, Dövlət Radiotezliklər İdarəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi əsas yeniliklərini nümayiş etdirib. Qeyd edək ki, “Caspian Event Organisersşirkəti tərəfindən Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar NazirliyiBakutel 2019”da “Ən çox ziyarət olunan stendsertifikatına layiq görülüb.

Sərgi iştirakçılarının böyük maraq göstərdiyi pavilyonlardan biri nazirliyin dəstəyi ilə ən müasir robot modelləri mütərəqqi texnologiyaların nümayiş olunduğuRoboparkzonası olub. İyirmidən çox interaktiv əyləncə zonasında, “VR Zone”, “Game Zone” İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb kiçik ziyarətçilər robotiks, proqramlaşdırma dronlar üzrə biliklər əldə ediblər. STEM üzrə kurslar İnnovasiyalar Agentliyi, eləcə tərəfdaşları olan “AREA”, “Mars Academy”, “Engineering for kids”, “B & B Dynamics”, Hədəf Məktəbi, SUMAKS, İKT LAB, “3D Production Group”, “Wriendly”, “AzDimensionşirkətləri tərəfindən reallaşdırılıb.

Roboparkzonasında Fransadan gətirilən, dünyanın ən təhsilli, əyləncəli akademik robotu “Pepper humanoid”, robot balıqlar, “Robot arm Kukaəsasında hazırlanmış, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur robot rəssam, “Spider” taktiki hərbi kəşfiyyat robotu, müxtəlif sumo, güləş dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt, İtaliyadan gətirilən pianoçu robot “Teotroniconümayiş etdirilib.

Qeyd edək ki, bu il ziyarətçilərin dəqiq sayı məhzRoboparkzonasında quraşdırılmış “SDK Fight Corp.USA” əsasında eksperimentalMadmediatexnologiyası vasitəsilə müəyyən olunub. Bu texnologiya hər bir iştirakçını cinsinə, yaşına, əhval-ruhiyyəsinə sifətinə görə identifikasiya edərək onları məlumat bazasına yerləşdirməyə imkan verir.

Bakutel 2019” sərgisində xüsusi əhəmiyyətli mövzulardan biriƏşyalar internetiolub. Təsadüfi deyil ki, sərgi çərçivəsində təşkil olunan 2-ci Xəzər İnnovasiya KonfransıƏşyalar interneti: müasir cəmiyyətin təməlimövzusuna həsr edilib. Sərgidə “Internet of Things (IoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərib. StenddəƏşyalar internetiüzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilib. Burada həm yeni layihələr, həm artıq tətbiq edilən peşəkar IoT məhsullar olub.

Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq Tədris Mərkəzinin “Microsoft AzərbaycanşirkətininIoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim edilib. “Air quality monitor”, “Smart Home”, “Ağıllı suvarma sistemi”, “Cleaner drone”, “Parking observer”, “Ağıllı turniket”, “Fleet management system IoThəlləri IoT Maker” təlim proqramı kimi layihələr yer alıb. İzləyicilər stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış olublar. “Smart Home” şirkətiAğıllı bina evevlərin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemi, “Spektraşirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini “Beta Dynamics” şirkəti “Beta Cloud – IoTcihazların idarə edilməsi üçün bulud platformasını nümayiş etdirib.

Sərgidə Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat Aviasiya Problemləri İnstitutu İşıqforların idarə olunması ilə bağlı layihəsi, Azərbaycan Dövlət Neft Sənaye UniversitetiGardenXadlı elektron proqram təminatı həlləri ilə birləşdirilmişAğıllı dibçəklayihəsi ilə maraq doğurub.

Bakutel 2019” çərçivəsində təqdim edilən yeniliklərdən biri Bakı Taksi Xidməti” MMC-nin yeni elektrik mühərriki ilə işləyənLevc Tx5” modeli olub. Yeni taksilər elektrik enerjisi ilə işlədiyi üçün ətraf mühit üçün ekoloji cəhətdən zərərsizdir. Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar sürücüyə müvafiq məlumatı ötürür. Qəza vəziyyəti zamanı avtomatik tormozlanma sistemi işə düşür. Hərəkətdə olarkən qapı açılarsa, avtomobil dərhal dayanır. Fiziki qüsurlu insanlar üçün xüsusi panduslar quraşdırılıb, oturacaq avtomobildən kənarda açılır. Gözdən əlillər üçün brayl əlifbası ilə sürücü ilə əlaqə saxlamaq imkanı yaradılıb. Avtomobillər həm ev şəraitində, həm xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Avtomobillərdə USB portlar, “Wi-Fi” GPS quraşdırılıb.

“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim edilib. Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərənBaramaBiznes İnkubasiya Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biliblər. Bundan əlavə İnnovasiyalar Agentliyi ZəfərŞəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.

“I2B Village” stendində Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişafİctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B – İdeyadan Biznesəlayihəsinin respublika finalının qalibləri iştirakçıları öz interaktiv layihələrini nümayiş etdiriblər.

Məlumat Hesablama Mərkəzinin stendində “Elektron imza (Bulud əsaslı imza, Topluimza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “SmartCellüz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər təqdim edilib.

“Azərpoçt” MMC-nin stendində yeniPostman” xidməti və “Postpayelektron pul kisəsi təqdim olunub. Stenddə 200 illik qurumun qədimliyini və simvolunu əks etdirən poçtalyon maketi izləyicilərin böyük marağına səbəb olub. Eyni zamanda, stenddə izləyicilər üçün quraşdırılan monitorda “Azərpoçt” MMC-nin yeni layihələri ilə bağlı təqdim olunan informasiya xarakterli roliklərdə ziyarətçilər və media nümayəndələri ətraflı məlumat əldə edə biliblər.

AzInTelecom” MMC-yə məxsus stenddə yeni məhsul və layihələr, o cümlədən “Hökumət buludu” layihəsi təqdim edilib. Bulud texnologiyaları üzrə ən son xidmətlərə dairAzcloud MeetUp” adlı interaktiv sessiyalar təşkil olunub.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, IPTV və SAF internetdə olan məzmunun filtrasiya xidməti təqdim edilib.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat verilib.

Azərmarka” MMC öz stendindəAzərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim BakımAzərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı sair mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər nümayiş etdirib.

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik, Vahid radioelektron vasitələri reyestrləri barədə ətraflı məlumat əldə etmək mümkün olub.

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı karbon nano borular yeni nəsil su texnologiyasında, birdivarlı karbon nano borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl qırmızı sahəsini əhatə edən nano mikroölçülü fosforlar nümayiş edilib.

Bakutel 2019” sərgisi çərçivəsində ilk dəfə “Danışan məktub” bədii filminin tiflosurdo şərhli versiyasının təqdimatı keçirilib. Filmin bu versiyası görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanıb.

Palitra 2019.- 10 dekabr.- S.15.